| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Mafiya paytaxtı”nın turistik özəllikləri nələrdir? - ARAŞDIRMA
Tarix 19.02.23, 19:16 |
|
Bir çoxumuz Siciliya adasına coğrafiya dərsliklərindən deyil, Mario Puzonun eyniadlı əsəri əsasında ekranlaşdırılan “Xaç atası” filmindən bələd olmuşuq. Don Korleone klanının dünyaya tanıtdığı bu adaya səyahət etmək arzusu dünyanın əksər turistlərində var.
“Kaspi” qəzeti Sicilia adası barədə məqalə dərc edib.
Bu cənnət adaya çatmağın ən asan yolu təyyarədir. Lakin bura İtaliya mənzərələrini seyr edərək, qatarın Messina boğazından keçməsi ilə və ya Siciliyadakı çoxsaylı limanlardan birinə bərə ilə də çatmaq mümkündür.
Siciliyanın paytaxtı Palermoya – yunanların “Bütün liman” adlandırdığı körfəzlə əhatə olunan şəhərə təyyarənin enişi füsunkar bir mənzərə yaradır. Hava gəmisi körfəz üzərində fırlanır və az qala dənizin mavi sularında oturur - uçuş-enmə zolağı sahilə çox yaxındır. “Dünyanın heç bir yerində hava limanının terrasından dənizə belə ecazkar mənzərə yoxdur”, - deyə heyranlığımı gizlədə bilmirəm.
Palermo coğrafi mövqeyinə və mülayim temperaturuna görə bütün il boyu səyahət etmək üçün ideal şəhər sayılır. Aralıq dənizinin iqlimi şəhərin qışlarını da mülayim edir.
Hava limanından şəhərin mərkəzinə 40 dəqiqə ərzində, avtobusa 6 avro ödəməklə çatırıq. Şəhər kənarında ilk müşahidə etdiyimiz kasıb, kiçik, nimdaş evlərdir. Səfər yoldaşlarımın “hələ ki, qeyri-adi heç nə görünmür” fikirlərinə sakitcə: “Səbr edin, insanı heyrətə salan Siciliya qarşıdadır” deyirəm. Axı Höte və Gi de Mopassan kimi məşhurların səyahət yazılarında Palermonu tərifləyərək nəfəs kəsən obrazlar yaratması, adaya səyahət edən Oskar Uayldın buranı “Dünyanın ən gözəl panoraması olan şəhər” adlandırması təsadüfi ola bilməz...
Palermonun küçələrini gəzdikcə “mafiya şəhəri” ifadəsi də bizimlə birlikdə addımlayır. Cüzeppe Haribaldinin Siciliyanı İtaliyaya birləşdirməsindən sonra yaranan mafiyanın izləri adada hələ də qalmaqdadır. Bölgə rəhbərliyi bunu inkar etmir və “Mafiya ilə mübarizə aparırıq” deyir. Mafiyanın elementləri şəhərin arxitekturasına, həyat tərzinə, ticarət-iaşə sektoruna və az qala insanlarının xarici görkəminə də hopub.
Elə məşhur “Xaç atası-3” filminin final kadrlarının tarixi “Massimo Teatrı”nda çəkilməsi də təsadüfi deyil. Filmin çəkiliş meydançaları Palermodan Siciliyanın digər bölgələrinə - Korleona, Taormina şəhərlərinə qədər uzanıb... Ancaq adada inanırlar ki, məşhur Siciliya yazıçısı Gesulando Bufalinonun yüz il əvvəl proqnozlaşdırdığı kimi, mafiya məktəb müəllimləri ordusu tərəfindən, mədəniyyətin yayılması ilə məğlub olacaq.
Turistlərin müxtəlif internet saytlarında həyəcanla bölüşdükləri “Çantanızı qoruyun!” fikirlərində isə həqiqət var. Aralıq dənizinin təhlükəli dalğalarını yarıb buralara gəlib çıxan mühacirlərin çoxu oğurluqla dolanır. Bir-birləri ilə göz-qaşla danışan miqrantlara bütün küçələrdə rast gəlmək olur və işarələri bizim də gözümüzdən yayınmır. Onların qurbanı olmamaq üçün yeganə yol izdihamlı yerlərdə ehtiyatlı olmaq, sakit, adamsız ara küçələrə daxil olmamaqdır.
“Mafiya turistlərə toxunmur” kimi fikirlər isə səyahətçiləri bu adaya gəlməyə daha da həvəsləndirir. Ölkənin cənub regionunda əhali digər bölgələrdən daha mehribandır. Tanımadığın ünvana mehribanlıqla və italyan dilində bələdçilik edirlər. Kafe və restoranlarda, hotellərdə ingilis dilində şirin italyan şivəsində danışanlar var.
Palermoda qədim, mədəni ənənələrə sadiqlik, ən müasir təzahürlərində də köhnəliyin izləri görünür. Burada hər küçənin öz tarixi var. İrəlilədikcə əsrlərin dinc şəkildə bir-birinə keçdiyi heyrətamiz qədim şəhərlə qarşılaşırıq. Müxtəlif hakimiyyət dövrlərinin izlərini saxlayan memarlıq abidələri - Bizans mozaikalarını, barokko kilsələrini, qədim katakombaları, ərəb-norman üslubunda sarayları, qotik binaları, nəfis aristokratik malikanələri, neoklassik teatrları, malikanələri, muzeyləri seyr edirik... Katolikliyin mərkəzlərindən biri kimi hər küçədə qədim kilsə və monastırlara rast gəlirik. Şəhərin mənzərəli konturları - möhtəşəm körfəzin və dağların fonunda görünən zəng qüllələri, günbəzlər adamı heyran edir. Şəhərin mərkəzindəki antik abidələr 2015-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Palermoda turist avtobusuna minmədik, çünki o, kiçik küçələrdən keçmir. Palermonun ruhunu hiss etmək üçün tarixi küçələri, dar dalanları piyada gəzmək lazımdır. Balkonlarından yuyulmuş paltarlar yellənən köhnə, dar dalanlarda retro italyan filmlərinin kadrları yaddaşa gəlir. Hər tərəfdə şəhərin keçmiş əzəmətinin, gözəl memarlığının, ənənələrinin izlərini görürsən. Həmçinin, sadə italyanların yaşamı da aydın görünür. Sakit küçələrdə “qədim peşə”nin sahiblərinə, “bomj”lara, izdihamlı meydanlarda zövqlü, hay-küylü italyanlara, son dərəcə səliqəli geyinmiş yaşlı cütlüklərə, hər detalı maraqla izləyən turistlərə rast gəlmək olur. “Palermo həmişə turizmlə yaşayıb” fikirləri isə həm də ada iqtisadiyyatının dayağıdır. “Palermoya gəlmək üçün mövsümün fərqi yoxdur. Qış aylarında turistlər bütün Siciliya boyu səyahət edirlər. Yayda isə Aralıq dənizinin çimərliklərində turistlərin əlindən tərpənmək olmur”, - deyə söhbətləşdiyim italyanlardan biri deyir: “Siciliyada istirahət üçün hər şey var: günəş, dəniz, tarix, dadlı mətbəx. Turistə daha nə lazımdır?”.
Səyahətçilər üçün Siciliyanın Catania, Suracusa, Taormina və s. bölgələrinə, adadakı Etna vulkanına da rusdilli bələdçilərlə gündəlik turlar (70-80 avro) təşkil edilir. Hotellərin qiyməti isə bir neçə ay qabaqdan bronlaşdıranda 40-50 avro arası dəyişir. Qış aylarında qiymətlər daha münasib sayılır.
Gəzintiyə ara verib dadlı qəhvə, dondurma və ya Siciliya şirniyyatlarının bir çox təamlarından birini dadmaq üçün kafeteriyalarda ayaq saxlayırıq. Klassik Siciliya yeməklərinin qoxusu turistləri kiçik, milli dizaynlı pizzerialara səsləyir. Zəngin qastronomik təcrübə fərqli təəssüratlar yaradır. Qiymətlər də fantastik deyil: dondurmaya 2-3, pizzaya 10, spagettiyə 8-10, italyan kolasına 5, dadlı şirniyyatlara 5-6 avro ödəməklə yerli mətbəxin ləzzətindən zövq alırsan. Sonradan öyrənirik ki, Siciliya mətbəxi yunan, ispan, roma və ərəblərin irsinin birləşməsidir. Məhz bütün bu mədəniyyətlər bölgənin qastronomik mahiyyətinə təsir göstərib. Eləcə də bütün turistlər kimi məşhur balıq bazarlarında dəniz məhsulları yeməkdən, meyvə şirələri içməkdən biz də vaz keçmirik. “İtaliyada pəhrizdən narahat olmaq lazım deyil!” fikirləri də təsadüfən formalaşmayıb.
Adanın mədəniyyətini, tarixini əks etdirən suvenir dükanları turistləri hər küçədə qarşılayır. “Bölgəyə gəlib “Şərab və zeytun yağı almamaq günahdır” fikri də turistlərə sirayət edib. Mağazalarda real qış endirimləri isə alıcıları cəlb edir. Məsələn, yerli istehsal olan dəri ayaqqabılarına, qış gödəkçələrinə edilən real endirimlər alıcıları az qala şoka salır.
Palermo səs-küylü, canlı şəhərdir. Yanvar ayının yağışlı, soyuq olması italyanlara qətiyyən mane olmur. Onlar küçələrdəki kiçik kafelərdə siqar tüstülədir, şərab içir, canlı musiqidən zövq alırlar... Palermo sakinləri çoxsaylı şəhər teatrlarına getməyi sevirlər. Operalar, simfonik musiqi konsertləri, bədii tamaşalar çox populyardır. Palermo küçələri adətən izdihamlı olur. Xüsusən axşamüstü zövqlə geyinən yaşlı italyanların ailə gəzintilərini müşahidə etmək adama xoş gəlir. Palermo turistlərdə fəlsəfi əhval-ruhiyyə oyadır. İnanırsan ki, italyan tətili əfsanə deyil...
Xəbərin oxunma sayı : 685
Xəbərlər
-
Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun! - FHN əhaliyə müraciət etdi
-
Hökməli kəndində göl daşıb, evləri su basıb - VİDEO
-
“İranın təkliflərinin böyük hissəsi qəbul edilib“ - Maliki
-
Cəlilabad icra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - Açıqlama
-
Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq - VİDEO
-
Son altı ildə nikah və boşanmaların sayı necə dəyişib? - HESABAT
-
Abşeronda yağış və dolu bir sıra fəsadlar törədib - VİDEO
-
Balıq bazarında qıtlıq - Daha da bahalaşacaq? + VİDEO
-
“Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir” - İlham Əliyev
-
ABŞ və İran razılığa gəlib, Trampın yekun təsdiqi gözlənilir - “Axios”
-
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
Xətai rayonunda bir mərtəbə əvəzinə, iki-üç mərtəbəli tikinti apardılar - VİDEO
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Dünyada yeni trend: “Səssiz məzuniyyət“ nədir?
-
Prezident Xankəndidə Zəfər parkında - FOTOLAR
-
Azərbaycan Xalq Cümhuriyyətinin gəncəli qurucuları - VİDEO
-
Lavrov Paşinyanın bəyanatına reaksiya verdi - “Qoy bunu təmin etsin...“
-
Prezident Xankəndidə açılışlarda iştirak etdi - FOTOLAR
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Azərbaycan ərazisindən keçməklə Ermənistana növbəti yük göndərildi – Fotolar
-
Prezident Xocalıda hərbçilərin evlərindəki şəraitlə tanış oldu - Fotolar
-
“Niva” ilə çayda qalmışdılar, belə xilas edildilər - VİDEO
-
Ötən il 46 qadın insan alverinin qurbanı olub - HESABAT
-
Prezident Şuşaya getdi -Sakinlərlə görüşdü
-
“Hamı qaldı, ABŞ getdi” - ABŞ səfirliyi Kiyevi tərk edib?
-
Yeni “abituriyent tələsi“: Balları artırmaq adı ilə valideynləri necə aldadırlar?
-
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış bu tarixdədir - Rəsmilərin iştirakı gözlənilir
-
“Putin döyüş meydanında geri çəkilir” - Britaniya kəşfiyyatı Rusiyanın itkilərini açıqladı
-
Yerüstü piyada keçidinin lifti iki ildir işləmir - ŞİKAYƏT/VİDEO
-
86 nəfər Gürcüstandan deportasiya edildi - Azərbaycanlılar da var
-
Məmmədli kəndində yüzə yaxın ev suyun içində - VİDEO
-
ABŞ İranda hərbi obyektə zərbə endirdi – “Reuters”
-
Tovuzda meyvə bağları və tərəvəz sahələri yararsız hala düşdü -VİDEO
-
Prezidentin sosial şəbəkə hesablarında paylaşım - Müstəqillik Günü ilə bağlı
-
ABŞ Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır - Rubio
-
Kürdəxani-Zabrat yolunda təhlükə - Sakinlər yolu çətinliklə keçirlər
-
Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı - Paylaşım etdi
-
Dağ kəndlərinə gedən yol aylardır keçilməz vəziyyətdə - VİDEO
-
Azərbaycanda Müstəqillik Günü qeyd olunur - AXC-nin yaranmasından 108 il ötür
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Əli Nağıyev MDB üzrə həmkarları ilə bir arada: Yeni əməkdaşlıq formatları barədə razılaşma
-
Prezidentin sosial şəbəkə hesablarında Müstəqillik Günü ilə bağlı paylaşım - FOTO
-
Toral Bayramov “Bursaspor”da ən ödənişli oyunçulardan biri olacaq - MƏBLƏĞ
-
“Ermənistan Avropa İttifaqına qoşulsa, Rusiya qazının verilişi dayandırılacaq” - Zaxarova
-
Azərbaycanlı hücumçuya Acun Ilıcalının klubundan təklif gəlib - FOTO
-
Zelenski İlham Əliyevə təşəkkür etdi - Humanitar yardıma görə
-
Süni intellekt reytinqi açıqlandı - Azərbaycan neçəncidir?
-
Polislərin əlbəyaxa döyüş üzrə respublika çempionatına yekun vuruldu - Video
-
Elm adamlarından qorxudan ssenari: Dünya əhalisinin yarısı 2064-ə qədər yox olacaq
-
İspaniyanın keçmiş Baş nazirinin gizli seyfi aşkarlandı - FOTO
-
Mənzil aldı, 22 kvadratmetr itirdi: “SAS EkoPark“ şirkətindən şikayət (VİDEO)
-
“Peterburq manyakı” müharibədən qaçıb - 25 il həbsə məhkum edilmişdi
-
Cahangir Əsgərov yeni səhmlərin hamısını aldı - Payı artdı
-
İran yeni planını açıqladı: Bu dəfə fərqli olacaq
-
Polis Astarada əməliyyat keçirdi - ANBAAN GÖRÜNTÜLƏR
-
Bu ərazidə müvəqqəti alternativ yol salınır - VİDEO
-
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Xəbərdarlıq
-
Pul xoşbəxtlik gətirirmi? - Bill Qeytsdən gözlənilməz etiraf
-
Bakıda məşhur bazar bağlandı: “Binə” və “Sədərək” isə…
-
SEPAH-dan xəbərdarlıq: Cəbhə xətti düşmən üçün qəbiristanlığa çeviriləcək
-
Hindistan və Yunanıstan Prezidentlərindən İlham Əliyevə - Təbrik
-
Bayram günü kabab bişirmək istədilər - Başlarına iş gəldi
-
Zirədə 122 saylı məktəb niyə bağlandı? - Rəsmi AÇIQLAMA
-
Polşa ilə Britaniya arasında yeni saziş Rusiya təhdidinə qarşı yönələcək - Tusk
-
“Ermənistan qardaş ölkədir, qardaş olub və qalacaq“ - Peskov
-
Hoteldə qadınların qızıllarını ələ keçirən inzibatçı - Həbs olundu
-
ABŞ-la Azərbaycan arasında güclü tərəfdaşlığı yüksək qiymətləndiririk - Səfirlik
-
Qusarda polis əməliyyat keçirdi - Silahlı şəxsi zərərsizləşdirdi
-
İran və ABŞ hələ ki, Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib - Əli Baqeri
-
Bakı nefti qəfildən kəskin ucuzlaşdı - Qiymətlər son həddə düşdü
-
Zelenski daha 2-3 illik müharibəyə hazırlaşmağı tapşırıb - “The Economist”
-
ABŞ İranda zərbələr üçün potensial hədəflərin yeni siyahısını hazırlayıb - KİV
-
Qurbanlıqları bu ünvanlardan ala bilərsiniz - SİYAHI
-
Paraplanla ölkəyə 47 kq narkotik gətirənlər saxlanılıblar - VİDEO
-
Evdən 42 min manatlıq oğurluq edən iki nəfər saxlanıldı - Hacıqabulda
-
“Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır“ - Quterreş
-
Allahşükür Paşazadə: Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıb
-
Respublikaçılar Trampı İranla tələsik sazişdən çəkindirməyə çalışırlar - “Politico”
-
“Turan Tovuz“un futbolçusu DÇ-2026-ya gedir - Premyer Liqada ilk
-
Zərdabda yağan leysan yağışları ciddi fəsadlar törədib - VİDEO
-
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb - Nyu-Yorkda
-
Azərbaycanda bayram namazı qılındı - VİDEO
-
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib - FOTO
-
Bəzi cərimələrə görə bal ləğv edilir? - VİDEO
-
Azərbaycanda Qurban bayramı qeyd olunur
-
Könül Kərimova ən çox buna pul xərcləyir - VİDEO
-
Prezidentin gəlini xeyriyyə tədbirində - FOTOLAR
-
Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanıldı - Video
-
Xarici dil fənnindən yazılacaq esse hansı meyarlarla qiymətləndiriləcək? - VİDEO
-
Prezident azərbaycanlıların Qurban bayramını təbrik etdi - FOTO
-
Əli Əsədov Mixail Mişustinlə telefonda danışdı - Açıqlama
-
Mahmud Abbas İlham Əliyevə məktub ünvanlayıb - Azərbaycanın mövqeyini yüksək qiymətləndirir
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu - FOTO
-
Ərdoğan və Pezeşkian telefonda danışdılar - Bölgədəki vəziyyət müzakirə edilib
-
“Sabah qorunası nə isə qalmayacaq” - Ciorcia Meloni
-
Xaricdə ali təhsil almış şəxslərin peşə tanınması imtahanı keçiriləcək - Bu tarxidə
-
Azərbaycan və İran hər zaman bir-birinin yanındadır - İlham Əliyev
-
Bu il neftin orta qiyməti 93 dollara çatacaq - Proqnoz
-
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - Fotolar
-
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi - Göstərilən humanitar yardımlara görə
-
Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi
-
Buraxılış imtahanında 4 nəfər maksimum nəticə göstərib - ADLAR
-
Makron İlham Əliyevi təbrik edib - Müstəqillik Günü münasibətilə
-
Hərbi biletinə görə Şəkiyə getdi, atasını boğub öldürdü - Dəhşətli cinayətin TƏFƏRRÜATI
-
Prezident daha bir Dövlət Proqramını təsdiqlədi - 3 illik
-
Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir
-
Donald Tramp İlham Əliyevi təbrik edib - Müstəqillik Günü münasibətilə
-
Prezident bir sıra məhkəmələrə sədr təyin edib - ADLARI
-
26 apreldə keçirilmiş imtahanların nəticələri AÇIQLANDI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
-
Prezident Azərbaycan xalqını təbrik etdi - Qurban bayramı münasibətilə
-
İki yeni direktor təyin olundu - Foto + DOSYELƏR
-
Bakıya diametri 4 mm olan dolu düşdü - RƏSMİ
-
Azərbaycanda ən yaşlı seçicilər onlardır - 106 və 136 yaşları var
-
“PAŞA Bank”ın Müşahidə Şurasına yeni sədr təyin olunub - DOSYE
-
Beyləqanda məktəblilərlə maarifləndirici görüş - FOTOLAR
-
“Körfəz ölkələri artıq ABŞ bazaları üçün sipər olmayacaq“ - Xamenei
-
Azay Möhnətov niyə cəzalandırırlr? - “AF Hotel” yandı, “Eurohome” bağlandı...
-
Hərraca çıxarılan oteli bir ildir alan yoxdur - Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
-
Deputat “arvad“ sözünə qarşı çıxdı - “Konstitusiyadan da çıxarılsın“
TOP 10
ARXİV






