Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər 2 ayağını itirdi

Tarix 09.08.24, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


Masallı Rayon Məhkəməsində “Bioloji Təbabət” klinikasının bu rayondakı filialının cərrahı Qəhrəman Aydın barəsindəki cinayət işinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, 35 yaşlı neyrocərrah Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq-vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb. O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb.

Fotoda Günel Nəsibova


Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki siniri kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.

Məhkəmədə Qəhrəman Aydın ekspertiza rəyi ilə razı olmadığını bildirib. O, A.Adıgözəlovanın müalicəsi və sağalması üçün tibbi üsulların mövcud olduğunu deyib.

Zərərçəkmiş tərəf isə cərrahın onu ömürlük şikəst etdiyini bildirərək cəzalandırılmasını, dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini tələb edib.

Masallı Rayon Məhkəməsindəki proses iyulun 31-də başa çatıb.

Məhkəmənin hökmü ilə Qəhrəman Aydın 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. Ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Əlavə olaraq mülki iddia qismən təmin edilib. Cərrahdan 15 226 manat pul tutularaq A.Adıgözəlovaya ödənilməsinə qərar verilib.







Xəbərin oxunma sayı : 1153




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap