Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Dünyanı şoka salacaq yeni pandemiya - Dəhşətli detallar

Tarix 24.05.25, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


H5N1 pinqvinlərdən dəvələrə qədər yayılıb.

musavat.com bildirir ki, elm adamları ciddi xəbərdarlıq edirlər: növbəti pandemiya məhz quş qripi olacaq.

BBC manşetdən yaydığı məqalədə bildirir ki, H5N1 adlı son dərəcə yoluxucu bu virus artıq bütün qitələrdə yayılıb – yalnız Avstralaziya (Yeni Qvineya, Yeni Zelandiya və ətraf adalar) istisnadır.

Virusun miqyası o qədər genişlənib ki, artıq Antarktidada pinqvinlərdə, Yaxın Şərqdə isə dəvələrdə aşkarlanıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin (USDA) məlumatına görə, yoluxmuş quşlara ABŞ-ın bütün 50 ştatında rast gəlinir – həm fermer təsərrüfatlarında, həm də vəhşi təbiətdə.

Üstəlik, virus artıq təkcə quşları deyil, mal-qaranı da yoluxdurub: hazırda təxminən 1000-dən çox süd inəyi sürüsündə quş qripi infeksiyası aşkarlanıb. İndiyə qədər virusun insanlara keçməsi ilə bağlı ABŞ-da ən azı 70 yoluxma faktı qeydə alınıb. Təəssüf ki, bu hallardan biri ölümcül nəticələnib.

Epidemioloqlar xəbərdarlıq edir: Geri dönüş nöqtəsi artıq keçilmiş ola bilər
Mütəxəssislər bildirirlər ki, bu dəfə quş qripi səssiz və sürətli şəkildə yayıldığı üçün çoxları onun potensial təhlükəsini yetərincə ciddi qəbul etmir. Lakin Con Hopkins Universitetinin Bloomberq adına İctimai Səhiyyə Məktəbinin epidemiologiya üzrə müəllimi Keytlən Riversin sözlərinə görə, virusun yayılmasını nəzarət altına almaq üçün mümkün olan əsas məqamlar artıq qaçırılıb.

Onun fikrincə, əvvəlcə Bayden administrasiyası, indi isə Tramp hökuməti virusun qarşısını almaqda gecikib və bu, vəziyyətin nəzarətdən çıxmasına yol açıb. Ekspertlər hesab edirlər ki, ABŞ artıq pandemiyaya aparan geri dönüş nöqtəsini keçib və bu mərhələdən sonra qlobal miqyasda yeni pandemiyanın başlaması sadəcə zaman məsələsidir.

H5N1 pandemiyasının əlamətləri görünür

Epidemioloqlar onu da bildirirlər ki, rəsmi statistik göstəricilər faktiki yoluxanların sayını əks etdirmir. Əslində isə real yoluxma halları bu rəqəmlərdən dəfələrlə çox ola bilər.

Hazırkı mənzərə dünya ictimaiyyəti üçün yeni bir pandemiya riskinin artıq qapıda olduğunu göstərir. H5N1-in sürətlə mutasiya etməsi və insanlara keçmə riski bu virusu dünya səhiyyəsi üçün ən təhlükəli bioloji təhdidlərdən birinə çevirib.

MƏNBƏ: https://www.bbc.com/russian/articles/cr7zzyne99ko



Xəbərin oxunma sayı : 208




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap