“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Günün transfer xəbərləri: “Nottingem Forest“ hərəkətdə

Tarix 15.08.22, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Daily Standart" nəşri: "Lester" "Bayer Leverkuzen"in müdafiəçisi Odilon Kossunu ilə maraqlanır".

"The Telegraph" nəşri: "Lester Siti" hücumçusu Ceymi Vardi ilə yeni müqavilə imzalamağa hazırlaşır".

"Partidazokop" portalı: "Espanyol"un hücumçusu Raul de Tomas "Mançester Yunayted"in maraq dairəsindədir. Yay transfer pəncərəsi bağlanmamış transferə cəhd ediləcək". 

"Football İnsider" portalı: "Everton" yeni hücumçu axtarır. Liverpul təmsilçisi "Vilyarreal"ın forvardı Nikolas Ceksonu almaq imkanlarını nəzərdən keçirir".

Fabritsio Romano, insayder: "Everton" "Çelsi"nin Entoni Qordon üçün 50 milyon funt sterlinqlik təklifini rədd edib. London klubu yeni təklif üzərində işləyir".

Canluka Di Martsio, insayder: "24 yaşlı yarımmüdafiəçi Ussem Auar "Olimpik Lion"dan "Nottingem Forest"ə keçməyə yaxındır. Tərəflər arasında danışıqlar davam edir".

"Anti Matç" "Telegram" kanalı: "Sergey Yuran "Ural"a başçılıq edəcək. 53 yaşlı çalışdırıcı ilə müqavilə gələn həftənin əvvəlində imzalanacaq".

"Sky Italia" saytı: "Tyemue Bakayoko "Milan"dan ayrılıb "Nottinghem Forest"ə keçə bilər".

Baş tutmuş transfer xəbərləri: 

26 yaşlı Covanni Lo Çelso "Tottenhem"dən "Vilyarreal"a keçib. Futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər icarəyə verilib. 

30 yaşlı isveçrəli yarımmüdafiəçi Remo Frauler "Atalanta"dan "Nottingem Forest"ə keçib. Transfer məbləği 9 milyon avro təşkil edən futbolçunun müqaviləsinin müddəti 2024/25-ci ilər mövsümünün sonuna qədər nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 550




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap