Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

“Putin yorulub, yaxşı görünmür...” - Trampdan ilginc açıqlamalar

Tarix 18.05.25, 15:43

Font ölçüsü : - / +
bitmap-img6

 
ABŞ Prezidenti Donald Tramp yenə birmənalı qarşılanmayan açıqlamalarla çıxış edib.

“Fox News” telekanalına yeni müsahibəsində Tramp Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə cümə axşamı Türkiyədə görüşməkdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən, könülsüz şəkildə Putini sülhə maneə adlandırıb.

Əvəzində, yenə Zelenskidən şikayətlənib: "Qulaq asın, Zelenski ilə çox çətin söhbətim oldu, çünki onun dediklərini bəyənmədim və o, bunu asanlaşdırmaq istəmədi. Və mən həmişə deyirdim ki, onun heç bir “kozırı” yoxdur, “kozırı” yoxdur, bilirsiniz, düzünü deyirəm”.

Xüsusi elçisi Stiv Uitkoffu tərifləyən Tramp, buna baxmayaraq, məhz özünün Putinlə görüşünə ehtiyac olduğunu deyib: "Mən həmişə hiss etmişəm ki, mənsiz görüş ola bilməz, çünki(mənsiz) anlaşmanın olacağını düşünmürəm. Biz bir araya gəlməliyik və düşünürəm ki, yəqin ki, bunu planlaşdıracağıq, çünki başqalarının getməsindən, görüşməsindən və başqa şeylərdən yorulmuşam. Düşünürəm ki, Putin bütün bunlardan yorulub. O, yaxşı görünmür, o isə yaxşı görünmək istəyir. Unutmayın, bu bir həftəyə bitməli idi”.

Eyni zamanda ABŞ Prezidenti Rusiyaya qarşı daha əvvəl tətbiq edə biləcəyi sanksiyaların tətbiqinin mümkünlüyündən də danışıb.

O, əlavə sanksiyaların müzakirə olunduğunu deyib:"Bunu həmişə ehtiyatımda saxlayıram. Lazım gələrsə, bundan istifadə edəcəyəm. Bundan istifadə etməməyə üstünlük verərdim. Yeri gəlmişkən, bu, çox vacibdir"./Azpolitika.info/



Xəbərin oxunma sayı : 304




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap