Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi Türkan donuna görə şərhləri bağladı - FOTO Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 30 May 2023

    Aygün Kazımova Türkiyədə “gəlincik” oldu - FOTO

  • / Maqazin / — 24 May 2023

    “Halal pul qazanıram“ – Fatimə əsəbiləşdi

  • / Maqazin / — 15 May 2023

    Türkan donuna görə şərhləri bağladı - FOTO

  • / Maqazin / — 05 May 2023

    Tünzalə Ağayeva şortikdə, göbəyi açıq poz verdi - VİDEO

  • / Maqazin / — 25 Aprel 2023

    Aygün Kazımova gözlərinin rəngini dəyişdi - FOTOLAR

  • / Maqazin / — 17 Aprel 2023

    “Səsimə yaraşan xanım müğənni yoxdur“ - Mətanət Əsədova

NATO-nun keçmiş Baş katibi İrəvanda nə axtarır? – “Paşinyanın məsləhətlərə ehtiyacı var”

Tarix 14.03.23, 11:41

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Atlantika Hərbi Blokunun (NATO) keçmiş Baş katibi Anders Foq Rasmussenin İrəvana səfər edib. İndiki həssas məqamda onun Ermənistan gəlməsi maraq doğurur. Səfər nə ilə bağlı ola bilər?

Politoloq Elxan Şahinoğlu bildirir ki, NATO-nun keçmiş baş katibi hazırda “Rasmussen Qlobal” siyasi konsaltinq təşkilatının təsisçisidir.

Onun sözlərinə görə, Rasmussen özü danimarkalı olduğundan təşkilatın baş ofisi Kopenhagen şəhərində yerləşir, Brüsseldə, Berlində, Londonda və Vaşinqtonda da ofisləri var.

Təhlilçi qeyd edir ki, təşkilat təhlükəsizlik, transtlantik əlaqələr, Avropa İttifaqı mövzularında məsləhətlər verirlər.

“Bu, Rusiya ilə hərbi ittifaqa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına marağı azalan hazırki Ermənistan hökumətinin diqqətini çəkən sahələrdir. Rasmussenin konsaltinq şirkəti 2016-cı ildə Ukraynanın keçmiş prezidenti Petro Proşenkoya təhlükəsizlik sahəsində islahatların dərinləşdirilməsi məqsədilə məsləhətlər verib.

Rasmussenin özü isə Poroşenkonun ştatdankənar müşaviri olub. Rasmussenin Poroşenkoya nə qədər uğurlu müşavir olduğu ayrı mövzudur, əsas odur ki, NATO-nun keçmiş baş katibi Qərbin təhlükəsizlik və iqtisadi institutlarına maraq göstərən dövlət liderlərinə pullu məsləhətlər verir. Deməli, Nikol Paşinyanın və onun komandasının da eyni səpgili məsləhətlərə ehtiyacı var. Rasmussen ona görə İrəvanda görüşlərə başlayıb” – deyə, E.Şahinoğlu qeyd edib.



Xəbərin oxunma sayı : 475

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap