“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Gəncədə sakinlər çıxılmaz vəziyyətdə - “Kanalizasiya daşır, yaşaya bilmirik“

Tarix 10.12.25, 20:47

Font ölçüsü : - / +
bitmap-img6


Gəncənin Gülüstan qəsəbəsi Rövşən Mehralıyev küçəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə kanalizasiya sistemi bərbad durumdadır, çirkab suları ətrafa yayılır. Bu isə antisanitar vəziyyətin yaranmasına səbəb olur.

Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həll olunmayıb:

"Pəncərəni açan kimi kanalizasiya iyi evə dolur. Qoxudan çölə çıxa bilmirik. Yaşamaq mümkün deyil".

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda layihə üzrə tikintisi davam etdirilən və hələ istismara verilməyən kanalizasiya xətlərinə sakinlər tərəfindən qeyri-qanuni qoşulmalar baş verib: "Xəttin inşası bitmədiyindən, ümumi kollektora qoşulmadığından sakinlərin axıtdığı çirkab suları baxış quyularından daşaraq ətrafa yayılır və antisanitar vəziyyət yaradır. Məsələ Gəncə şəhər Sukanal İdarəsinin nəzarətindədir. İdarə tərəfindən əraziyə baxış keçirilərək lazımi tədbir görüləcək".

Daha ətraflı Baku TV-nin videomaterialında:






Xəbərin oxunma sayı : 118




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap