Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Dollara tələb artır - Manat ucuzlaşacaq?

Tarix 06.12.23, 12:13

Font ölçüsü : - / +
bitmap-img6


Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Son 3 hərracda 241,1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68,2 milyon dollarlıq tələb yaranmışdısa, ötən ayın son günündə 77,8, dünən isə 95,1 milyon dollarlıq sifariş olub.

Bbunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır:

Ətraflı
"Dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də, bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır".

Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə millət vəkili deyir ki, Azərbaycanda hələ üzən məzənnə rejiminə keçirilməyib: "Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də, gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".



Xəbərin oxunma sayı : 1027




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap