“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Fərəh Əliyeva və mələkləri - Mehriban Əliyeva Mədəniyyət Nazirliyinə od püskürdü...

Tarix 02.12.25, 9:49

Font ölçüsü : - / +
bitmap-img6


"Bir vaxtlar teatrımızda Bəxtiyar Vahabzadənin məşhur pyesi səslənirdi: “Hara gedir bu dünya?” O tamaşadan sonra cavab tapılmırdı, amma bu gün mədəniyyət ocaqlarına baxanda sual öz-özünə yaranır: Fərəh Əliyeva, sənin “kadrların”la hara gedir bu dünya?.."

AzFakt.com xəbər verir ki, unu özünün sosial şəbəkə hesabında paylaşaraq sual edən əməkdar artist Mehriban Xanlarova Mədəniyyət Nazirliyi ilə bağlı ilginc iddiaların yer aldığı açıqlamalarını davam etdirir.

M.Xanlarova yazır: "Bu gün mədəniyyət sahəsində qərarları istedad, bilik yox, rəfiqəlik, qohumluq və yaxınlıq müəyyənləşdirir:

1) Lalə Hüseynova — Milli Konservatoriyanın prorektoru. Fərəh Əliyevanın bacısı.
Rəsmən rektor Kamilə Dadaşzadə var, amma hamı bilir ki, faktiki rəhbər Lalə xanımdır.

2) Ceyran Mahmudova — ən yaxın rəfiqə, tələbə yoldaşı, yerlisi (Şəki). Mədəniyyət və İncəsənət Universitetində yüksək post.

3) Mənzər Nurəliyeva — Nazirlikdə “toxunulmaz zonanın” sahibi. Fərəh Əliyeva tərəfindən o qədər müdafiə olunur ki, nazir belə güc tapa bilmir.

4) Böyükxanım (Bella) Talıbova — Mədəni-maarif fakültəsini bitirib, amma birdən-birə teatr sektorunun rəhbəri, rejissor, teatrşünas statusu vəzifə paketinə çevrildi.

5) Mehriban Ələkbərzadə — Akademik Milli Dram Teatrının bədii rəhbəri, baş rejissoru. Fərəh Əliyevanın yaxın rəfiqəsi, “seçilmişi”.

6) Cahangir Səlimxanov — əvvəl SOROS proqramının rəhbəri, indi “nazir müşaviri”. Hamı bilir ki, təyinat Fərəh Əliyevanın tələbə yoldaşı.

7) Cəsarət Valehov — Fərəh Əliyevanın təkidi ilə Mədəniyyət Nazirinin müşaviri vəzifəsinə gətirilərək musiqi müəllimlərinə qarşı görünməmiş təzyiq və haqsızlıqların əsas fiquruna çevrildi.

8) Nailə Məmmədzadə – Fərəh Əliyeva ali təhsili olmayan, oriental rəqsi ilə tanınan bir şəxsi Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, sonra isə rektor vəzifəsinə qoyub.

Fərəh Əliyevanın yüksək vəzifələrə dost‑tanışlarını gətirməsi Azərbaycan mədəniyyətinin inkişafına mənfi təsir göstərir. Onun bu cür qərarları işıqlandırılmalıdır ki, cənab Prezident məlumatlı olsun və vəziyyətə müdaxilə edə bilsin..." (Yenixeber.org)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.



Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap