Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Bu yaşda Leyli-Məcnun olar? - Xalq artisti ittihamlara cavab verdi

Tarix 04.06.25, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova sosial şəbəkədə tənqid olunub.

AzFakt.com qaynarinfo.az-a istinadən xəbər verir ki, buna səbəb hər iki sənətkarın bu yaşda Üzeyir Hacıbəylinin 2 pərdəli "Leyli və Məcnun" tamaşasında baş rol oynamasıdır.

Qeyd edək ki, bu dəfə tamaşa Opera və Balet Teatrında deyil, Heydər Əliyev Sarayında təqdim olunacaq.

Xatırladaq ki, həmin günü tamaşada baş rolllarda Leyli - Nəzakət Teymurova, Məcnun - Xalq artisti Mənsum İbrahimov, Nofəl - Cahangir Qurbanov, İbn Salam - Təyyar Bayramov, Leylinin atası - Taleh Yahyayev, Leylinin anası - Aytən Məhərrəmova, Məcnunun atası - Elnur Zeynalov və başqaları rol alıb. Tamaşanın quruluşçu rejissoru Hafiz Quliyevdir. İzləyicilər Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovanı gənclərə yol verməməkdə ittiham ediblər. Onlar hesab edir ki, hər iki sənət adamının bu obrazlarda oynamaq yaşı çoxdan keçib. Yəni, bu obrazı oynayan sənət adamlarının yaşı 50-60 deyil, 20-30 arasında olmalıdır.

50-60 yaşlı Leyli ilə Məcnun izləyicilərin ittihamı ilə razıdırmı?

Xalq artisti Nəzakət Teymurova Qaynarinfo-ya açıqlamasında bu məsələnin arxasında bəzi qüvvələrin olduğunu vurğulayıb:

"Bilirsiniz ki, bu tamaşa həmişə Opera və Balet Teatrında oynanılıb. Hər dəfə də tamaşaçılar bilet tapa bilmədiklərindən gileylənərək, tamaşanın 2-3 gün oynanılmasnı istəyib. Bu dəfə teatr rəhbərliyi tamaşaçının istəyini nəzərə alaraq, ilk dəfə "Leyli və Məcnun"un Heydər Əliyev Sarayında oynanılmasına qərar verdi. Biz də dövlətin teatrında işləyirik, rəhbərliyin qərarına sayğı duymalıyıq. Tamaşa iyunun 6-da təqdim olunacaq. Bu tamaşa ilk dəfədir ki, Heydər Əliyev Sarayında oynanılacaq. Baş rollarda da Xalq artisti Mənsum İbrahimovla mən oynayacam. Mən də bizə qarşı aparılan qara kampaniyanı görürəm".

Nəzakət Teymurova onlara qarşı aparılan bu kampaniyanın arxasında həmkarlarının olduğunu hesab edir:

"Öz həmkarlarımızdıe, yazdırırlar, Allah canlarını sağ eləsin. Yazsınlar da... Bizi gözü götürməyənlərdi, nə deyə bilərik. Biz haqqımızda yazılanları görürük, amma nə deyə bilərik ki? Rəhbərlik baş rola bizi məsləhət bilib. Bəzi adamlar bizim bu tamaşada baş rolda oynamağımızı istəmir. İstəməsinlər, xatırladım ki, biletlər satılıb, ancaq arxa yerlər qalıb. Bizi ancaq tamaşanın yaxşı keçəcəyi düşündürür".



Xəbərin oxunma sayı : 784




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap