Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Ağdamda müəllim bıçaqlandı - Şübhəli hərbçidir

Tarix 05.06.25, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Ağdamda orta məktəb müəllimi bıçaqlanıb.

Hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib. 

Kənd sakini Nərimanov Əsəd Gülmalı oğlu həmyerlisi Səfərov Vasif  tərəfindən avtomobildə mübahisə zəmnində bıçaqla vurulub.

Ə.Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb. İlkin tibbi yardım göstərilən yaralı paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Əsəd Nərimanov Mahrızlı Rahib Məmmədov adına kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir. Hadisənin baş vermə səbəbi məlum deyil. 

Hadisəni törətməkdə şübhəli bilinən V.Səfərovun bıçaqladığı Əsəd Nərimanovun qardaşının qayını olduğu və hərbçi olduğu bildirilir.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən V.Səfərov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaqa təqdim olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.




Xəbərin oxunma sayı : 328




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap