![]() |
|














Gənc oğlan başqa kişilərlə gəzən bacısını öldürdü, arvadı ilə... - Daşkəsəndə şok
Tarix 22.01.23, 22:31 |
|

Daşkəsən rayonunda 2000-ci il təvəllüdlü Elmar qısqanclıq zəminində bacısı Lətifəni (adlar şərti verilib - red.) qətlə yetirib.
AzFakt.com Teleqraf.com-a istinadən bildirir ki, Elmar nənəsi Sevilin evinin həyətində bir neçə il əvvəl ərindən boşanmış, bir azyaşlı uşağı ilə yaşayan bacısı Lətifənin başqa şəxslə münasibətindən xəbər tutub. Bu səbəbdən bacısını bıçaqlayaraq öldürüb.
Bundan başqa, məlum olub ki, Elmar özündən dörd yaş kiçik, on altı yaşına çatmamış İradə ilə qeyri-rəsmi ailə münasibətinə girib. İradə 13 avqust 2020-ci ildə dünyaya uşaq gətirib.
İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, böyük bacısı Lətifə 2012-ci ildə bibisi oğlu Mahirlə ailə qurub: "Bir müddət sonra o, əri Mahirlə tənha yaşayan nənəm Sevilin evinə köçərək onunla qalmağa başladılar. Onların birgə nikahından 2013-cü ildə Vaqif adlı bir uşaqları doğuldu. Sonradan aralarında olan narazılıq səbəbindən ayrıldılar.
Bacım azyaşlı övladı ilə nənənin yanında yaşamağa davam etdi. Bacımla aramızda gediş-gəliş olmaqla münasibətlərimiz normal idi. Lakin bəzi vaxtlarda Lətifənin hərəkətlərindən xoşum gəlmirdi.O, heç kimi saymadan sərbəst hərəkət edir, heç kimə demədən istədiyi yerə gedib-gəlir, istifadəsində olan mobil telefon vasitəsilə daim kiminləsə danışırdı. Bu barədə bir neçə dəfə atam ona irad da bildirmişdi".
Təqsirləndirilən şəxs qeud edib ki, nənəsi isə atasını danlayıb və Lətifəyə heç nə deməməyi tapşırıb: "Bu səbəbdən Lətifə ilə münasibətlərimiz pozuldu. Lətifə nənəmlə birlikdə yaşayır, ona baxırdı. Həmçinin nənəmin 3 baş iri buynuzlu mal-qarasını da o saxlayırdı".
Elmar deyib ki, kənddə gəzən söz-söhbətlərdən nənəsinin təsərrüfatında olan mal-qaranın satıldığını eşidib: "Xəbəri atama da dedim. Həmin gün atam zəng edərək bacımın nənəmin evində yaşadığı oğlanla qaçıb getdiyini və onları tutmaq üçün arxalarınca düşüb təqib etdiyini dedi. Məndən də onları tutmağa köməklik istədi.
Lətifənin qaçdığı istiqamətə gedərək hündür bir yerə çıxdım. Onları müşahidə etdim, hansı istiqamətdə qaçdıqlarını gördüm və bu barədə atama dedim. Atam Daxili İşlər Nazirliyinin "102 xidməti"nə zəng edərək şikayət elədi. Daşkəsən rayon polis şöbəsinin əməkdaşı Lətifəgili polis şöbəsinə apardı. Araşdırma aparıldı, mən də polis şöbəsinə getdim. Orada bacımın gizli sevgi münasibətlərində olduğu, adını sonradan bildiyim Rasim adlı Şəmkir rayon sakinini gördüm".
Elmarın ifadəsinə görə, həmin gün bacısı Lətifə Rasimlə birlikdə Gəncə şəhərinə gedib: "Onların Gəncə şəhərində hansı ünvanda yaşamaları ilə maraqlanmadım. Bir neçə gün sonra Rasim atamın mobil telefonuna zəng etdi. Lətifənin ondan onu döyməsi barədə polisə şikayət etdiyini dedi. Atam isə onların aralarında olan məsələlərə qarışmadığını dedi, anası Sevilə məxsus heyvanların pullarını istədi".
Elmar deyib ki, bacısı Lətifənin kəndə qayıtması xəbərini eşidib və atasına məlumat verib: "Lakin bacımı həmin gün görmədim. Ertəsi gün gündəlik ev işləri ilə məşğul oldum. Axşam saatlarında bir qədər spirtli içki içdim. Saat 21 radələrində isə mal-qaranı gətirməyə getdim. Nənəm Sevilin evinin yaxınlığından keçəndə mal-qaranı onun həyətində gördüm. Həyətə daxil olanda tövlənin qarşısında bacım dayanıb mobil telefonda kiminləsə danışırdı.
Ona yaxınlaşıb kiminlə danışdığını soruşdum, telefonu ondan istədim. Bacım hər kimlə danışmasının heç kimə aidiyyəti olmadığını dedi, telefonu verməkdən imtina etdi. Telefonu ondan zorla almağa cəhd etdim. Lətifə sağ qolumu dırnağı ilə cızdı, paltarımdan tutaraq geri itələdi. Ondan təkrar telefonu almaq istədim. Dırnaqları ilə boğazıma xəsarət yetirdi. Əsəbləşdim, yaxınlıqdakı ağac parçasını götürdüm və telefonu onun əlindən salmaq üçün sağ əlinə vurmaq istədim.
Lətifə əlini aşağı saldığından ağac zərbəsi onun boğaz nahiyəsini tutdu. Zərbənin təsirindən yerə yıxıldı. Onun ölüb-ölmədiyini bilmədim. Yaxınlıqda heç kim yox idi. Nənəm və Lətifənin azyaşlı oğlu evdə idilər".
Təqsirləndirilən şəxs qeyd edib ki, Lətifənin oğlu həyətə çıxanda anasını qan içərisində görüb və qorxmasın deyə bacısı oğlunu evlərinə aparıb: "Atama bacımla dalaşdığımı, onu vurduğumu dedim. Atam dərhal hadisə yerinə getdi. Lətifənin öldüyünü bildik. "102" xidmətinə zəng edərək bu barədə məlumat verdik".
Elmar qeyd edib ki, qonşuluqda yaşayan İradə ilə aralarında sevgi münasibətləri olub: "Bir-birimizi sevirdik. Lakin valideynlərim ailə qurmağımıza razı olmadığından onları elçiliyə göndərə bilmədim. Heç kimə demədən ailə qurmaq qərarına gəldik. Həmin ərəfələrdə İradəni atası öz qardaşı oğluna nişanlamaq istəyirdi. İradə isə atasına məni sevdiyini demişdi.
Ailə qurmaq məqsədilə İradəni evimizə apardım. Evləndikdən sonra ilk dəfə cinsi əlaqədə olduq. Həmin vaxtdan ailə kimi yaşamağa başadıq və onunla mütəmadi cinsi əlaqədə olmuşuq. Onun 16 yaşına çatmadığını ailə qurandan sonra bilmişəm".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elmar 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xəbərin oxunma sayı : 547
loading...
Kriminal
Xəbərlər
-
“Onun saç-başını yoldum” - VİDEO
-
“İstədiyimiz formada deyilik“ - Qurban Qurbanov
-
Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi - FOTO
-
Ceyhun Baramovla Lavrov telefonda danışdı: nələr müzakirə edilib?
-
Azər Zahidin hesabı bloklandı, “Təkərdə“ şou yarımçıq qaldı - VİDEO
-
Parisdə iğtişaşlar: Polis gözyaşardıcı qazdan istifadə edib – FOTO/VİDEO
-
Korrupsiya İdarəsi ali məktəbdə əməliyyat keçirib - Dekan saxlanılıb + FOTO
-
Gənclər Fondu, bank və müşavir... - Yarım milyondan çox mənimsəmə ittihamı üzrə məhkəməyə start verildi
-
Şeyx Əbdül söyüşlə kampaniya aparanlara səsləndi: “Erməni-fars mənafeyinə xidmət etməyə son qoyun!”
-
Azərbaycan korrupsiya indeksində 29 pillə geriləyib - “Transparency International”
-
Türkiyə Super Liqasında baş tutan transferlər - Siyahı
-
Zərdabın Burunlu kəndində acınaqlı vəziyyət: “Təcili yardım xəstəmiz öləndən sonra gəlir”
-
Azərbaycanda zinət əşyalarının alqı-satqısında YENİ QAYDA
-
“Gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb“ - “Azərbaycan Dəmir Yolları“
-
Sabirabadlı gəlinin müəmmalı ölümü: Bağlanan iş yenidən açıldı - VİDEO
-
DTX-nin səlahiyyətləri artırıldı - Fərman
-
İki dəfə həbs olundu, oğluna ölüm hökmü verdilər - Səttarxan haqqında bilmədiklərimiz... - FOTO
-
Prezident bu prokuroru vəzifədən azad etdi - Sərəncam
-
Əfv Komissiyasının növbəti iclası olub - 100-dən çox müraciətə baxılıb
-
“Tapşırığı mən vermişəm, qurtardı getdi“ - Alimpaşa Məmmədov pulun mənimsənilməsi haqda
-
Yeni cərimələr müəyyənləşib - Prezident fərman imzaladı
-
Cəlal Qasımov Samir Şərifovun yerinə gətirilir? - İDDİA
-
Hazırda Ukraynada 326 min Rusiya hərbçisi döyüşür - Müdafiə Nazirliyi
-
48 dərman vasitəsinin qiyməti təsdiq edilib - 31-nin qiyməti dəyişib
-
Son sutkada Azərbaycanda 35 nəfər koronavirusa yoluxub - 4 nəfər ölüb
-
Vilayət Eyvazov Cəlilabadda qəbul keçirəcək - Bu tarixdə
-
Metro və marşrut avtobuslarında gediş haqqı ARTIRILDI
-
“Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi 30 ilə qədər çəkə bilər” - Nazir müavini
-
Yüksək Texnologiyalar Parkında qalmaqal: “Vasif Abbasov öhdəlikləri yerinə yetirmir“
-
1.5 milyonluq dələduzluqda adı hallanan şirkət rəhbəri azadlıqda – 1 ay əvvəl həbs olunmuşdu
-
Xankəndi-Laçın yolu: Aksiyada canlanma müşahidə edilir
-
DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirdi: 7 nəfər saxlanıldı
-
Bu ünvanda bina sökülür: Sakinlərə kirayə haqqı və ev veriləcək
-
Pekin Rusiyanın Ukraynada apardığı müharibəni yaxından izləyir - Yens Stoltenberq
-
Bakıda İran casuslarına qarşı əməliyyat başladı - DİN hərəkətə keçdi
-
DTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ
-
Ukraynada deputat casusluq etdiyi üçün saxlanılıb - FOTO
-
Azərbaycana sızan 3500 İran agenti ifşa edilib...- Səfirliyə hücum edən terrorçu ilə bağlı ŞOK İDDİALAR
-
Sabahdan əmanətlər vergiyə cəlb olunacaq? - ŞƏRH
-
Prezident yeni nazir müavini təyin etdi - DOSYE
-
Abşeronda narkotikə görə 5 nəfər saxlanıldı - VİDEO
-
Qida Sənayesi Kollecində imtahanların cavabları satılır? - VİDEO
-
Braziliya prezidenti Putin və Zelenski arasında vasitəçi olmaq istəyir: “Hər ikisi ilə danışmağa hazıram”
-
“Ermənistan Laçın yolundakı durumla bağlı dünyanı aldada bilməz” - Azərbaycanın NATO-dakı nümayəndəsi
-
Valideynlər sabah övladlarını məktəbə göndərsinlər? - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ
-
İnstitut direktoru Sialə Rüstəmovanın qlamur həyatı - Brend şubalar, obyektlər...
-
Rəsmi Bakı vətəndaşlara xəbərdarlıq etdi - “İrana getməyin“
-
Deputat başına saç əkdirib - FOTO
-
Qalmaqallı iş adamına məxsus məşhur supermarketlər bağlanır – Təfərrüat
-
Azərbaycan komandolarının taktiki-xüsusi məşqləri davam etdirilir - VİDEO
-
“Rusiya yaxın vaxtlarda Luqansk istiqamətində yeni hücuma keçəcək” - ABŞ İnstitutu
-
““Hüseyniyyun“un üzvü idi, Suriyada döyüşüb...“ - Terrorçunun həyat yoldaşı
-
18 ildir “kişi” kimi yaşayır... - VİDEO
-
Ərdoğandan Makrona sərt sözlər – “Lazımi ixtisasa malik deyil...”
-
Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI
-
“Rusiya İrana müasir silahlar verir və əvəzində PUA-lar alır” - Blinken
-
Azərbaycanın “Yarasa” xüsusi təyinatlıları İran hərbçilərinə yerini göstərdi - VİDEO
-
Rəsulzadənin anadan olmasından 139 il ötür
-
Elşad Oksana ilə Şəhriyarın evliliyindən danışdı - VİDEO
-
“Əl-Hilal“ Messidən əl çəkmir - 200 milyonluq təklif
-
Azərbaycanda daha altı nəfər COVID-19-a yoluxdu - FOTO
-
“Çoxları İranın əsl üzünü gördü” - Netanyahu
-
Ermənilər Göyçədəki faydalı qazıntıları haraya daşıyıb? - VİDEO
-
Gəncədə Kommunalın işçilərinə geyim verilmir: Büdcədən ayrılan vəsaiti kimlər yeyib?
-
"Art People" şirkəti işçilərinin maaşını vermir - VİDEO
-
İranın vurulması Ukraynaya yol açır - “Forbes”
-
Naxçıvanda bu məhsulun satışı qadağan imiş - VİDEO
-
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri başa çatıb - FOTO
-
“Paşa Holdinq”lə eyni ünvanda yerləşən məşhur şirkət 46 milyonluq tenderi uddu
-
Yollar buz bağlayacaq - Xəbərdarlıq
-
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO
-
“Vaxtilə tarixə qovuşmuş NABUKKO layihəsini biz indi canlandırmışıq“ - Dövlət başçısı
-
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb - VİDEO
-
“Dövlət tərəfindən bu məsələlər ciddi şəkildə araşdırılır” - Prezidentin köməkçisi
-
“İranda 40 milyona yaxın azərbaycanlı fars rejiminin əlində əsirdir” - Allahşükür Paşazadə
-
500 manat sosial müavinət almaq üçün lazım olan sənədlərin SİYAHISI
-
“Şimali Koreya Rusiyaya raketlərlə kömək edir” - NATO
-
Çevik Polis Alayının rəisi işdən çıxarıldı - Səhlab Bağırov kiçik vəzifəyə keçirilib
-
Nüfuzlu nəşr Vardanyanın Qarabağdakı hərəkətlərindən yazdı - “Putinin lütfü sayəsində fəaliyyət göstərir“
-
Xaricdən telefon gətirənlərin nəzərinə - Bu tarixdən cərimələnə bilərsiniz
-
Nazirlik daha bir ofis icarəyə götürdü – Bu dəfə 1 milyon manata...
-
“Broker Əbülfəz”in ətrafında nə baş verir? - Öz şirkəti özünü məhkəməyə verib
-
“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib” - Pentaqon
-
Pakistanda məsciddə dəhşətli partlayış: 28 ölü, 150 yaralı
-
Əli Əliyev kamera yoldaşını niyə döyüb? - TƏFƏRRÜAT
-
“Muğan Bank” mənfəət vergisini ödəmədi - BANK ZƏRƏRDƏ
-
Türkiyəli müğənninin oğlu nişanında “Yaşa Azərbaycan” oynadı - VİDEO
-
Azərbaycan və Macarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - FOTO
-
Qəbələdə parçalanmış meyiti tapılan şəxs iş adamı imiş - VİDEO
-
Pomidor yenə birinci, xurma ikincidir... – Azərbaycan ötən il xaricə hansı məhsulları satıb?
-
Azərbaycana avtomobil idxalı azalıb: Səbəb nədir? - VİDEO
-
Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq - Sabahın hava proqnozu
-
“İran dövləti məsuliyyət daşıyır“ - Hacı Şahin
-
Neft Fondundan büdcəyə 131 milyard köçürülüb – İllər üzrə statistika
-
Bu avtomobillərlə bağlı bu rüsum artırıldı - Bundan sonra...
-
“Azəriqaz“ın rayon şöbələrində yoxlama başlayıb - Birlik faktı təsdiqlədi, amma nöqsanı “gizlətdi“
-
Şəhid Orxan Əsgərov dəfn edildi - FOTO/VİDEO
-
Budapeştdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
”İranla quru sərhədləri bağlı saxlamalıyıq” - Natiq Cəfərli
-
Ağdam rayonunun Kosalar kəndi - FOTOLAR
-
“Rusiyada növbəti səfərbərlik ehtimalı yüksəkdir“ - Britaniya kəşfiyyatı
-
Sürücülərə xəbərdarlıq! Bunu etsəniz, 150 manat cərimə olunacaqsız
-
Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb - Bakıda qəribə hadisə (VİDEO)
-
Şəhid Orxan Əsgərovla vida mərasimi keçirilir - FOTO/VİDEO
-
“Ukraynaya müdaxilə ərəfəsində Putin məni hədələdi” - Boris Conson
-
“İrana qarşı hərbi əməliyyatlar istisna deyil” - ABŞ dövlət katibi
-
“Azərbaycanla münasibətləri ən yaxşı şəkildə qoruyuruq və bunu davam etdirəcəyik” - Ərdoğan
-
“Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq“ - Aİ-nin ali nümayəndəsi
-
“İrandan tələb edilib ki, cinayət şəffaf araşdırılsın” - Xələf Xələfov
-
“Mənim cənab Putinlə münasibətlərim dürüstlüklə bağlıdır” - Ərdoğan
-
Azərbaycanın İrandakı səfirliyindən 53 nəfər təxliyə olunub - FOTO
-
“Qərb silahlarının tədarükü və təlimi bir qədər vaxt aparacaq” - Reznikov
-
“İran bir dövlət kimi məsuliyyət daşıyır“ - Xələf Xələfov
-
Şəhid Orxan Əsgərovun cənazəsi Azərbaycana gətirilib - FOTO, VİDEO
-
Kənd təsərrüfatına dövlət dəstəyinin artırılmasının nəticəsi necə olacaq? - FOTO
-
Naxçıvanda yol nişanları dəyişdirilir - Video
-
“The Wall Street Journal”: “İranda hərbi zavoda hücumun arxasında İsrail dayanır”
-
“ABŞ-ın icazəsi olmadan F-35-lərin alıcıları onlardan istifadə edə bilməzlər“ - Bayraktar
-
4 aylıq şirkət MSK-ya İKT xidmətləri göstərəcək – Müəmmalı məqamlar
-
“Azərbaycan başda olmaqla, dünyada sülhə töhfə verməyə davam edirik” - Akar
TOP 10
ARXİV