Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Narkokuryerliklə məşğul olan şəxslər saxlanılıb - VİDEO

Tarix 04.06.25, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində narkokuryerlik fəaliyyəti ilə məşğul olan paytaxt sakinləri – əvvəllər məhkum olunmuş 43 yaşlı İlyas Hüseynzadə, 32 yaşlı İlkin Əliyev, 49 yaşlı Fəxrəddin Kazımov, 31 yaşlı Gülağa Cəfərov, 32 yaşlı Nərgiz Quliyeva, 57 yaşlı Şirzad Şirinov və 39 yaşlı Anar Yusifov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Onlardan ümumilikdə 18 kiloqram narkotik vasitə – heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. İlkin istintaq zamanı şübhəli şəxslər ifadələrində narkokuryerliyə sosial şəbəkələr vasitəsilə tanış olduqları İran vətəndaşları tərəfindən cəlb edildiklərini və bu fəaliyyətə yüksək məbləğdə pul vədi ilə razı olduqlarını bildiriblər. Qeyd edilib ki, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən cəmi 56 kiloqram narkotik vasitə çıxarılıb. Faktlarla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.






Xəbərin oxunma sayı : 733




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap