“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Dövlətə məxsus zavod satışa çıxarılır - QİYMƏT

Tarix 07.09.25, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


7 oktyabr tarixində respublikanın bir neçə şəhər və rayonunda dövlət əmlaklarının təkrar hərracı keçiriləcək. 

AzFakt.com xəbər verir ki, Samux rayonu və Şirvan şəhəri ərazisində yerləşən bir neçə dövlət müəssisəsi və obyekti yerli hərrac komissiyaları tərəfindən satışa çıxarılacaq.

Hərraca çıxarılan əsas əmlaklardan biri "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsidir. Müəssisənin ümumi faydalı sahəsi 221,2 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 26 068 kv.m təşkil edir. Hazırda müəssisədə 1 nəfər işçi çalışır.

Əmlakın ilkin satış qiyməti 16 000 manat, torpaq sahəsinin satış qiyməti isə 25 000 manat olaraq müəyyən edilib. Beləliklə, obyektin ümumi satış dəyəri 41 000 manat təşkil edir. Hərracda iştirak üçün tələb olunan 10% beh məbləği 4 100 manatdır.

Bundan başqa, hərraca çıxarılan digər obyekt mal tövləsidir. Onun ümumi faydalı sahəsi 987,5 kv.m təşkil edir. Bu obyektə aid torpaq sahəsi və işçilərin sayı barədə məlumat göstərilməyib. Əmlakın ilkin satış qiyməti 20 000 manat, 10% beh isə 2 000 manat olaraq müəyyən edilib.



Xəbərin oxunma sayı : 892




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap