Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Mehriban Əliyevanın dəstəyi olmasaydı, əlil ola bilərdim - Cavanşir Quliyev

Tarix 20.02.24, 22:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan dövləti, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi olmasaydı, ən yaxşı halda mən bu gün əlil ola bilərdim. Səhhətimdə yaranan problemlər məhz Mehriban xanımın yüksək diqqət və qayğısı, dövlətimizin dəstəyi nəticəsində aradan qaldırıldı. Bunun üçün Mehriban xanıma xüsusi təşəkkürümü bildirirəm.

AzFakt.com xəbər verir ki, bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev AZƏRTAC-a açıqlamasında ifadə edib.

Səhhəti ilə bağlı danışan bəstəkar deyib: "Sağlamlıq hər kəs üçün çox vacibdir, lakin, bəzən bunu unuduruq. Səhhətimdəki narahatlıq eyni vaxtda üç problemin yaranmasından irəli gəldi. Hazırda səhhətim qaydasındadır. Müalicə müddəti çox ağır idi. Bu müddət ərzində üç əməliyyat keçirdim. Mənim üçün ən sevindirici hal o oldu ki, əməliyyatlar nəticəsində hansısa qalıcı problem yaranmadı, hətta əvvəlki narahatlıqlarım da aradan qaldırıldı. Burada da əsas olan yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”.



Xəbərin oxunma sayı : 607




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap