“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Leyla Əliyevanın iştirakı ilə Sabunçuda ağacəkmə aksiyası - Fotolar

Tarix 01.11.24, 18:36

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 1-də Bakının Sabunçu rayonu ərazisində ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aksiyada iştirak edib.

AzFakt.com xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və COP29 könüllülərinin qatıldıqları aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib.

Ağacəkmə aksiyası 2024-cü ilin Azərbaycan Respublikası Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsinə daha bir töhfə kimi dəyərləndirilə bilər. Aksiya, eyni zamanda, ölkəmizdə keçiriləcək COP29 konfransına dəstəyin və ümumiyyətlə təbiətin qorunması ilə bağlı təşəbbüslərə həmrəyliyin ifadəsidir.

Qeyd edək ki, Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyi Azərbaycanda ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirmək məqsədi daşıyan çoxsaylı layihələr icra edir.

Ölkəmizdə yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi ekoloji durumun yaxşılaşdırılması, yaşıllıq zonalarının artırılması istiqamətində önəmli addımlardandır.

leyla-eliyevanin-istiraki-ile-sabuncuda-agacekme-aksiyasi






Xəbərin oxunma sayı : 742




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap