Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Banklar belə dollarları qəbul etmirlər - VİDEO

Tarix 03.12.25, 23:02

Font ölçüsü : - / +
bitmap-img6


Banklar tərəfindən üzəri möhürlü dollar qəbul edilmir.

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bildirilir ki, bankların filiallarındakı əməkdaşlar üzərində möhür olan əsginası qəbul etməyərək müştərini mərkəzi filiala yönləndirirlər. Mərkəzi filialda isə hər 100 dollar üçün 20% komissiya tutulacağı deyilir.

Bu məsələ ilə bağlı bir neçə bankla əlaqə saxladıq və fakt öz təsdiqini tapdı.

İqtisadçılar isə bildirirlər ki, yararsız hesab olunan əsginasların qəbul edilməməsi kommersiya banklarının öz səlahiyyətləri daxilindədir. Qismən zədələnmiş, amma yararlı hesab edilən və Mərkəzi Bank tərəfindən qəbul edilməyə uyğun əsginaslar kommersiya bankları tərəfindən qəbul edilir və Mərkəzi Bankda yenilənir.

İqtisadçı Rəşad Həsənov bildirir ki, banklar artıq tədavülünə icazə verilməyən, məsələn, üstünə hansısa möhür vurulmuş və ya zədələnmiş əsginasları toplamalı, öz vəsaitləri hesabına ABŞ-yə çatdırmalı və yenilənməsini təmin etməlidilər. Amma bu isə uzunmüddətli prosesdir, pulun daşınması da kifayət qədər xərc tələb edir

İqtisadçı bildirib ki, bu prosesdə Mərkəzi Bank heç bir məsuliyyət daşımır və eyni zamanda valyutaların yenilənməsi ilə bağlı hansısa mexanizm tətbiq etmir.





Xəbərin oxunma sayı : 40




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap