“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Beyləqanda yüksək bal toplayan məzunlarla görüş - Fotolar

Tarix 09.09.25, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2025/2026-cı tədris ili üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında 550-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olunmuş rayon məktəblərinin məzunları ilə görüş keçirilib.

AzFakt.com xəbər verir ki, tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məzunları təbrik edərək onların uğurunu dövlətimizin təhsil siyasətinin nəticəsi kimi dəyərləndirib.

RİH başçısı bildirib ki, artıq ikinci dəfədir rayon üzrə yüksək bal toplamış məzunlarla belə görüş keçirilir və bu, təhsilə verilən yüksək dəyərin göstəricisidir. O, Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi davamlı diqqəti, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yeni təhsil ocaqlarının inşasını, işğaldan azad olunmuş ərazilərdə isə müasir məktəblərin tikilməsini xüsusi qeyd edib. Əziz Əzizov həmçinin şəhid övladlarının da uğur qazananlar sırasında olmasını qürurverici hadisə kimi dəyərləndirib.

Daha sonra məzunlara Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Bəhruz Nəbili bölgədə təhsilin inkişafı üçün görülən tədbirlərdən danışıb, Rayon Ağsaqqallar Şurasının sədri, pedaqoq Etibar İmanov isə gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.

Məzunlar və valideynlər də çıxış edərək dövlətin gənclərə və təhsilə göstərdiyi diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.

Görüş rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.






Xəbərin oxunma sayı : 433




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap