“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Günün transfer xəbərləri: Klopp 19 yaşlı vunderkindin keçidi üçün səbirsizlənir

Tarix 07.12.22, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Fichajes": "Mançester Yunayted" "Atletiko Madrid"in qapıçısı Yan Oblaka ilə maraqlanır. "Qırmızı şeytanlar" keçidi yanvarda reallaşdırmaq fikrindədir. Yan ilə yanaşı İngiltərə klubu sağ cinah müdafiəçisi də axtarışındadır. 

Qeyd edək ki, komandanın əsas qapıçısı David De Xeanın müqaviləsi gələn yay başa çatır. Ancaq "Mançester Yunayted"in onunla sözləşmənin müddətini daha 1 il artırmaq niyyətindədir. 

"SPORT": "Barselona" "Arsenal"ın hücumçusu Qabriel Martinellini heyətinə cəlb etmək istəyir. La Liqa təmsilçisi Braziliya millisinin 21 yaşlı üzvünə gələn ilin yayında təklif göndərməyi planlaşdırır. 

Martinellinin "topçular" ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.  Ancaq futbolçu daha əvvəl verdiyi açıqlamada karyerasını "Arsenal"da davam etdirmək istədiyini bildirmişdi. 

İnsayder Nikolo Skira: "Atletiko Madrid" İngiltərə Premyer Liqasında pulsuz ala biləcəyi futbolçu tapıb. Söhbət "Lester"in müdafiəçisi Çağlar Söyüncüdən gedir. Futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Tərəflər yeni sözləşmə üçün razılığa gələ bilmədilər. "Atletiko Madrid" və "Roma" isə bu durumdan istifadə etmək niyyətindədirlər. 

Xatırladaq ki, 26 yaşlı futbolçu "Lester"ə 2018-ci ildə "Frayburq"dan 21 milyon avro qarşılığında keçib. 

"A Bola": "Liverpul" "Benfika"nın istedadlı futbolçusu Antonio Silvanı transfer etmək niyyətindədir. Komandasında zədəlilər səbəbilə problem yaşayan baş məşqçi Yürgen Klopp klub rəhbərliyindən keçidi tezləşdirməyi xahiş edib. "Benfika"nın 19 yaşlı vunderkind üçün "Liverpul"dan  60 milyon avro tələb edəcəyi bildirilir. 



Xəbərin oxunma sayı : 550




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap