Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı“ - Prezident

Tarix 15.10.21, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


“Müharibədən və Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən 1 il keçir. Münaqişədən sonrakı dövr ümumilikdə sakit məcrada keçir”.

AzFakt.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Azərbaycan Ermənistan ilə münaqişəni hərbi-siyasi yolla həll etdi”, - dövlət başçısı deyib.

O, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulduğunu xatırladıb.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasındakı rolunu xüsusilə vurğulayıb və bunun hər iki tərəfdən çoxsaylı insan itkilərinin qarşısını aldığını söyləyib.



Xəbərin oxunma sayı : 1438




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap