Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Şəhid olmazdan öncə atasından bunu xahiş edibmiş... - VİDEO

Tarix 18.09.22, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


"Torpağa bas, torpağa"... "qoy addımları möhkəm olsun"... Elə deyərlər bizim oralarda. Yeni doğulan körpəni əvvəlcə torpaqla tanış edər, sonra qucağa alarlar. Gəldiyin yerə gedəcəyin yeri tanıtmaqdır bu həm də.

Hər şey Vətən üçün, sənin üçün, can Vətən!

Zərrən uğrunda ölümə gedən bu igidlər sənin övladlarındır, sənin ordundur!

Daşına, qayana baş qoyan oğulların şərqisidir bu, şəhid Mirtalıbın qurumuş dodaqlarından tökülür. Qürurla, fəxrlə, şərəflə!

Daha neçə can yoluna qurbandır. Gəl səninlə dərdləşək, ey Vətən, analar balalarını örpəyə bələyər, sən isə bayrağa büküb torpağa tapşırırsan... Üzü soyuqdu axı... Balam layla...

Bu qan həmin qandır, cəbhədə qovuşduran, qohum olduqlarından xəbərsiz iki döyüş yoldaşını Mirtalıbın son nəfəsində birləşdirən. Bu da bir taledir: şəhidimizin son nəfəsini qollarında verdiyi döyüş yoldaşı, hərbi həkim əslində onun qohumudur, amma Mirtalıb bunu bilmədən dünyasını dəyişir.

Torpaq - əgər uğrunda ölən varsa Vətəndir! O getdiyin haqq yolunda Vətənə çaldığın laylana qurban, şəhid Mirtalıb! Xudayara salam de... Bir də de ki, siz keçən yolların dumanı çəkildi.







Xəbərin oxunma sayı : 670




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap