Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

Neft sektoruna investisiyalar kəskin azalacaq - Beynəlxalq Agentlik

Tarix 06.06.25, 10:09

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ilin sonuna qədər neft-qaz şirkətlərinin kəşfiyyat və hasilat seqmentinə investisiyaları son beş ildə ilk dəfə azala bilər.

Bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (IEA) analitiklərinin illik Dünya Enerji İnvestisiya hesabatında əksini tapıb. Hesabata görə qeyd olunan istiqamətə investisiyalara 4 faiz azalmaqla 570 milyard dollardan bir qədər aşağı düşə bilər. Bu zaman xüsusilə neftin kəşfiyyatı və hasilatına investisiyalar 6 faiz azalacaq, qaz isə bir qədər artacaq.

BEA analitiklərinin fikrincə, belə dinamika neft şirkətlərinin öz portfellərində qaz layihələrinin payını artırmaq istəyi ilə bağlıdır: "Qaz hasilatına qoyulan sərmayələrin bir hissəsi LNG layihələrinin davam etdirilməsinə yönəldiləcək. Bu layihələrə artıq əhəmiyyətli məbləğlər xərclənib, ona görə də onlar qiymətlərin son enişinə və qeyri-müəyyən investisiya mühitinə daha az həssasdırlar".

Eyni zamanda neft emalına qlobal investisiyalar rekord həddə - 30 milyard dollardan aşağı düşəcək. Bu vəsait hesabına gündə cəmi 1 milyon barel yeni istehsal gücü əldə ediləcək, analoji hasilat gücünə malik bir sıra neft emalı zavodları isə bağlanacaq.
BEA-nın proqnozlarına görə, Yaxın Şərq şirkətlərinin neft və qaz kəşfiyyatı və hasilatına investisiyalarının payı bu ilin sonuna kimi bu investisiyaların ümumi həcminin 20 faizini keçəcək. İnvestisiyaların əhəmiyyətli hissəsi Səudiyyə Ərəbistanında qaz layihələrinin, o cümlədən Jafurah yatağının, həmçinin BƏƏ-dəki Rub Əl-Xali yatağının və Qətərdəki Şimal yatağının genişləndirilməsinə yönəldiləcək ki, bu da LNG layihələri üçün resurs bazasına çevrilməlidir.

2025-ci ilin sonuna kimi Amerikanın neft və qaz hasilatına investisiyalar ötən illə müqayisədə 10 faiz azala bilər. BEA analitikləri keçən il qlobal sərmayənin təxminən 15 faizini təşkil edən “şist istehsalçılarını” son aylarda qlobal enerji qiymətlərinin düşməsinin əsas qurbanları adlandırırlar.

Keçən il qlobal neft-qaz investisiyalarının strukturunda payı 6 faizə - 2015-ci ildən bəri ən aşağı göstəriciyə düşmüş Rusiyanın bu il onu bir qədər də artırmaq perspektivi var: "Şirkətlər qocalmış yataqlarda hasilatı kompensasiya etmək üçün yeni yollar axtarır, lakin investisiya perspektivləri qiymətlərin düşməsi, itirilmiş Avropa bazarını əvəz etməkdə çətinliklər, sanksiyalar və yüksək vergi yükü səbəbindən təzyiq altındadır".

BEA vurğulayır ki, mövcud yataqlarda hasilatın azalmasının ləngidilməsi üçün həll yollarının axtarışı bu il neft və qaz investisiyaları üçün əsas istiqamətdir və onların ümumi həcminin təxminən 40 faizini təşkil edir.

 



Xəbərin oxunma sayı : 676




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap