“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Tarix 10.04.25, 11:35

Font ölçüsü : - / +
bitmap-img6


Tıxac probleminin həlli üçün şəhərin mərkəzindəki bəzi qurumlar şəhərdən kənara və bölgələrə köçürülə bilər.

AzFakt.com xəbər verir ki, bunu Ajans.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. O bildirib ki, tıxaca səbəb olan əsas faktlardan biri də, şəhərin mərkəzində dövlət idarələrinin, universitetlərin yerləşməsidir:

Tıxac adətən əhalisi sıx olan, meqapolis şəhərlərə xas olan məsələdir. Bakı da illərdir tıxac problemindən əziyyət çəkir. Dövlət və müvafiq qurumlar bunun qarşısını almaq üçün addımlar atır. Mütəxəssis və ekspertlər ölkəyə dəvət olunur.  Şəhər böyüyür, insanların və avtomobillərin sayı artır. Bu da tıxaclara səbəb olur.

Şəhərdə tıxaca səbəb olan əsas faktlardan biri də, mərkəzdə dövlət idarələrinin, universitetlərin yerləşməsidir. Bəzi dövlət idarələrinin və nazirliklərin şəhər kənarında, yaxud bölgələrdə olması dünya təcrübəsində mövcuddur. Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, bir çox agentliklərin, qurumların, universitetlərin kənarlara və bölgələrə köçürülməsi çıxış yolu ola bilər

Deputat bildirib ki, bu proses yüksək maliyyə tələb edən məsələdir:

"Reallaşması qısa vaxt ərzində çətindir, lakin mümkünsüz deyil. Məsələn, dünya təcrübəsində universitetlərin öz şəhərciyi olur, tələbələr təhsil aldığı müddətdə həmin şəhərcikdə yaşayırlar. Yeni təcrübələr öyrənilməlidir, bu, şəhər üçün də əhəmiyyətli olacaq".



Xəbərin oxunma sayı : 844




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap