Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içdi - FOTO

Tarix 05.06.25, 15:40

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci il iyunun 6-da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. 

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 3 iyun tarixli Sərəncamı ilə  birinci instansiya məhkəmələrinə təyinat alan 38 hakimin andiçmə mərasimi olub.

Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, yeni nəsil hakim korpusunun çevik komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davamlı xarakter alıb. Ötən dövrdə 2500-dən çox hakimliyə namizəd imtahanlarda iştirak edib, müsabiqənin bütün mərhələlərini, eləcə də tədris kursunu və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 254 nəfər hakimliyə namizəd ölkə Prezidentinin Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim vəzifələrinə təyin ediliblər. 109 namizəd isə hazırda seçim prosesinin müxtəlif mərhələsindədir. Hakimliyə namizədlərin sənəd qəbulu hazırda davam etdirilir.

Sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib. 

Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar "Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. 

Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması və xidməti vəsiqə təqdim olunub.

Daha sonra yeni təyin olunmuş hakimlər Gülşən Fərəcova və Kamal Babayev çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.








Xəbərin oxunma sayı : 640




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap