Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Bayden “TikTok” hesabı açdı - VİDEO

Tarix 12.02.24, 16:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Co Bayden 5 noyabrda keçiriləcək prezident seçkisi ilə bağlı kampaniyasını davam etdirmək üçün gənclərin üstünlük təşkil etdiyi sosial media platforması “TikTok”a üz tutub.

Bayden “TikTok” hesabı açıb və “@bidenhq” adlı hesabında ilk dəfə video yayımlayıb. O, bununla seçki kampaniyası üçün gənc seçicilərin diqqətini cəlb etməyə çalışıb.

Bayden ölkənin ən böyük idman təşkilatlarından biri olan Milli Futbol Liqasının (NFL) çempionluq mübarizəsi olan “Super Bowl”la bağlı sual-cavab videosunu paylaşıb.

30 saniyəlik videoda evində “Super Bowl”u izləyərkən oyunla bağlı sualları cavablandırıb.
“Bayden özü, yoxsa (ABŞ-nin keçmiş prezidenti Donald) Tramp?” - deyə ona sual ünvanlanıb. “Zarafat edirsən? Bayden!” - deyə ABŞ prezidenti gülərək cavab verib.

Baydenin seçki kampaniyası üzrə məsləhətçiləri Baydenin “TikTok” hesabının burada ən böyük auditoriyanı təşkil edən gənclərin seçici kimi cəlb edilməsi üçün aparılan kampaniyanın bir hissəsi olduğunu bildiriblər.





Xəbərin oxunma sayı : 598




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap