“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Bu metrostansiya gələn il istifadəyə veriləcək - VİDEO

Tarix 25.11.21, 9:24

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı "B-4" olan metrostansiyasının inşası davam edir. Artıq stansiyanın bəzi hissələrində işlər yekunlaşmaq üzrədir. Uzun müddətdir ki, Xocasən qəsəbəsində də yeni stansiyanın tikintisi aparılır. Bu stansiyanın gələn ilin sonuna istifadəyə veriləcəyi nəzərdə tutulub.

AzFakt.com xəbər verir ki, paytaxtın Nəsimi rayonu ərazisində inşa edilən yeni metro stansiyasında tikinti işləri sürətləndirilib. Ərazinin relyefindən asılı olaraq işlər 29-32 metr dərinlikdə icra edilir. Şərti adı B-4 olan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşir
ƏTRAFLI
Snickers

Stansiyada tikinti işləri üç zonaya bölünməklə aparılır. Bakı Metropoliteni Qapalı Səhmidar cəmiyətinin tikinti departamentinin rəhbəri Məzahir Nəbiyev "Xəzər Xəbər"ə bildirib ki, Bənövşəyi xəttin stansiyaları "Qruntda divar" üsulu ilə tikilir. Ekoloji cəhətdən daha səmərəli olan bu üsul həm də məhdud məkanda tikintinin effektiv qaydada aparılmasına şərait yaradır. Onun sözlərinə görə, artıq metronun tunellərində işlər yekunlaşıb.

Departament rəhbəri əlavə edib ki, yeni stansiyada elevatorlarla yanaşı, liftlər də quraşdırılacaq və 4 giriş-çıxışının olması nəzərdə tutulub. Bu isə yerüstü avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Məzahir Nəbiyev Xocasən stansiyasında işlərin nə vaxt yekunlacağına da aydınlıq gətirib. O bildirib ki, tikintisi davam etdirilən stansiyanın gələn ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.






Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap