Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Ermənistanın rekord sayda vətəndaşı ölkəni tərk edib - Statistika

Tarix 27.01.22, 10:45

Font ölçüsü : - / +
bitmap-img6


Rəsmi məlumatlara görə, ötən il Ermənistanın 46 900 nəfərdən çox vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, bu, son illərin rekord göstəricisidir. Ümumilikdə 2017-2021-ci illərdə Ermənistanın demək olar, 153,8 min nəfər vətəndaşı Rusiya pasportu alıb. Ermənistanın daimi əhalisinə münasibətdə bu, təxminən 5,2% təşkil edir.

“Sakinlərimizin mühacirətə getməsinin əsas səbəbləri hamıya məlumdur - kütləvi işsizlik və ya minimum yaşayış səviyyəsini belə təmin etməyən aşağı gəlir səviyyəsi. Əhəmiyyətli inflyasiya (ötən il 7,2%) və xüsusilə kənd təsərrüfatında ikirəqəmli aqroinflyasiya (11,2%) da rol oynayıb”, - “News.am” yazıb.



Qeyd edilir ki, buna həmçinin 44 günlük müharibənin ağır nəticələri, ölkədəki gərgin vəziyyət daxildir. Çoxları ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənlik ucbatından Ermənistanı tərk edirlər.

“Ermənistan sakinlərinin mühacirət coğrafiyası Rusiya ilə məhdudlaşmır. Sadəcə, indi orada qanuni yaşamaq və işləmək hüququ əldə etmək imkanı Qərb ölkələrindən qat-qat asandır”, - agentlik qeyd edib.

“Yaşı 65-dən yuxarı olan sakinlərin nisbəti 7%-dən çox olarsa, ölkə əhalisi qoca sayılır. Bir tərəfdən əhalinin qocalması gözlənilən ömür uzunluğunda müsbət dəyişikliklərdən xəbər verir. Digər tərəfdən bu, ciddi sosial və iqtisadi problemlərə gətirib çıxarır. Xüsusilə, pensiyaların məbləğinin artırılması imkanları məhduddur və bu, vergilərin artırılması zərurətinə səbəb olur.

“Əhalinin qocalması” prosesi Ermənistandan da yan keçməyib. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesablamalarına görə, ötən il Ermənistanda yaşı 64-dən yuxarı olan insanlar əhalinin ümumi sayında 10%-i ötüb”, - araşdırmada vurğulanır.



Xəbərin oxunma sayı : 841




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap