Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2021

    Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO

  • / Maqazin / — 09 Sentyabr 2021

    Azərbaycanlı model bu cür soyunmağı sevir – FOTO

  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

Cəlilabadda vəzifəli şəxslər sələmə pul verən müğənnini qətlə yetirib - TƏFƏRRÜAT

Tarix 22.04.21, 20:31

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün öncə itkin düşən Cəlilabad rayon sakini Əflatun Abdullayevin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

 "Report"un məlumatına görə, qətl hadisəsi rayonun iki kəndinin icra nümayəndələri tərəfindən törədilib.

Belə ki, rayonun Seyidbazar kənd icra nümayəndəsi Feyzulla İsmayilov və Təklə kənd icra nümayəndəsi Famil Mahmudovun Fərzili kənd sakini Əflatun Abdullayevə pul borcları olub.

Amma pulu ödəyə bilməyəcəklərini düşünən icra nümayəndələri qabaqcadan əlbir olaraq Əflatun Abdullayevi öldürmək qərarına gəliblər. Hər iki vəzifəli şəxs əvvəlcə rayon ərazisində Ə.Abdullayevlə görüşüblər. Bu zaman onların arasında mübahisə yaranıb və mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Daha sonra F.İsmayılov və F.Mahmudov Ə.Abdullayevi öldürüblər və onun meyitini Sabirabad rayonuna gətirərək burada su kanalına atıblar.

Onlar Ə.Abdullayevə məxsus minik avtomobilini isə Salyan rayonu ərazisində saxlayaraq qaçıblar.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən F.İsmayılov və F.Mahmudov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, əvvəllər müğənnilik edən Ə.Abdullayev sələmə pul verməklə məşğul olub.



Xəbərin oxunma sayı : 1147

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda