Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Beyləqanda iftar süfrəsi təşkil olunub - FOTOLAR

Tarix 19.03.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Beyləqan rayonunda müqəddəs Ramazan ayı münasibətilə 400 nəfərlik iftar süfrəsi təşkil olunub.

AzFakt.com xəbər verir ki, mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak edib.

İftar süfrəsində şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ölkəmizdə əmin-amanlığın, sabitliyin və firavanlığın davamlı olması üçün dualar edilib. Din xadimləri tərəfindən müqəddəs Ramazan ayının fəzilətlərinə uyğun olaraq xeyir-dualar səsləndirilib.

Tədbir boyu cəmiyyətimizdə birlik və həmrəyliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılmasının önəmi xüsusi vurğulanıb. Açılan süfrələr ətrafında iştirakçılar səmimi, mehriban və yüksək mənəvi ab-havada iftar ediblər.







Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap