![]() |
|














Generalla polkovnikin dalaşdığı təsdiqləndi - DETALLAR
Tarix 24.01.23, 11:03 |
|

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik edən general-mayor Mövlam Şıxəliyev və digərilərinin apelyasiya şikayəti üzrə yanvarın 23-nə təyin olunan məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, səbəb müttəhim Sahib Ələkbərovun vəkilinin prosesə qatılmaması olub. Vəkilin prosesə gəlməməsini zərərçəkənlər kəskin etirazla qarşılayıb və hakimdən süründürməçiliyə son qoyulmasını istəyıblər.
Hakim İlqar Murquzov zərərçəkənləri sakitləşdirərək tərəflərdən prosesin Sahib Ələkbərovun vəkili olmadan keçirilməsinə münasibətlərini soruşub. Sahib Ələkbərov da prosesin müdafiəçisi olmadan keçirilməsinə etirazının olmadığını deyib:
"Mən hər hansı bir mütəşəkkil cinayətkar dəstəyə daxil olmamışam. Burada oturanların (Mövlam Şıxəliyev və digər iki müttəhimi nəzərdə tutur) da nə mənə aidiyyatları var, nə də ki, mənim onlara aidiyyatım var. Mən öz ifadəmi verəcəyəm, ancaq vəkilimin iştirakı ilə. Hazırda prosesin keçirilməsinə etiraz etmirəm”.
Zərərçəkənlər və onların vəkilləri Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsinə etiraz etmədiklərini bildiriblər.
Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov isə bildirib ki, Sahib Ələkbərovun vəkili olmadan prosesin keçirilməsi prosessual pozuntudur, amma vəkil olmadan prosesin keçirilməsinə etiraz etmirlər.
Yerindəcə müşavirə keçirən hakimlər prosesin yanvarın 30-na qədər təxirə salınması barədə qərar qəbul ediblər. Qərar zərərçəkənləri narazı salıb.
Bu prosesdə maraqlı məqamlardan biri də nəzarətçilərin sayının artırılması olub. Yada salaq ki, ötən prosesin təxirə salınmasına Mövlam Şıxəliyevlə digər müttəhim Yasin Məmmədov arasında əlbəyaxa davanın olmasının səbəb olduğu iddia edilirdi. Rəsmi məlumata görə, prosesin təxirə salınması Bakıya qar yağması ilə bağlı olub. Lakin zərərçəkənlər iddia edirdi ki, səbəb müttəhimlər arasındakı davadır.
Bu gün keçirilən prosesdə zərərçəkənlər bu barədə Yasin Məmmədova sual ünvanlayıb. O, iddiaları təsdiqləyib. Beləliklə, aydın olub ki, nəzarətçilərin sayının artırılması da bununla bağlıdır.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Mövlam Şıxəliyev 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınıb, üzərinə həbs qoyulan əmlaklarının bir hissəsi xüsusi müsadirəyə götürülüb. Vaxtilə MTN-də onun tabeliyində işləmiş daha üç polkovnikə də uzunmüddətli həbs cəzaları kəsilib. Keçmiş şöbə rəislərindən Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.
Onlar istintaq və məhkəmə dövründə azadlıqda idi. Bu üzdən hökm elan olunanda məhkəmə zalından həbs olunublar. Mövlam Şıxəliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə verilərək, barəsində həbs qətimkan tədbiri, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Xəbərin oxunma sayı : 436
Hadisə
Xəbərlər
-
Müğənni Dilarə Kazımova belə görüntülərini yaydı - FOTOLAR
-
Arayikgilin məhkəməsi davam etdirilir - Mühüm sənədlər elan olundu
-
“Bizə daha bir neçə “Kelloq“ lazımdır“ - Ukrayna prezidenti
-
Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu - Video
-
“Araz-Naxçıvan“dan qələbə, “Qarabağ“dan heç-heçə - Premyer Liqa
-
BMT-də Fələstinlə bağlı səsvermə - Azərbaycan lehinə səs verdi
-
İlk köç karvanı Hadrut qəsəbəsinə çatdı, açarlar təqdim edildi - FOTOLAR
-
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - Tuncay Bağırov kimdir?
-
Xanım bələdiyyə sədri cərimələndi - 2 min manat
-
“Rusiyaya qarşı səbrim tükənir“ - Donald Tramp
-
Dövlət qurumlarına geyim satan şirkətdə qanunsuzluq: 20 min cərimə...
-
“Mağara“ restoranında oğurluq - Müştəri həbs edildi
-
“Putinin məqsədi bütün Ukraynanı işğal etməkdir“ - Zelenski
-
Boşandığı üçün ailəsini öldürmək istəyirmiş - Dayısı arvadı xilas ola bilməyib...
-
Nepalda iğtişaşlarda 51 nəfər həlak oldu - həbsxanadan 13 500 məhkum qaçdı
-
“Artıq şagirdlər dərs vaxtı telefondan istifadə edə bilməyəcək” - Eşqi Bağırov
-
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
-
“Onlar Putinin köməyi ilə “yerdə” axan qanı dayandırdılar“ - Rusiya XİN
-
Hidayət Abdullayevə müşavir təyin edildi - FOTO
-
“Azərbaycan Dəmir Yolları”nda vəzifəli əxslər arasında qalmaqal: kəsilən mükafatlar, 102-yə zəng və...
-
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İddia
-
“Rusiya və Ukrayna arasında danışıqlar dayandırılıb“ - Peskov
-
Azərbaycanda hansı mənbələrdən nə qədər elektrik enerjisi istehsal edilir? - Siyahı
-
Dollar neçəyə olacaq? - 3 günlük məzənnə açıqlandı
-
“Sözün bitdiyi an“da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla... (FOTO)
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Bakıda 35 min manatlıq dələduzluq - 3 nəfər saxlanıldı
-
Məcnun Məmmədov Qusarda vətəndaşları qəbul etdi - Fotolar
-
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır - Bu bizə nə vəd edir?
-
Birinci Qarabağ müharibəsinin dörd itkin-şəhidi dəfn olunub - Fotolar
-
Cavadxan küçəsində tikinti yekunlaşdı: Həmişə yaşıl ağac belə məhv edildi -VİDEO
-
Azərbaycan 85 ölkədən qida məhsullarının idxalına məhdudiyyət qoydu - RƏSMİ
-
“Rusiyanın Polşanın hava məkanına qəsdən müdaxiləsinə dair sübutlar var“ - Nazir
-
Metroda differensial qiymət artımı ola bilər - RƏSMİ
-
Bu şəxslər nlar pensiya ala bilməyəcək - RƏSMİ
-
Aİ və Tramp Putinə təzyiq məsələsində razılaşıb - KİV
-
“İsrail Çarli Kirkin qətlində iştirak etməyib“ - Netanyahu
-
Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
-
Azərbaycan elektrik enerjisini neçəyə satıb, neçəyə alır? - Ölkələrin siyahısı
-
201 saylı məktəb kollektivinə qarşı “səlib yürüşü“ - FOTO/VİDEO
-
“Hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir“ - Komitə sədri
-
ANAMA-nın vəzifəli şəxsləri Laçında həbs olundu - İctimai asayişi pozduqlarına görə
-
Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...
-
“Dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyəti aşağı olub“ - Nazir müşaviri
-
Azərbaycan Rusiydan təbii qaz idxalını dayandırıb - Ölkələrin siyahısı
-
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
-
“Qızı maşına sürüyə-sürüyə apardılar” - VİDEO
-
“Ermənistan Rusiya üçün kiçik qardaş deyil, tərəfdaşdır“ - Prezident Xaçaturyan
-
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü açıqladı
-
“Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib“ - Tramp
-
Nazirliklə AzTV arasında sövdələşmə - 28 min manat nəyə xərclənəcək?
-
Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
-
DTX-nin həbs etdiyi Anass Derraz: “Mənə 2 milyon 250 min dollar çatmalı idi“
-
NATO Polşada dron hücumuna hərbi cavab hazırlayır - “Bloomberg“
-
Culfa rayonunda ağır yol qəzası - 4 polis əməkdaşı öldü
-
Böyük Qayıdış davam etdirilir - Hadrut və Badaraya ilk köç yola çıxdı
-
“Rubio məni əmin etdi ki, Tramp təslim olmayacaq“ - Siyarto
-
“Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm“ - Əhmədin şok etirafı
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu sənədlər məhkəmədə elan olunub
-
Dünyanın ən yaxşı şirkətləri: “Apple“ siyahıda niyə yoxdur?
-
Farhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
-
Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıq -4 nəfər həbs olunub
-
“Nə qədər çox pulunuz varsa, bir o qədər probleminiz olur“ - Mbappe
-
Əmək müqaviləsinin elektron imzalanması: Risk, yoxsa üstünlük?
-
Azərbaycanda bir universitetdə yataqxana bağlandı - SƏBƏB
-
Təhsil Şöbəsinin sabiq müdirinə “stop“ qoyuldu - Səbəb nədir?
-
Endirimli bilet tələsi: Vətəndaşlar dələduzların hədəfində
-
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
-
Bu şirkətin 600 min borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Əlyazmalar İnstitutunda narazılıq: Teymur Kərimli Nigar Babaxanlının direktor təyin edilməsini istəyir?
-
“Yalvarıram, Rusiyaya və Belarusa getməyin“ - XİN rəhbəri
-
Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
-
Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı QƏRAR
-
“Məsələ avropalılar və Zelenskinin üzərindədir“ - Lukaşenko
-
“Eurohome“da yoxlama: Azay Möhnətovdan yuxarı orqanlara niyə şikayət edilib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Avtomobil sahibləri ən çox bu sığorta şirkətlərindən narazılıq edir - Siyahı
-
“Rusiya-Belarus hərbi təlimləri Ukrayna və Avropaya qarşı yönəlib“ - Zelenski
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
“Azərbaycanda qeyri-qanuni diplom almaq fərasət sayılır“ - Emin Əmrullayev
-
Həftəsonuna qədər küləkli hava davam edəcək - XƏBƏRDARLIQ
-
Futbolçularımız heç-heçəyə görə mükafat aldı - Rəsmi açıqlama
-
“Bizim mağazalarımızda Azərbaycan malları olacaq“ - Simonyan
-
Hansı məktəblər onlayn tədrisə keçəcək? - Nazir açıqladı
-
Təyyarədə sərnişinlərin yüklərindən oğurluq edən əcnəbilər saxlanıldı - Video
-
Gəncədə asfalt çəkən texnika maşının üzərinə aşdı - FOTO
-
“Expressbank”, “Yelo Bank”, “Unibank”… - Ən çox şikayət edilən banklar
-
İcra başçısı 2 milyon manata 130 hektar bağ alıb - İDDİA
-
“Atlas Medical“da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə...
-
MİQ-də təkrar iştirak ödənişli olur - 45-60 manat
-
Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Yağış, leysan, dolu yağacaq - Sabahın havası
-
Bir sıra QHT-lərin saxta orden və medallar verməsi ilə bağlı - Bəyanat
-
“Azad olunmuş ərazilərdə selləmə suvarma qadağan ediləcək“ - NAZİR
-
“Elə məktəb var, orada 30 min manat illik təhsil haqqı tələb olunur” - DEPUTAT
-
“Habertürk” və “Show TV”yə həbs qoyuldu - Türkiyədə əməliyyat
-
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
-
Altıağacın piknik ərazisini icarəyə verdilər - Giriş üçün əlavə pul yığılır
-
22 yaşlı qızın qaçırılmasına görə - Bacısı və oğlanın anası da saxlanıldı
-
Daha 4 itkin-şəhid sabah dəfn olunacaq - FOTOLAR
-
Xanımı vəfat etdi, ehsan əvəzinə yola asfalt çəkdirdi - VİDEO
-
Ağcabədidə ana doğuş zamanı öldü - Körpə xilas edildi
-
“Formula 1”ə görə 15 sentyabrdan yollar bağlanır - Siyahı
-
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
-
“Azəriqaz”ın rəhbərinin səhhətində problemlər yaranıb - Vəziyyəti ağırdır
-
Trampla Netanyahu arasındakı telefon danışığı gərgin keçib - KİV
-
Şuşakənd, Qırmızıbazar və Sosa ilk köç karvanı yola düşdü - FOTO
-
“Beynəlxalq sistem qlobal məsələləri və regional münaqişələri həll edə bilmir“ - Hakan Fidan
-
Hikmət Hacıyev Konqresdə sülh gündəliyindən danışdı - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
“Qaz sayğacı bizdən xəbərsiz dəyişdirilib“ - Vətəndaş narazıdır (VİDEO)
-
“Predu” bağçasında tərbiyəçi uşağa qarşı kobudluq edir - VİDEO
-
Ən varlı amerikalılar onlardır - Siyahı açıqlandı
-
Motosiklet sürücüləri avtobus zolaqlarından istifadə etmək istəyirlər - VİDEO
-
“Rusiya PUA-larının Polşa sərhədini pozması təsadüfi deyil“ - XİN
-
QHT-lər medalları kimlərə və nə məqsədlə paylayır? - Video
-
Pensiya yaşına 2 il qalmış vətəndaşın işdən çıxarılması qadağan edilə bilər - VİDEO
-
İsrail Yəməndə mülki obyektlərə raket atıb - 9 nəfər ölüb, 118 nəfər yaralanıb
-
“Qızı yoldaşımdan içkili olanda istəyiblər” - Nişanlanan yeniyetmənin anası
-
Avtomobilində yüksək səslə musiqiyə qulaq asdı - Həbs olundu
TOP 10
ARXİV