“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kərbəlaya gedənləri aldadıb yarıyolda qoyan şəxs tutuldu - 3 ay həbs

Tarix 22.08.25, 17:33

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda və bölgələrdə çoxsaylı vətəndaşları İraq Respublikasında yerləşən ziyarətgahlara aparmaq adı ilə aldadaraq pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, 43 yaşlı Masallı rayon sakini Rasim Şahbazov “Instagram” sosial şəbəkəsində “Risalət Travel” adlı səhifə yaradaraq insanları ziyarətə aparmaq üçün turlar təşkil etdiyi barədə elanlar yerləşdirib.

Bu yolla o, səhifəyə müraciət edən xeyli sayda zərərçəkənin müxtəlif məbləğlərdə pullarını ələ keçirib. R.Şahbazov aldatdığı şəxslərə verdiyi vədi sonradan yerinə yetirməyib və zərərçəkənləri sosial şəbəkələrdə “bloklayaraq” onlarla olan əlaqələrini dayandırıb. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb. R.Şahbazov polis əməkdaşları tərəfindən təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. 

Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda zərər çəkmiş digər şəxslərin də dairəsinin müəyyən edilməsi məqsədilə əlavə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına, DİN “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.



Xəbərin oxunma sayı : 427




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap