“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Benzin və dizellə işləyən avtomobillərin satışı qadağan ediləcək - QƏRAR

Tarix 28.03.23, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Aİ Şurası avtomobillərin karbon emissiyalarını azaltmaq üçün Avropa İttifaqı üçün yeni hədəfləri təsdiqləyib.

Bu barədə Aİ Şurasının çərşənbə axşamı dərc olunmuş qərarında deyilir.

Sənədə görə, 2030-2034-cü illərdə yeni minik avtomobillərinin karbon emissiyaları 2021-ci ilə nisbətən 55%, 2035-ci idən sonra isə 100% azaldılmalıdır.

Faktiki olaraq, bu, benzin və ya dizellə işləyən daxili yanma mühərriki olan yeni avtomobillərin satışına qadağa deməkdir.

Sənədə əsasən, yeni qaydaların məqsədi avtomobil nəqliyyatından emissiyaların azaldılmasıdır, bu da onunla əlaqəlidir ki, bütün nəqliyyat növləri arasında emissiyaların ən yüksək payı məhz qeyd olunan nəqliyyat növünün payına düşür. Yeni qaydalar həmçinin yenilikçi yanaşma təqdim etməyə davam etməklə sıfır emissiyalı avtomobil sənayesi üçün təkan verəcək.

“Yeni qaydalar aşağıdakı hədəfləri müəyyənləşdirir: 2030-2034-cü illərdə yeni avtomobillər üçün emissiyalar 2021-ci il səviyyəsi ilə müqayisədə 55%, qoşqular üçün isə 50% azaldılmalıdır. 2035-ci ildən karbon emissiyaları 100% azaldılmalıdır”, - sənəddə deyilir.

Yeni qanunvericiliyin mühüm elementi Aİ-də hidrogen kimi “karbonsuz yanacaq”la işləyən avtomobillərin qeydiyyata alınması qaydalarının yaradılması olacaq. Belə avtomobillərin satışı 2035-ci ildən sonra elektromobillərlə yanaşı davam edə bilər./APA



Xəbərin oxunma sayı : 871




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap