“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Maliyyə Nazirliyi Baba Rzayevin qohumlarından gül alır - Müqavilə

Tarix 09.09.25, 13:53

Font ölçüsü : - / +
bitmap-img6


Maliyyə Nazirliyi tender müsabiqəsi keçirmədən “Zirə Gülçülük” QSC ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Maliyyə Nazirliyi bir mənbədən satınalma metodu əsasında “Zirə Gülçülük” QSC-dən güllər və bitkilər alacaq.
Eyni zamanda “Zirə Gülçülük” nazirliyin inzibati binası və həyətyanı sahəsində olan dekorativ bitkilərə 2025-ci il ərzində aqro xidmətlər göstərəcək.
Göstəriləcək xidmətlər və satılacaq bitkilərin qarşılığında Maliyyə Nazirliyi “Zirə Gülçülük” QSC-yə 14 min 630 manat 82 qəpik ödəyəcək.
Qeyd edək ki, “Zirə Gülçülük” QSC əvvəlki illərdə Maliyyə Nazirliyinin keçirdiyi analoji tender müsabiqələrində qalib olub. Lakin bu il ilk dəfə olaraq tender müsabiqəsi keçirilməyib və proses dövlət satınalmalarının vahid internet portalından kənar həyata keçirilib. “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində isə göstərilir ki, məxfi məlumatlar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Qanunun tələblərindən də göründüyü kimi, güllər və bitkilərin satın alınması məxfi məlumat hesab oluna bilməz.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Bu səbəbdən də nazirliyin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
Məlumat üçün bildirək ki, “Zirə Gülçülük” QSC 12 fevral 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 010 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşir. QSC-nin qanuni təmsilçisi Əliyev Ziyad Taqif oğludur. “Zirə Gülçülük” QSC “Azərişıq” ASC-nin keçmiş rəhbəri, hazırda “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayevlə qohumluq əlaqələri olan şəxslərə məxsusdur.



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap