Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nazirlik pul ayırmadı, Azərbaycan millisi dünya çempionatına yollana bilmədi

Tarix 02.06.22, 18:42

Font ölçüsü : - / +
bitmap-img6


7-17 iyul tarixlərində ABŞ-ın Birminqem şəhərində (Alabama ştatı) XI Ümumdünya Oyunları keçiriləcək.

Lakin yarışa təxminən bir ay vaxt qalsa da, Azərbaycandan hansı idmançıların orada çıxış edəcəyi hələ ki dəqiq deyil. Ən maraqlısı odur ki, Gənclər və İdman Nazirliyindən də bu barədə məlumatsız olduqları Oxu.Az-a bildirilib.

Orada olan idman növlərindən biri də muay-taydır. Artıq bu növdə Azərbaycanın təmsil olunacağı dəqiqdir. Bu barədə muay-tay millimizin böyük məşqçisi Şəhriyar İsayev bildirib:

“26 mayda BƏƏ-nin paytaxtı Əbu-Dabidə dünya çempionatı keçirilməyə başlanıb. Yarış iyunun 4-də başa çatacaq. Ancaq nazirlikdən pul ayrılmadığı üçün həmin dünya çempionatında çıxış edə bilmədik. Halbuki bu yarışda çıxış etsəydik, Ümumdünya Oyunlarına vəsiqə qazanmaq imkanımız olacaqdı. Bildiyimə görə, uşuda da eyni vəziyyət olub. Ona görə də Ümumdünya Oyunlarında nə muay-tay, nə də uşu idman növlərində Azərbaycan idmançısı iştirak etməyəcək”.

Qeyd edək ki, Azərbaycanın həmin mötəbər yarışda üç idman növündə təmsil olunacağı dəqiqdir. Adları dəqiqləşən idmançılar kikboksinqin K1 növündə Bəhram Rəcəbzadə (+91 kq), karatedə Asiman Qurbanlı (+84 kq), İrina Zaretskaya (-68 kq) və Roman Heydərovdur (kata).

Həmçinin aerobika gimnastikası və bədii gimnastika üzrə yarışlarda Azərbaycan təmsilçilərinin olacağı gözlənilir.



Xəbərin oxunma sayı : 538




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap