Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bu il 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq - Adil Kərimli

Tarix 18.03.26, 12:49

Font ölçüsü : - / +
bitmap-img6


"İlkin araşdırmalarımız göstərdi ki, bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Ona görə də Mədəniyyət Nazirliyi sistemində uzun müddətdir ki, həyata keçirilməyən bilik və bacarıqların ölçülməsi prosesinə başlamaq önəmli idi. Bunu attestasiya ilə müəyyən etmək mümkün idi. İlk dəfə olaraq ötən il incəsənət məktəblərində çalışan 4 min müəllimin bilik və bacarıqları obyektiv şəkildə qiymətləndirilib". 

AzFakt.com xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin "İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə bildirib.

Nazir bildirib ki, bu il 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq: 

"Artıq fevral ayından bu prosesə başlanılıb. Beləliklə, ölkə üzrə fəaliyyət göstərən 237 incəsənət məktəbində çalışan 12 mindən artıq müəllimin səriştələrinin qiymətləndirilməsi prosesi bu il tamamlanmış olacaq".

Adil Kərimli qeyd edib ki, ötən il attestasiya prosesində iştirak edən təxminən 4 min müəllimin 80 faizi bu mərhələni uğurla keçib:
 
"Bu göstərici bir tərəfdən sistemdə mövcud olan sağlam pedaqoji potensialı, digər tərəfdən isə inkişaf tələb edən sahələri aydın şəkildə ortaya qoymuşdur". 



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap