Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

London məhkəməsi Eldar Mahmudovun uşaqlarına qarşı... - İddiaları rədd edildı + FOTOLAR

Tarix 14.01.22, 15:45

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun uşaqlarının diffamasiya barədə iddiasını rədd edib.

Virtualaz.org xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti “El Periodico” daxil olmaqla beş ispan nəşrinə qarşı qaldırmışdı.

Bildirilir ki, Mahmudovun uşaqları 2020-ci ilin mayında “Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yoluyla qazandığı vəsaitlər hesabına əldə olunub.

Açıklama yok.

“El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yurisdiksiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da “Prensa Lberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.

Nəticədə Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.

Açıklama yok.

Eldar Mahmudovun ailəsinin İspaniyadakı möhtəşəm tarixi qəsri və ferması

İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr “El Periodico” nəşri ilə yanaşı “Diario de Mallorca”, “Diario de Córdoba”, “Opinión de la Coruña” və “Regió7” nəşrlərində də dərc edilmişdi. Və iddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın “The Observer” nəşri, “Finance Uncovered” və Organised Crime and Corruption Reporting Project kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Hansı ki, onlar Cayman National Bank-dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.

Mahmudovların Britaniya nəşrləri ilə məhkəmə çəkişməsinə girməkdən çəkinməsi maraq doğurur. Xatırladaq ki, həmin araşdırmada Mahmudovun ailə üzvlərinin Avropa ölkələri boyu səpələnmiş və ümumi dəyəri 100 milyon avrodan çox olan mülkləri, o cümlədən çoxsaylı ofşor şirkətləri barədə bəhs edilirdi. Hesab edilir ki, Eldar Mahmudov nazir olarkən ölkədən xarici ofşorlara milyardlarla dollar çıxarıb.

Mahmudovun ailə üzvlərinin Avropa boyu səpələnmiş çoxsaylı mülklərindən bir qisminin fotoları:

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 1369




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap