![]() |
|














Hotellərimiz niyə boş qalır? - Səbəbi AÇIQLANDI
Tarix 17.05.25, 22:20 |
|

Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin 81 faizdən çoxunun boş qalması ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatı ölkəmizə turist gəlişinin azalması kimi izah olunur. Bu, kifayət qədər ciddi rəqəmdir və həyəcan təbili çalmağın vaxtı çatıb kimi görünür.
Turizmçilər hotellərin boş qalmasını havaların turizm mövsümünə uyğun olmaması ilə əlaqələndirirlər. Onlar həm də qiymətlərin bahalığı, təbliğatın yaxşı qurulmaması və s. kimi səbəblərin də olduğunu deyirlər.
Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov açıqlanan statistika ilə razılaşmır: "Aylarla müqayisə dəqiq nəticə almağa mane olur. Ən azı yarım illik, ya da bir illik statistikanı müqayisə etmək lazımdır. Ay olub ki, müəyyən səbəblərə görə bayramlarda və ya dünyada mövcud olan başqa trendlərə görə turistlərin sayı keçən illə müqayisə edəndə az olub. Amma digər aylarda bu boşluq kompensasiya edilib. Bizim idarə etdiyimiz hotellərdə müştəri sayında azalma yoxdur”.
Turizm üzrə ekspert Ceyhun Aşurov hesab edir ki, ilin ilk rübündə hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması təəccüblü deyil: "Statistikaya görə, Azərbaycanda 800-ə yaxın hotel və qalma yeri var. Nömrə fondumuz təxminən 30 minə yaxındır, 60 minə yaxın ölkə üzrə yataq sayımız var. Nəzərə alaq ki, ilin ilk rübü turizm üçün o qədər də aktiv aylar deyil və bu səbəbdən hər il olduğu kimi bu il də ölkəyə çox qonaq gəlməyib. Bu, bütün dünyada belədir. Qonaqların artımı əslində aprel ayından başlayır. Həm də insanlar daha çox yay aylarında səyahət edirlər. Hotellərdəki yerlərin 80 faizdən çoxunun boş qalması əsasən bununla əlaqədardır. Aprel-maydan başlayaraq turist axınının artan xətt üzrə inkişafını proqnozlaşdırıram”. Ekspert paytaxt mehmanxanalarında 60 faizə yaxın doluluq olduğunu deyir: "Daha sonra Qəbələ, Qusar və s. rayonlar ardıcıllıqla gedir. Bu da quru sərhədlərin bağlı olduğu dövrdə ölkəyə giriş-çıxışın əsasən Bakıdakı hava limanından həyata keçirilməsi ilə əlaqədardır. Ölkədə bir həftə qalan qonaq ya gəlişi, ya da gedişi zamanı bir-iki gün Bakıda gecələməli olur. Ona görə Bakıda gecələmələrin sayı daha çoxdur. Qusar da təbii ki, qış mövsümü ilə əlaqədar olaraq ən çox səfər olunan istiqamət olub. Qusarda və Qəbələdə yay-qış komplekslərinin olması ilin ilk rübündə daha çox turistlərin getməsinə səbəb olub”.
Gəlmə turizm üzrə menecer Vasif Yadigarov mehmanxanalarda yaranan boşluğu dünyada baş verən hadisələrlə əlaqələndirir: "Çünki çox reyslər təxirə düşüb. Bu, əsasən Hindistan və Pakistan istiqamətindən gələn reyslərə aiddir. Yanvar-mart aylarında gələnlər onsuz da nisbətən az olur”. Turizmçi xüsusən rayon mehmanxanalarında qeydə alınan azalmanı normal hesab edir: "Bu, normaldır, çünki gələn qonaqların 50%-dən çoxu rayonlara getmir. Məsələn, keçən həftə biz mindən çox hindistanlı qonağı yola salmışıq. Onlardan heç biri rayona getmədi”.
"Statistika və turizmin incəlikləri onu göstərir ki, yanvar-fevral, hətta mart ayı turizmdə aşağı mövsüm hesab olunur”, - deyə turizm üzrə ekspert Əziz Şiriyev bildirir: "İnsanlar daha çox hava isti olanda gəzintiyə üstünlük verirlər. Əvvəlki illərə nəzər yetirsək, mart ayında, xüsusən Novruz bayramı ərəfəsində ölkəmizə xeyli sayda İrandan turist gəlirdi. Sonra bu axın dayandı. Ona görə bu ilin martında bir qədər zəif mövsüm oldu. Hazırda Bakıda, Qobustanda, tarixi məkanlarımızda, qoruqlarda Rusiyadan, Hindistandan gələn turistləri görə bilərsiniz. Tədricən regionlarda da turistlərin sayı artmaqdadır. Hesab edirəm ki, Çinlə Azərbaycan arasında viza rejiminin ləğvi çinli turistlərin ölkəmizə gəlişinə səbəb olacaq”.
Tərcüməçi-bələdçi Aytac Nəzirli isə açıqlanan statistikanı real hesab edir: "Qış aylarında turistlərin azlığı normal haldır. Çünki qız aylarında Qəbələ-Qusar kimi ərazilərdə hotel qiymətləri kəskin şəkildə bahalaşır. Bəzi ölkələrdə qış aylarında tətil olmur, azalmada bu da rol oynayır. Amma apreldən başlayaraq yenidən canlanma müşahidə olunur”. Bələdçi hesab edir ki, ilin əvvəlindən turistlərin ölkəyə az gəlməsinin səbəblərindən biri də bu istiqamətdə reklam işinin yaxşı qurulmaması ilə bağlıdır: "Biz turizmdə ancaq bir ölkəyə köklənirik. Bir ara ərəb bazarına kökləndilər, sonra Hindistan, indi də Çin. Bir anda bir neçə bazarla müqavilə bağlasalar, kəskin şəkildə artım ola bilər. Məsələn, hindistanlılar yayda gəlməyi üstün tuturlar, onlar qışı sevmirlər. "Ərəb bazarı” demək olar ki sona çatıb. Onlar əvvəl Azərbaycana gəlirdilər, amma indi Gürcüstana, Qazaxıstana üz tuturlar”. A.Nəzirli turistlərin diqqətinin təkcə Bakıya fokuslanmasını da düzgün hesab etmir:
"Azərbaycanın turizm bölgələri təkcə Bakı, Qusar və Qəbələ deyil. Amma təəssüf ki, bizim sektorda təkcə bu şəhərlərə kökləniblər. Digər regionların gözəl turistik yerləri, tarixləri, ənənələri var. Amma Gəncədə, Balakəndə, Lənkəranda və s. yerlərdə çox nadir hallarda turist görərsiniz. Çünki bu istiqamətdə reklam düzgün getmir. Şəxsən mənim qonaqlarım olanda rayonlara səfər təklif edərkən tərəddüd edirlər. Çünki qonaqların gördüyü yalnız bu üç şəhərdir”. Bələdçinin dediyinə görə, qonaqlara qarşı baş verən dələduzluq halları da onların gəlişinə mane olur: "Taksi sürücüləri, gecə qadınları, restoranlarda qiymət artımı, onlara verilən saxta pullar, peşəkar olmayan bələdçilərin məlumatları qonaqları ölkəmizdən soyudur. Nəticədə turistləri itiririk”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 475
Sosial
Xəbərlər
-
Nazirlikdən xəbərdarlıq - Bu tarixdə telefonla danışmayın
-
Bakıda çörəyin içindən tük çıxdı - Rəsmi qurum araşdırmaya başladı
-
“Putin yorulub, yaxşı görünmür...” - Trampdan ilginc açıqlamalar
-
Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?
-
Belçika Ukraynaya nəhəng yardım paketi təqdim edəcək - SİYAHI
-
Müəllim vakansiyası adı altında fırıldaqçılıq - VİDEO
-
Vatikanda yeni Roma Papasının taxta çıxma mərasimi keçirilir - VİDEO
-
Hikmət Hacıyev Tehranda - Dialoq Forumunda iştirak edir
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Beyləqanda maşın rayonun giriş qapısına çırpıldı - Yaralılar var
-
Türk ərindən boşanıb Bakıya qayıdıb? – “Deyirlər, ət bahalaşıb, ona görə gəlib”
-
Şabran rayonunda ağır qəza - İki nəfər öldü
-
Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? - Siyahı
-
Azərbaycanda “Araz-2025“ birgə təlimi keçirilir - VİDEO
-
“Xüsusi hərbi əməliyyatın nəticəsi uzunmüddətli sülh olmalıdır“ - Putin
-
Bakıda tikintiyə etiraz gürüntüləri yayılıb - VİDEO
-
“Avroviziya 2025“in qalibi Avstriya oldu - VİDEO
-
Qadın xəstəxanada çalışan rəfiqəsini iş yerində döydü - Neftçalada
-
Xaricdən gətirilən avtomobillərdən narazılıq - VİDEO
-
ABŞ İranın nüvə ambisiyalarından əl çəkməsini istəyir - Marko Rubio
-
Bu gün 6-cı siniflərin monitorinqi keçiriləcək - Bütün məktəblərdə
-
Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO
-
Salah “Mançester Siti“nin ulduzunu “Liverpul“a dəvət etdi - “Bizim yerimiz var“
-
Putin və Tramp arasında telefon danışığının baş tutması üçün hazırlıqlar gedir - KREML
-
İmtahanda nə baş verib? - 46 saylı orta məktəbdə şagirdlər ağlayaraq çıxdı
-
Abit Əliyevin “Xezer-Construction“ sevgisi - Bu dəfə 2,5 milyon...
-
Əlil ana övladı üçün yardım istəyir: “Bəzən günlərlə çörək ala bilmirəm“
-
Hotellərimiz niyə boş qalır? - Səbəbi AÇIQLANDI
-
Dünya Kung Fu çempionatı - Əminə finala vəsiqə qazandı
-
Azyaşlı “gəlinlər“ - Qadağalar o vaxt təsirli olacaq ki...
-
TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: “Otağı təmir et, hər ay 1 200 manat icarə haqqı ödə!“
-
Xırdalan şəhərində qanunsuz yaşayış evi tikdirən Malik kimdir? - FOTO/VİDEO
-
Makron Ərdoğanla görüşdə özünü alçalmış duruma salıb - VİDEO
-
Nərimanov rayonunda acınacaqlı vəziyyət - Piyadaların keçidinə maneə yaradılır
-
Azərbaycanda yas mərasimi üçün 11-21 min manat lazımdır - Xərclərin tam siyahısı
-
“İstanbuldakı danışıqlarda bütün konstruktiv təklifləri Rusiya irəli sürüb“ - Zaxarova
-
Sevgi və məntiq: Pakistanlı Əli və azərbaycanlı Nərgiz necə evlənib?
-
Dövlət büdcəsində 3 milyard artıq vəsait yarandı - Hara xərclənəcək?
-
6 ildə 233 min nəfər - Sayımız 11 milyonu niyə keçə bilmir?
-
Mübahisəli cərimələr zamanı - Nə etməli?
-
Azərbaycanda evlər nə qədər bahalaşıb? - CƏDVƏL
-
Ərini öldürən Aysuya “dəlilik kağızı” necə verilib? - TƏFƏRRÜAT
-
Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat + FOTO
-
Mütəllim Rəhimli Ədalət Partiyasının sədri seçilib - Keçən ay qovulmuşdu
-
Aygün Səmədzadəyə vəzifə verildi - Direktor təyin olundu
-
Putin ABŞ-nin sülh planını rədd edib - Uitkoffun səfəri buna görə ləğv edilib
-
Yeni tədris ilində istifadəyə veriləcək “Təhsil kartı“ - Müsbət və mənfi tərəfləri
-
Bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
“Uranın zənginləşdirilməsindən imtina etməyəcəyik“ - İran XİN
-
Sadıkovun daha bir korrupsiya əməli ifşa oldu - Generaldan yeni etiraflar
-
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
-
“Hər kəs Tiranada İlham Əliyevin siyasi, diplomatik gücünü gördü“ - Səbuhi Abbasov
-
Baş Prokurorluq və DİN Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yaydı
-
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı - Narazı qaldı
-
“Tarqovıy“da piyadaların arasında “Prius“ sürdülər - VİDEO
-
Ötən gün bank kartlarından 20 min manatdan çox pul oğurlanıb - DİN
-
Paytaxtda növbəti genişmiqyaslı təmizlik işləri aparılıb - Fotolar
-
“Bununla heç bir alim ailə dolandıra bilməz“ - Misir Mərdanov maaşını açıqladı
-
Azərbaycanda tibbi tullantıların aqibəti necə olur? - TƏBİB-dən açıqlama
-
Corablarında 40 min dollarla tutulmuşdu - Azadlığa buraxıldı
-
Yeni Suraxanı qeydiyyatında olmayanların orada dəfninə icazə verilmir - VİDEO
-
“Danimarka Ukraynaya 26-cı hərbi yardım paketini hazırlayır“ - Zelenski
-
“WhatsApp”a yeni düymə əlavə edildi - Sıxanda hamı sizi görəcək
-
Məhərrəm ayı ərəfəsində toylar artıb, qızıl bahalaşıb - VİDEO
-
Nəsrin Cavadzadə Bakıda - Yataqda fotolar paylaşdı
-
Ançelotti Braziliyadan ayrılıb yenə “Real Madrid“ə qayıdacaq - Razılaşma
-
Universitetlərdə tələbələrdən “Məzun günü“ üçün pul yığılır? - VİDEO
-
Prezidentin bugünkü görüşlərinin - Videoicmalı
-
“Dedim, qoy məni elə öldü bilsinlər“ - 9 ay sonra tapılan Kənan
-
Prezidentin Albaniyaya səfəri başa çatdı
-
Bakıda iş adamı “Porşe” ilə motosikletçini vurdu - FOTO
-
Tibb təhsili olmayan Nihad Aslanov - “Mayomed” klinikasında estetik cərrah kimi fəaliyyət göstərir
-
“PKK-nın bütün qolları silahları təhvil verməlidir“ - AKP-nin sözçüsü
-
“Rusiya - Ukrayna danışıqlarının növbəti raundu atəşkəsə həsr olunacaq“ - Slutski
-
Əfv Komissiyasının yekun iclası keçirildi: Müraciətlər Prezidentə təqdim olunacaq
-
“Təvazökar insanam” - Prezidentdən xatirə imzası - Video
-
Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO
-
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası - FOTO
-
“Rusiya nümayəndə heyəti qəbuledilməz bir sıra fikirlər səsləndirdi“ - Ukrayna XİN
-
BŞİH-in tabeli qurumu yenə “Xezer-Construction“a tender verdi - Bu dəfə 2,5 milyon...
-
“Maşın bazarı“ndakı durğunluğun əsl səbəbləri - VİDEO
-
“İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib“ - Tramp
-
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verildi - FOTO
-
Bəzi ərzilərdən ət gətirə bilməyəcəksiniz - Qadağan olundu
-
İlham Əliyevlə Paşinyan arasında maraqlı dialoq - VİDEO
-
Plastik cərrahiyyə məsələsi tam həllini tapdı - RƏSMİ
-
Ölkədən çıxmaq vacibdirsə, vəzifədən çıx... - Yeni qanunun detalları
-
“Putin qeyd-şərtsiz atəşkəs üçün danışıqlar masasına oturmalıdır“ - Starmer
-
Yeni sədr bir gün sonra özü istefa verdi - Ərizəsində nə yazıb
-
Ərdoğan Əliyevi çağırdı, Paşinyan da qoşuldu – Tiranada maraqlı anlar + VİDEO
-
Bu diş pastalarında zəhərli maddə aşkarlandı - Azərbaycanda da satılır
-
İstanbul danışıqlar başa çatdı - Rusiya ultimatum verib, Ukrayna isə...
-
Baş nazir Meloninin qarşısında diz çökdü - VİDEO
-
Dollar neçəyə olacaq? - 4 günlük rəsmi məzənnə açıqlandı
-
Qalmaqallı aparıcı da kosmetoloq qurbanı oldu - VİDEO
-
İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
-
Kamran Əliyev Bakı şəhərində qəbul keçirdi - Fotolar
-
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - TƏFƏRRÜAT
-
Deputat Səyyad Aran da şikayətlənir - "5 min manat maaşla necə pul yığıb maşın alım?”
-
Eltisini evin mətbəxində əməliyyat edibmiş - Nazir deputata cavab verdi
-
Şirvanda ağacları kəsib yerində obyekt tikilir - VİDEO
-
Bu şəxslər azadlıqdan məhrum ediləcək - Yeni cəzalar
-
Prezident Böyük Britaniyanın Baş naziri ilə görüşüb - Albaniyada
-
“156 “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb“ - Seyfulla Əzimov
-
DSX-də hərbçilər bu qəzet və jurnalları oxuyacaqlar - Siyahı
-
Borclulara sərt xəbərdarlıq - çıxış qadağası bir mesajla çatdırılacaq
-
İstanulda Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü başlayıb - FOTO
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı bu sahələrdə verilir - SİYAHI
-
“Əmək pensiyaları haqqında” qanun dəyişdi - Əlavələr var
-
İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir - FOTOLAR
-
Generalların vəzifədə qalma müddəti uzadıldı - Yeni qanun qəbul edildi
-
Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir - XİN
-
İtkin şəhidlərimiz dəfn olunur - FOTOLAR
-
Prezident Avropa İttifaqı rəhbərləri ilə görüşdü - FOTOLAR
-
Tədris Cərrahiyyə Klinikası ilə deputatın şirkəti arasında sövdələşmə - 1.2 milyonluq dərman...
-
Bakının bu ərazisində bulvar salınacaq - VİDEO
-
Abituriyentlər Xankəndidə imtahan verəcək - İlk dəfə
-
“Milla”da çilingərin əli sındı, amma şirkətdən zərəri ala bilmədi - SƏBƏB
-
Taksilərdə yeni tələblər - Dəyişikliklər var
TOP 10
ARXİV