“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Beyləqanda rabitə işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

Tarix 05.12.25, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

AzFakt.com xəbər verir ki, əvvəlcə Beyləqan RİH başçısı Əziz Əzizov, RİH aparatının məsul şəxsləri, rabitə və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri və kollektivləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbir daha sonra Beyləqan Rayon Gənclər Evində davam edib. RİH başçısı Ə.Əzizov giriş nitqi ilə çıxış edərək rabitə və informasiya texnologiyaları sahəsində çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib. O, ölkəmizdə İKT sektorunun sürətli inkişafının Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olduğunu vurğulayıb. RİH başçısı bildirib ki, rabitə və texnologiya sahəsi ölkənin iqtisadi gücünün, təhlükəsizliyinin və sosial rifahının möhkəmləndirilməsində xüsusi rol oynayır, modern və rəqəmsal idarəetmə modelinin qurulmasına əsaslı töhfələr verir.

Daha sonra “Aztelekom” MMC-nin Cənub–Şirvan Regional Filialının Beyləqan rayon şöbəsinin müdiri Şəmistan İbrahimov çıxış edərək rayonda rabitə infrastrukturunun yenilənməsi, yeni texnologiyaların tətbiqi və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbirdə digər çıxış edənlər də rabitə və informasiya texnologiyaları sahəsində aparılan islahatlar, göstərilən diqqət və qayğı, eləcə də bu sahənin ölkənin ümumi inkişafına verdiyi töhfələr barədə fikirlərini bölüşüblər.

Sonda rabitə və informasiya texnologiyaları sahəsində çalışan bir qrup əməkdaş Beyləqan RİH başçısının Fəxri Fərmanı ilə təltif olunub.








Xəbərin oxunma sayı : 763




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap