“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir - Video

Tarix 05.09.25, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


Yol hərəkəti təhlükəsizliyininin artırılması və nəqliyyat axınlarının nizamlanması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

AzFakt.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Koroğlu Rəhimov küçəsində uzun müddətdir mövcud olan problemli nöqtələr nəqliyyat axınına mənfi təsir göstərir. Belə ki, Həsən Əliyev küçəsi istiqamətində cəmi 2 hərəkət zolağının olması böyük axının həcmini qarşılamır, avtomobillərin hərəkətində ləngimələrə səbəb olur və sıxlıq yaranır. Digər tərəfdən, Koroğlu Rəhimov küçəsi ilə Həsən Əliyev küçəsi istiqamətində hərəkət edən sürücülərin “Gənclik” metrostansiyasına tərəf dönmək tələbi yüksək olduğundan və birbaşa o istiqamətdə hərəkət etmək imkanları olmadığından, avtomobillər alternativ yollarla daha uzun məsafə qət edir, yan küçələr də yüklənir. 

Nizamlanmayan piyada keçidi isə pik saatlarda hərəkətə daha bir mənfi təsir göstərən amil olmaqla yanaşı, həm də piyadaların təhlükəsiz keçidini təmin etməyə imkan vermir.

Parkın digər tərəfində istifadə olunmayan yolun və ümumi yol infrastrukturunun bəzi elemetlərinin səmərəli istifadəsi, yol hərəkətində dəyişikliklər və nizamlanan piyada zolaqlarının istifadəsi nəticəsində avtomobillərin sürətli və fasiləsiz hərəkətinin, piyadaların isə rahat və təhlükəsiz keçidinin təmin edilməsi nəzərdə tutulur.
Görüləcək işlər nəticəsində yol şəbəkəsinin buraxıcılıq qabiliyyəti artırılacaq, nəqliyyat şəraiti və əlaqələndirmə imkanları yaxşılaşacaq.
Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri əvvəlcədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.

Qeyd edək ki, bu həll Bakının “rəqəmsal əkiz”i vasitəsilə yoxlamalardan keçirilib və simulyasiyalar nəticəsində layihə hazırlanıb.
Sürücülərin rahatlığına hesablanan bu layihəni diqqətinizə çatdırırıq.

Videoçarxda tətbiq olunacaq yeniliklərlə tanış ola bilərsiniz.









Xəbərin oxunma sayı : 697




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap