“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Hərbçilər Kəlbəcərdən qayıdırmış - Dəfn yerləri açıqlandı

Tarix 28.11.24, 11:27

Font ölçüsü : - / +
bitmap-img6


Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbçilər bu gün dəfn ediləcək.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycan Ordusunun baş giziri Qurbanov Ruslan Əhliman oğlu Ağstafanın Aşağı Göyçəli, Alıyev Qabil Qaybalı oğlu Qazaxın Alpout, Əhmədov Qələndər Mail oğlu Ağstafanın Kolxəlfəli, Mehdiyev Turan Cavad oğlu Qazaxın Dəmirçilər kəndində dəfn olunacaq. Əliyev Bəhlul Aydın oğlu isə Qazax şəhərində torpağa tapşırılacaq.

Bildirilir ki, qəzada həlak olan hərbçilər Kəlbəcərdə xidmət edirmiş. Onlar xidmət etdikləri yerdən yaşadıqları rayona qayıdarkən dəhşətli hadisə baş verib.

Qeyd edək ki, "Mercedes” və "VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. "VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib.

Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.



Xəbərin oxunma sayı : 1174




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap