![]() |
|














Stomatoloqlar narazıdır: Nə tibb prinsipinə uyğundur, nə də...
Tarix 24.05.25, 22:37 |
|

TƏBİB-in dövlət müəssisələrində çalışan stomatoloqlardan hər iş otağı üçün paytaxtda aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul tələb etməsi barədə yayılan məlumatlar narazılıqlara səbəb olub. Stomatoloqlar yanaşmanın doğru olmadığını bildirirlər.
Azərbaycanda fəaliyyət göstərən bir qrup stomatoloq TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) stomatoloji müəssisələrdən pul tələb etdiyini bildirir. Stomatoloqlar sosial şəbəkələrdə iddia edirlər ki, TƏBİB dövlət müəssisələrində çalışan stomatoloqlara hər iş otağı üçün aylıq 1 800 manat, bölgələrdə isə 1 200 manat pul tələb edir. Həkimlər bildirirlər ki, icarə haqqı məsələsi peşə fəaliyyətinə və maddi rifaha ciddi təsir göstərən problemdir.
Stomatoloq Tural Mirzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bu tələbin heç bir hüquqi əsası yoxdur: "Xarici ölkələrdə stomatoloji xidmətin ən azı 70%-i sığorta hesabına qarşılanır. Hazırda dövlət poliklinikalarında kifayət qədər sosial durumu aşağı olan insan stomatoloji xidmət alır. TƏBİB bu tələbi irəli sürməklə dövlət poliklinikalarının bağlanmasına və ictimai narazılıqlara səbəb olacaq”.
Həkim vurğulayır ki, hər kəsin maddi durumu özəl stomatoloji kabinetlərdə xidmət almağa imkan vermir: "Rayonlarda durum daha acınacaqlıdır. Kənd yerində çalışan stomatoloq 1200 manatı haradan tapıb ödəyəcək? TƏBİB-in stomatoloji xidmətin keyfiyyətindən xəbəri varmı? Materialları belə həkimlər özləri alır. Dünyanın harasında uşaq stomatologiyası dövlət poliklinikasında ödənişlidir?!”.
Tural Mirzəyev deyir ki, 1200 və 1800 manatlıq "plan" tələbi, nə tibbi prinsiplərə, nə də real iqtisadi və sosial şəraitə uyğundur: "Bu "plan”lar həkimlərə qarşı maddi və psixoloji təzyiq vasitəsinə çevrilib. Bu sistem yalnız vicdanla çalışan həkimlərə deyil, ümumilikdə stomatoloji xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Məlum qərarlar fonunda tibbi və stomatoloji təhsili olmayan, qanunsuz şəkildə diş müalicəsi və protezləşmə ilə məşğul olan şəxslərə qarşı hansısa cəza tədbiri görülmür. Əksinə, təhsilli, lisenziyalı və peşəkar stomatoloqlara qarşı təzyiqlər artır, işdən çıxarılma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Biz, stomatoloqlar olaraq bu ədalətsizliklərə qarşı çıxırıq”.
Almaniyada stomatoloq kimi fəaliyyət göstərən həmyerlimiz Pərviz Rəhimli bildirir ki, xüsusilə bölgələrdə fəaliyyət göstərən həkim-stomatoloqlar üçün bu qərar maliyyə baxımından əlavə yük yarada bilər: "Ödənişlərin məqsədi və hüquqi əsaslandırması tam şəkildə izah olunmadığı üçün bu, şəffaflıq və ədalətlilik prinsipləri ilə bağlı suallar doğurur. Qeyd etmək yerinə düşər ki, 2022-ci ildə Mannheim şəhərində TƏBİB nümayəndələri ilə keçirilən görüş zamanı stomatoloqların fəaliyyəti ilə bağlı verdiyimiz sualı cavablandırılarkən, Azərbaycanda stomatologiyanın ən çətin nəzarət olunan sahələrdən biri olduğu vurğulandı. Bu yanaşma nəzarətin zəruriliyini göstərsə də, sahədəki dərin struktur problemlərin - qeyri-leqal fəaliyyət, lisenziyasız klinikalar, saxta həkimlər və haqsız rəqabətin - hələ də sistemli şəkildə həll olunmadığını ortaya qoyur. Belə bir şəraitdə stomatoloqlara əlavə aylıq ödəniş tələbinin irəli sürülməsi, xüsusilə dövlət klinikalarında çalışan, vicdanla və protokollara uyğun işləyən mütəxəssislər üçün ciddi çətinliklər yarada bilər. Bu ödənişi ödəməyə məcbur edilən həkimlər istər-istəməz göstərilən xidmətlərin qiymətini artırmağa məcbur qalacaq və bu da birbaşa olaraq vətəndaşların üzərinə əlavə maliyyə yükü qoyacaq”.
Həkim müqayisə üçün Almaniya modelinə nəzər salmağı faydalı hesab edir: "Almaniyada stomatoloqlardan müalicə otağı üçün sabit aylıq rüsum alınmır. Stomatoloqlar - istər dövlət, istər özəl klinikalarda - protokollara uyğun işləmək, keyfiyyətli tibbi xidmət göstərmək və pasiyent məmnuniyyətini təmin etmək öhdəliyi daşıyırlar. Qarşılığında isə ya sabit yüksək maaş alırlar, ya da klinikaya gətirdikləri gəlirə əsasən maaş və bonuslarla təmin olunurlar. Eyni zamanda, onlar yüksək vergi öhdəliklərini yerinə yetirirlər. Ən əsası, Almaniyada stomatoloji xidmətlərin maliyyə modeli göstərilən xidmət və sığorta sistemləri üzərində qurulub. Bu model həm stomatoloqların fəaliyyətini sabit və şəffaf şəkildə davam etdirməsinə, həm də pasiyentlərin daha əlçatan və keyfiyyətli xidmət almasına imkan yaradır”.
O vurğulayır ki, Azərbaycanda da stomatoloji sahədə islahatlar həyata keçirilərkən beynəlxalq təcrübə, xüsusilə şəffaf və effektiv idarəetmə modelləri nəzərə alınmalıdır: "Əlavə rüsumların tətbiqi arzuolunan nəticələri verməyəcək, əksinə, peşəkar stomatoloqların fəaliyyətini daha da çətinləşdirəcək və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinə mənfi təsir göstərəcək”.
TƏBİB-dən isə bildirilib ki, müəssisələrin maliyyə uçotundan yayınması halları müşahidə edilib: "Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və bu sahədə şəffaflığın artırılması məqsədilə müəyyən təhlil və qiymətləndirmə işləri aparılıb. Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda fəaliyyət göstərən stomatoloqların xidmət həcmi və mövcud şərait araşdırılıb. Ödənişlərin rəsmi, nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.
TƏBİB vurğulayır ki, qarşılıqlı əməkdaşlıq və açıq dialoq prinsiplərinə əsaslanaraq həm stomatoloji xidmət göstərən həkimlərin, həm də pasiyentlərin maraqlarını qorumağa davam edəcək: "Bununla belə, konkret plan və ya öhdəliklərin rəsmi şəkildə tətbiq edilməsi barədə hər hansı qərar qəbul edilməyib. Hazırda məsələ yalnız müzakirə və təklif mərhələsindədir. TƏBİB rəhbərliyinin iştirakı ilə bir qrup həkim-stomatoloqla müzakirələr aparılıb və danışıqlar müsbət nəticə ilə bitib”.
Məlumat üçün bildirək ki, bir qrup stomatoloq yeni tələb və qaydaların yaratdığı sualları aydınlaşdırmaq üçün qurumun binasında toplaşıblar. Onlar jurnalistlərə açıqlamasında etiraza səbəb olan məsələlərə TƏBİB tərəfindən aydınlıq gətirildiyini bildiriblər.
Xəbərin oxunma sayı : 313
Sosial
Xəbərlər
-
“Şəbnəmə o mahnını həyat yoldaşım alıb, hədiyyə edib“ - Vəfa Şərifova
-
“Avropa ölkələri Ukraynaya göndərmək üçün ABŞ-dən silahlar almaq istəyir“ - “Bloomberg“
-
Metal qəbulu məntəqəsinin fəaliyyəti sakinləri narahat edir - ŞİKAYƏT/VİDEO
-
ABŞ Ukrayna müharibəsindən dron təcrübəsini öyrənir - Tramp
-
Stomatoloqlar narazıdır: Nə tibb prinsipinə uyğundur, nə də...
-
Ərdoğan Şaraa ilə bu məsələlərdən danışıb - İlginc detallar
-
Avropaya ən çox neft satan 9 ölkə - Azərbaycan siyahıda yer almır
-
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər - Pullarını da oğurladılar
-
Bayramov pakistanlı həmkarı ilə danışıb - Nələr müzakirə olunub?
-
Şuşada “Xarıbülbül” festivalının açılışı oldu - FOTOLAR
-
Ayxan Abbasovdan 30 futbolçuya dəvət - SİYAHI
-
Dünyanı şoka salacaq yeni pandemiya - Dəhşətli detallar
-
“Siz elə ölü qalın ...” - Ayaz Salayevlə Röya arasında qalmaqal +Video
-
Bakıda məşhurlaşan qurbağa əti - “Zəhərli maddələr çoxdur ”+Video
-
Azərbaycanlı jurnalistin sevgilisi olan bankirin başı dərdə - 20 il həbs...
-
Dünya çempionatı: Gürcüstan Argentinanı məğlub edib
-
Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Tanışına SIM-kart almağa kömək etdi: Adına 200 MİN manat borc gəldi
-
Azərbaycanda kərə yağı istehsalının həcmləri açıqlandı - Statistika
-
Nəsimi rayonunda park zəbt edilib - VİDEO
-
Türkiyə və Suriya prezidentləri arasında görüş olub - FOTO
-
Rusiya NATO ilə müharibəyə hazırlaşır - Arktika və Baltik sərhədlərində gərginlik artır
-
Agentlikdə yeni təyinat - Habil Alıyevə vəzifə verildi
-
Premyer Liqanın ən yaxşı 10 məşqşisi açıqlandı - Qvardiola ilk 10-luqda yoxdur
-
MTK-ların “gizli şərtləri” - Gecikən ödəniş, itirilən mənzil - VİDEO
-
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
-
“Avropa rəsmiləri və Kiyev dünyanı müharibəyə aparır” - Volodin
-
28 dərəcə isti olacaq - Sabahın havası
-
Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı
-
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
-
Qonşusu ilə dalaşan məktəb direktoru cərimələndi - 100 manat
-
Bloqerlər və influenserlərin “separat reklam“ oyunları bitdi - Yeni qanun nələr vəd edir?
-
İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq? - Açıqlama
-
“Əsir mübadiləsinin davam etməsini gözləyirik“ - Zelenski
-
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - Açıqlama
-
Elektromobilini kustar üsulla şarj edənlərə xəbərdarlıq - VİDEO
-
Oğurluqlar davam edir - 20 manatdan 1200-ə qədər
-
Ağ Evdən Kremlə qarşı sərt ritorika - “Tramp administrasiyası mövqeyini kəskin dəyişib”
-
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
-
Mərkəzi Bank və ya FED: 6 mərtəbə ilə 37 mərtəbənin “gözə girən“ ilk fərqi...
-
Qobustanda yük və minik maşınları toqquşdu: Yaralı var
-
“Zelenski və Putinin görüşü hazırlanır“ - Ukrayna XİN başçısı
-
Xəstə həkim ondan imtina etdiyi üçün ölüb? - Açıqlama
-
“Mənə işgəncə verib, bıçaqla vurub“ - Xalq artisti keçmiş ərindən danışdı
-
Aİ-yə tətbiq edilən 50%-lik gömrük rüsumları yenidən nəzərdən keçirilməyəcək - Tramp
-
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasından bir il ötür
-
“Sənətimə “bayağı“ deyən qələt edir” - Vəfa Şərifova (VİDEO)
-
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi qrup liderliyinə yüksəldi
-
Arazı üzərək Naxçıvana keçib - İrana gedən Elminin başına gələn ilginc hadisələr
-
DSMF “əməkdaşı“ kirayə ev tutdu, qazinin xanımını aldatdı - Film kimi dələduzluq
-
Rusiya sülh yolu ilə nizamlanma prosesinə sadiqdir - Sergey Lavrov
-
Azərbaycanda daha bir aeroport fəaliyyətə başlasın - TƏKLİF
-
Nəsimi rayonunda qanunsuz tikinti - Səkinin zəbt olunmasına kim icazə verib?
-
Qarabağın işğalında iştirakını etiraf etdi - FOTOLAR
-
“ABŞ-nin atəşkəslə bağlı yardımına ümid edirik“ - Umerov
-
Bakıda tikilən bu binaya xərclənən vəsait açıqlandı - “10 kənd və ya 2 böyük qəsəbə tikmək olardı”
-
Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4...
-
Axtarışda olan məşhur milyonçunun oğlu məhkəməni uduzdu - adını da, alimenti də verəcək
-
“Beş il əvvəl bu, fantaziya kimi qəbul oluna bilərdi” - Hikmət Hacıyev
-
Serbiya geostrateji seçim qarşısındadır - Avropa İttifaqı
-
“NATO-ya görə şərlənmişəm” - Sabirabadda atasını öldürən şəxs xəstə imiş
-
Röya lüks avtomobilləri ilə görüntüləndi - VİDEO
-
Millimizdə İsayev müəmması: Santuş “zədəlidir“, xəstəxana “sağlamdır“ deyir
-
Samir Nuriyev iclas keçirdi - Prezidentin tapşırıqları çatdırıldı
-
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
-
171 vətəndaşdan alınan 14 milyon manatın yeri məhkəmədə üzə çıxdı - Pullar “Atlant”a qoyulub
-
Aİ-92 və dizelin bahalaşması ilə bağlı mühüma çıqlama - “Yaxın vaxtlarda...”
-
“Rabitəbank”a neçə dəfə maliyyə sanksiyası tətbiq edilib? - STATİSTİKA
-
“WhatsApp”a ulduz işarəsi gəldi - Sıxanda bu görünəcək
-
ABŞ Aİ mallarına 50% gömrük rüsumu tətbiq edə bilər - Bu barədə Tramp paylaşım edib
-
Ölkədən çıxışına “stop“ qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
-
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
-
Rayonlara leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Anadolu Ankası - 2025“ təlimi başa çatıb - VİDEO
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnənə açıqlandı
-
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
-
“Xaricdən gələn şəxslərdən “Şuşa əlahiddə taboru” yaradılmışdı“ - Manukyan məhkəmədə açıqladı
-
Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA
-
Nazirlik 14 ədəd “Hyundai” alır - 880 min manata
-
Yeni dəyişiklik onların cibinə - Necə təsir edəcək?
-
Zaur Mikayılovun keçmişə U dönüşü - Sabirabad Suvarma Sistemlərində nə baş verir?
-
Məhkəmə tiktoker Vüqar Zeynalzadə haqqında qərar verdi - Həbs qətimkan tədbirinin müddəti uzadılıb
-
15 yaşlı qızı qaçıran şəxsə - Bu cəza verildi
-
Azərbaycana iribuynuzlu heyvan və qoyun idxalı kəskin artıb - Ölkələr və qiymətlər
-
Keçmiş əri Naibə Allahverdiyevanı döydü - Həbs edildi
-
“Mal bazarı”ndakı müəmmalı ölüm - Cinayət işi ilə bağlı 5 dəfə maddə dəyişdi
-
Hikmət Hacıyevdən Bakı-Ağdam qatarı ilə bağlı paylaşım - Video
-
Kamran Əliyev BMT baş katibinin müavini ilə görüşdü - FOTO
-
Deputatar nə vaxt toplanacaq? - Spikerdən açıqlama
-
31 ildir həbsdədir, əfv olunmaq istəyir - FOTO
-
Xırdalan şəhərində qanunsuz tikinti aparan Alişan kimdir? - VİDEO
-
Nuranə niyə ödürülüb? - Hadisə yerindən (VİDEO)
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın havası
-
İcra başçısı bu xanımı özünə müavin təyin etdi - Məktəb direktoru idi
-
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar - RƏSMİ
-
Bakıda yolu keçən yaşlı kişi dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO
-
Aİ Macarıstanı cəzalandırmağa hazırlaşır - 7-ci maddə işə düşdü
-
Rayonlarda özəl sektorda nə qədər maaş verilir? - Cəmi 5 rayonda 900 manatdan yuxarıdır
-
Prezident TDT-nin daxili işlər nazirlərini qəbul edib - FOTOLAR
-
Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı - VİDEO
-
Avropa Liqasının rəmzi komandası məlum oldu - Siyahı
-
Röya Kann Film Festivalında - FOTOLAR
-
NATO nümayəndələri ilə danışıqlar aparıldı - Bakıda
-
Bu məktəb direktorları işdən qovuldu - RƏSMİ
-
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
-
Bakıda salınacaq bulvar ərazisindən yeni görüntülər - VİDEO
-
Moskva yenidən PUA hücumuna məruz qalıb - Uçuşlar dayandırılıb
-
Azərbaycana gətirilən 500 tondan artıq kartof gömrükdə çürüyür - VİDEO
-
Müğənni Nəfəsin səsini yandırmaq istəyiblər - İlk dəfə açıqladı
-
“Qarabağ“ın ÇL-ə hansı mərhələdən başlayacağı dəqiqləşdi - Yekun qərar
-
AHİK-in “putyovka“ biznesi... - APA TV Sahib Məmmədovu “vurdu“ (VİDEO)
-
Nəzarətçi məhkum qadına mobil telefonu necə verib? - İfşa olundu
-
Məhsulu yalandan reklam edə bilməyəcəklər - Bloqerlərə bəd xəbər
-
“Atlant“ istirahət mərkəzi satıla bilər: Qalmaqallı dələduzluq işi
-
Prezident İlham Əliyev onu təltif edildi - Tələt Məcidov kimdir? + DOSYE
-
Everesti fəth edən ilk azərbaycanlı qadın danışdı - VİDEO
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Onlar Bakıda məhkəmədə sorğu-sual edilir
-
Hikmət Hacıyev NATO rəhbərliyi ilə təhlükəsizlik və tərəfdaşlıq məsələlərini müzakirə edib - FOTO
-
Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün mühüm mərhələ başlayıb - Türkiyə MTŞ
-
“Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə HÖKM OXUNDU
TOP 10
ARXİV