“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Beyləqanda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

Tarix 01.10.24, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqanda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.

AzFakt.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə peşə bayramının təsisçisi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Beyləqan rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan Beyləqan rayon prokuroru Ramazan Hadıyev prokurorluq orqanlarının yaranma tarixindən, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsinin əhəmiyyətindən danışaraq, bu qərarın hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsi və prokurorluğun roluna rəsmi münasibətin təzahürü olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda Ramazan Hadıyevə və rayon prokurorluğunun bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.







Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap