“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Belarusdan nə alıb, ona nə satırıq? – İdxal ixracı bir neçə dəfə üstələyir...

Tarix 17.05.24, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


“Belarusla Azərbaycan arasındakı ticarət dövriyyəsində xüsusi dəyişiklik baş verməsə də, 2020-ci illə müqayisədə ötən il dövriyyə 13 faizə yaxın artaraq, 356.5 milyon dollar olub. 2022-ci ildə bu rəqəm 363.6 milyon dollar idi. Hədəf ticarət dövriyyəsini yaxın illərdə 1 milyard dollara çatdırmaqdır”.

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov bildirib.

Bəs Belarusdan nə alırıq və və bu ölkəyə nə satırıq?

İqtisadçı qeyd edir ki, 2023-cü ildə iki ölkə arasında 741 adda (kodlu) mal idxal və ixrac olunub: “Belarusdan aldıqlarımıza gəldikdə isə, 89.4 milyon dollarlıq meşə materialları, şam ağacı, 20.4 milyon dollarlıq mühərrik benzinləri, 16.1 milyon dollar dəyərində sərnişin vaqonları, baqaj və poçt vaqonları, 13.1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar, 11.6 milyon dollar dəyərində kartof, 10.7 milyon dollarlıq ağac plitələr, 10.1 milyon dollarlıq dəmiryol və tramvay sərnişin və yük vaqonları, açıq platformalar, 8.7 milyon dollarlıq ağac fanerləri, 8.5 milyon dollar dəyərində ağ şam ağacından və ya küknardan uzununa doğranmış meşə materialları, 7.1 milyon dollarlıq kənd təsərrüfatı işləri üçün təkərli traktorlar və meşə təsərrüfatı üçün təkərli traktorlar, 6.2 milyon dollarlıq dərman vasitələri, 5.4 milyon dollarlıq kərə yağı, 5.4 milyon dollarlıq ağacdan orta sıxlığı olan, 9 mm-dən çox olan qalınlıqda ağaclifli plitələr (MDF) və s. mallar alırıq”.

Deputat vurğulayır ki, idxaldan fərqli olaraq Belarusa ixrac etdiyimiz malların çeşidi çox deyil. “Belə ki, ötən il Belarusa 5.6 milyon dollarlıq ilkin formalı propilen sopolimerləri, 3.7 milyon dollarlıq 1000 V-dan çox gərginlik üçün elektrik naqilləri, 1.8 milyon dollarlıq reaktiv mühərriklər üçün kerosin yanacağı, 1.6 milyon dollarlıq xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, 1.4 milyon dollarlıq ev toyuqlarının hissələrə ayrılmış əti, 1.4 milyon dollarlıq konservləşdirilmiş qoz və fındıqlar, 1.3 milyon dollar dəyərində spirtli içkilər və digər məhsullar göndərmişik”, - o qeyd edib.

V. Bayramovun sözlərinə görə, bütün bunlar ilə yanaşı, ölkələr arasında ticarət dövriyyəsinin artırılması potensialı kifayət qədər yüksəkdir. “Belarus Prezidentinin son səfəri tərəflər arasında iqtisadi və strateji əlaqələrin daha da güclənməsinə töhfə verəcək”, - deputat bildirib.



Xəbərin oxunma sayı : 1183




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap