“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

FİFA ən yaxşı futbolçu adına layiq namizədləri açıqladı - TAM SİYAHI

Tarix 14.09.23, 20:46

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) 2023-cü ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin adlarını açıqlayıb.

AzFakt.com xəbər verir ki, qurumun mətbuat xidməti sosial şəbəkələrdə mükafata iddialı olan 12 futbolçunun siyahısını dərc edib.

Qeyd edək ki, namizədlər siyahısında ötən mövsüm "Mançester Siti"də çıxış etmiş 6 futbolçu yer alıb:

Julian Alvares (Mançester Siti)
Marselo Brozoviç (“İnter”, “Əl-Nəsr”)
Kevin De Bruyne (Mançester Siti)
İlkay Gündoğan (Mançester Siti, Barselona)
Erlinq Haaland (Mançester Siti)
Rodri (Mançester Siti)
Xviça Kvaratsxeliya (Napoli)
Kilian Mbappe (PSJ)
Lionel Messi (PSJ, İnter Mayami)
Viktor Osimhen (Napoli)
Deklan Rays (Vest Hem, Arsenal)
Bernardo Silva (Mançester Siti)

Bundan əlavə, FİFA 2023-cü ilin ən yaxşı qapıçısı və ən yaxşı məşqçisi adına namizədləri də açıqlayıb.

“İlin ən yaxşı qapıçısı” mükafatına namizədlərin siyahısı:

Yassine Bounou (Sevilya/Əl-Hilal, Mərakeş milli komandası)
Tibo Kurtua (Real Madrid, Belçika millisi)
Ederson (Mançester Siti, Braziliya millisi)
Andre Onana (Mançester Yunayted, Kamerun milli komandası)
Mark-Andre ter Ştegen (Barselona, Almaniya)

“İlin ən yaxşı məşqçisi” mükafatına namizədlərin siyahısı:

Xosep Qvardiola (Mançester Siti)
Xavi Hernandez (Barselona)
Simone İnzagi (İnter)
Luciano Spalletti (Napoli və İtaliya)
Angelos Postekoğlu (Seltik, Tottenham)
Xatırladaq ki, ilin ən yaxşı oyunçusu mükafatının hazırkı qalibi "İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messidir.
Lionel Skaloni ötən ilin sonunda ən yaxşı məşqçi seçilib.
İlin ən yaxşı qapıçısı “Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines olub.



Xəbərin oxunma sayı : 1009




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap