![]() |
|














Ayaqlarımızın ən böyük problemi: Genetik faktorlar, artıq çəki, hamiləlik...
Tarix 04.06.23, 23:43 |
|

İnsanların əksəriyyətində rast gəldiyimiz problemlərdən biri dırnaq batığıdır. Bu problem ayaq dırnaqlarında daha çox müşahidə olunur. Hətta elə insanlar var ki, ömür boyu bu problemdən əziyyət çəkir. Əməliyyat etdirsə də, ondan azad ola bilməyənlər də var.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Podoloq Ruzanna Şahin dedi ki, dırnaq batığının müxtəlif səbəbləri var:
“Əsas səbəblərdən biri genetik faktordur. Artıq çəki, hamiləlik də batığın yaranmasında rol oynayır. Əgər insan artıq çəkidən əziyyət çəkirsə və geyindiyi ayaqqabı ona uyğun deyilsə, kənarlardan sıxılma olur. Sıxılma nəticəsində batıq yaranır. İkinci səbəb sərt kəsimdir. Dırnaq heç vaxt tam dərin kəsilməməlidir. Bu halda ayaq ayaqqabıda hərəkət etdikcə aşınma, sürtünmə yaranır. Bunun nəticəsində də dırnaqda batıq əmələ gəlir. Hətta 5-6 aylıq balaca uşaqlarda geyindirilən corab dardırsa, o da batığa səbəb ola bilər”.
R.Şahinin sözlərinə görə, pasiyentlər dırnaq nahiyəsində qızarıqlıq, şişkinlik gördükdə mütəxəssisə müraciət etməlidir:
“Bəzən elə olur ki, dırnağın altından böyük ət parçası götürürük. Cərrahlar dırnağı tamamilə kökündən çıxarır, matriksə, dırnaq yatağına çox böyük ziyan verilir. Batıq və ya göbələkli dırnağın kökdən çıxarılması doğru deyil”.
Podoloq bildirdi ki, dırnaq batmasını evdə müalicə etmək yanlışdır:
“Bəzən pasiyentlər ayaqlarına isti su vannaları edərək, dırnaq kənarlarını dərin kəsib götürürlər. Pasiyent bilməlidir ki, ayaq dırnaqlarımız dərin kəsilibsə, bu, batığın yaranmasına səbəb olur. Qarşısını almaq üçün pedikür ustalarının hər dəfə dırnağın batan qismini müəyyən vasitələrlə kor-koranə kəsib götürməsi dırnaqaltı döyənəklər yaradır. Çünki hər dəfə uzandıqca dırnağın kənarının kəsilib götürülməsi o hissənin boş qalması deməkdir. Pasiyent hərəkət etdikcə boş qalan hissədə sürtünmə nəticəsində dərinin üst təbəqəsi olan epidermisdə döyənəklər meydana çıxır”.
R.Şahin qeyd etdi ki, dırnaq batığı zamanı müxtəlif prosedurlar həyata keçirilir:
“Dırnağın yan tərəfdən, kənardan sadəcə batan qismi götürülür. Yara varsa, sağalması üçün gözlənilir. Yarasağalma prosedurundan sonra kənarlara bant, tampon sistemi edirik, özəl iplər dırnağın altına yerləşdirilir ki, batan dırnağın çıxmasının qarşısını alsın. Daha sonra xüsusi tellər taxılır. Bu teli ancaq ayaq dırnağına tətbiq edə bilirik”.
Podoloq dedi ki, əl dırnağında da batıq ola bilir:
“Bu da qaynaq dırnaqlardan, qalıcı laklardan istifadə olunan zaman yaranır. Onu tədricən dırnağı kəsib istiqamətləndirərək düzəltmək mümkündür. Əl dırnaqları həmişə yumru, oval kəsilə bilər, ancaq ayaq dırnaqlarımız düz kəsilməlidir. Dırnaq kənarları görünməlidir ki, hərəkət etdikcə ətin içinə girib batığa səbəb olmasın. Ancaq təəssüflər olsun ki, pasiyentlər ayaq dırnaqlarını da eynən əl dırnaqları kimi yumru və dərin kəsirlər”.
R.Şahinin fikrincə, pasiyentlər diqqət edərsə, dırnaq batığı sağala bilər:
“Əgər pasiyent dırnaqlarını doğru şəkildə kəsməyə davam edərsə, 1,5-2 aydan bir müayinə olunarsa, problem ortadan qalxır. Biz ucu dar və ya qalın materialdan olan ayaqqabılar geyinəriksə, batıq hər zaman yarana bilər. Batıq yaranmaması üçün ucu geniş, ayaqlar içində rahat hərəkət edə biləcəyi ayaqqabılar seçin, dırnaqlarınızı doğru kəsin”.
Cərrah Ela Ağayeva bildirdi ki, dırnağı düz kəsməyəndə zədələnir, infeksiya salır:
“Dırnaq qalınlaşanda, göbələk bağlayanda əti zədələyir. Dırnaqlar anadangəlmə qüsurlu ola, həmçinin nəsillikcə də keçə bilir. Düzgün yeriş pozulanda, yastıpəncəlilik əmələ gələndə, baş barmağın əyilməsi də dırnaq batığına səbəb olur”.
E.Ağayevanın sözlərinə görə, problem yeni yaranan zaman mütəxəssisə müraciət edəndə pasiyentə əməliyyatsız kömək etmək olur. Əməliyyata o vaxt ehtiyac yaranır ki, içəridən artıq ət əmələ gəlir, şişir, qızarır, çirk edir, pasiyent ayaqqabı geyinə bilmir.
Cərrah qeyd etdi ki, batıq yeni başlayanda insanlar evdə özbaşına müəyyən prosedurlar edirlər:
“Məsləhət görürük ki, sabunlu su ilə vanna et, dərman sürt, artıq ət əmələ gəlməyə qoyma. Amma bəzən batıq qayıda bilir. Elə adamlar var 12 dəfə dırnağını çıxartdırıb, amma yenə yaranıb. Onu başqa üsulla əməliyyat edirik. Dırnağın böyrünü kəsib götürəndən sonra, dörddə bir hissəsinin mayasını götürürük və o küncə bir də dırnaq çıxmır. Bu, yüz faizlik müalicədir”.
E.Ağayevanın fikrincə, salonlarda batığın müalicəsi düzgün deyil:
“Çünki onlar dırnağın kökünə dəyə bilmir. Ancaq künclərə müdaxilə edirlər, kəsib götürürlər. Bu da həmişə effekt vermir. Çox zaman infeksiya keçir, şişir”.
Cərrah bildirdi ki, əl dırnaqlarında dırnaq dolamaları olur: “Onda da dırnağın dörddə bir hissəsini götürürük. Sağalır. Dolama adətən dırnağın yan tərəflərini kəsəndə, manikür edəndə zədələnmə zamanı əmələ gəlir”.
Həkimin sözlərinə görə, dırnaq batığından qorunmaq qeyri-mümkündür, çünki yaranma səbəbləri çoxdur:
“Şəkər xəstələrində daha tez-tez rast gəlinir. Dırnağı düzgün tutun, dar ayaqqabı geyinməyin, yerişiniz düzgün olsun, göbələyə qarşı müalicə tətbiq edin”.
Xəbərin oxunma sayı : 346
Sosial
Xəbərlər
-
Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə öldü - Masallıda faciə
-
Almaniyadan Rusiyaya sərt xəbərdarlıq: Atəşkəs olmazsa, sanksiyalar başlayır
-
Şirvanda 13 hektar ərazinin zəbt edilməsi böyüyür - Başçı çətin durumda
-
Bu Komissiyanın tərkibi dəyişdi - SİYAHI
-
“Qarabağ” gəlirlərini açıqladı - 34 milyon
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO
-
ABŞ vətəndaşlığı olan İsrailli girov nə vaxt azad ediləcək? - HƏMAS açıqladı
-
“Şərurlu İsfəndiyar” axtarışa verilə bilər - Sabah məhkəməsidir
-
Kurban Berdıyev Qurban Qurbanovun baş məşqçisi olacaq - FOTO
-
“Türkiyə terrordan uzaq bir mühitin təsisi üçün bütün potensialı ilə çalışacaq“ - Fəxrəddin Altun
-
Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb? - Məhkəməsi olacaq
-
Bakıda xəncər və bita ilə silahlanan gənclər, havaya açılan atəş - Kütləvi davanın təfərrüatı
-
Pekin və Vaşinqtondan böyük razılaşma: Gömrük rüsumları 100%-dən çox endirilir
-
28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət
-
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
-
Mövlam Şıxəliyevin əmlaklarını alanlar istintaqa çağırılır - Hərracda nə baş verir?
-
Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
-
Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər
-
Zaxarovadan şok iddia - Avropa liderləri narkotik istifadə edir? + VİDEO
-
“Yaşayış olan binamızda söküntü işləri gedir” - VİDEO
-
Nazir rəisi cəzalandırdı - Yerinə Əhmədovu təyin etdi
-
Rusyaya gedənlərə yeni maneə - 72 saat əvvəl bunu almalıdırar + VİDEO
-
Gecələr Bakını bir-birinə vuran motosikletçilərə - 15 sutka verildi
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
İcra başçısının 721 minlik planı... - Agentlik qarşısını aldı
-
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - TƏFƏRRÜAT
-
Ötən həftə 16 azyaşlı xilas olunub - VİDEO
-
PKK özünü ləğv etdi - Qondarma təşkilat bəyanat yaydı
-
Vətəndaşların bank kartlarından pul oğurlanıb - Xəbərdarlıq
-
Tanınmış bloqerlərin reklam etdikləri şirkətə etibar etdilər, aldandılar - VİDEO
-
DTX xarici ölkələrdə əməliyyat keçirib - Axtarışda olan çoxlu sayda terrorçu həbs edildi
-
Külək Ağcabədidə mağarı uçurdu, toy yarıda qaldı - VİDEO
-
Azərbaycanda illik ödənişi 9 min manat olan ixtisaslar var - VİDEO
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
TOP 10
ARXİV