“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Natiqlik çempionatının yarımfinal mərhələsi yekunlaşdı - FOTO

Tarix 19.07.24, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan dilinin inkişafına töhfə vermək məqsədilə “Nar”ın dəstəyi ilə “Diksiya Akademiyası”nın növbəti dəfə təşkil etdiyi “Ana dilində hekayəni danış” adlı natiqlik çempionatının yarımfinal mərhələsi uğurla yekunlaşıb.

19 nəfərin iştirak etdiyi “Ana dilində hekayəni danış” adlı natiqlik çempionatının yarımfinal mərhələsi boyunca iştirakçılara məzmun seçiminin önəmi, bədən dili və səs istifadəsi, auditoriya ilə bağ yaratmaq və çıxış zamanı yaddaqalan mesaj ötürmək mövzularında hərtərəfli təlimlər keçirilib. Üstün nitq bilikləri sayəsində final mərhələsinə keçən 10 iştirakçı isə səhnədə peşəkar çıxış etmə bacarıqları üzrə dəyərləndirilərək 1 avqust tarixində keçiriləcək final mərhələsində mükafatlandırılacaq.

“Nar” Azərbaycanın mədəni irsinin qorunması və təbliği üçün ana dilimizin inkişafına yönəlik layihələri fəal şəkildə dəstəkləyir. Bununla yanaşı, gənc nəslə ünsiyyət və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az səhifəsindən əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Açıklama yok.




Xəbərin oxunma sayı : 709




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap