“Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

Ceyhun Bayramov Hakan Fidanla görüşdü - Nələr müzakirə olunub?

Tarix 05.07.24, 23:47

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla regional məsələləri müzakirə edib.

AzFakt.com xəbər verir ki, bu barədə Ceyhun Bayramov sosial şəbəkədə bildirib.

“Şuşada keçirilən Türk Dövlətlərin Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla müttəfiqlik, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında faydalı fikir mübadiləsi apardıq”, – o qeyd edib.

Xarici İşlər Nazirliyin sosial şəbəkə hesabında isə görüşdə “qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiq Azərbaycan-Türkiyə əməkdaşlığından irəli gələn məsələlər, müxtəlif təşkilatlar və formatlar çərçivəsində regional və beynəlxalq əməkdaşlıq, qlobal təhlükəsizlik çağırışları və məsələlərinin hərtərəfli müzakirə olunduğu” bildirilib.

“Tərəflər türk dünyasında əməkdaşlığın genişləndirilməsi, müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, iqlim dəyişikliyi ilə mübarizə və s. sahələrdə mövcud imkanlardan bəhrələnmək üçün TDT-nin gücləndirilməsinin vacibliyini təsdiqləyiblər”, – məlumatda diqqətə çatdırılıb.

Görüşdə münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri, Azərbaycan-Ermənistan normallaşması prosesinin son vəziyyəti də müzakirə olunub.






Xəbərin oxunma sayı : 1762




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap