“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Azərbaycan gündəlik 100 milyon kubmetr qaz hasil edir – 5 ayda 2 dəfə artım var

Tarix 12.09.23, 22:25

Font ölçüsü : - / +
bitmap-img6


2023-cü ilin 8 ayı ərzində Azərbaycanda qaz hasilatı 1,6 milyard kubmetr artaraq 32,2 milyard kubmetr təşkil edib. Bu haqda Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Nazirliyin statistikasına əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə ümumi qaz hasilat həcmləri5,23 faizlik artım nümayiş etdirib.

Neft-qaz sahəsi üzrə ekspert İlham Şaban cari ilin son üç ayının rəsmi statistikasını təhlil edərək belə bir nəticəyə gəlib ki, 8 ayda çıxarılmış qazın 24 milyard kubmetrdən çoxunu əmtəəlik qaz təşkil edib. O, xatırladır ki, hələlik Dövlət Statistika Komitəsi yanvar-avqust aylarının göstəricilərini açıqlamayıb.

Ekspert bildirir ki, hasilatın həcminin artmasına 2023-cü iln 10 iyun tarixindən “Abşeron” yatağından qaz hasilatına başlanması da təsir göstərib: “Bununla belə, “Şahdəniz” yatağı Azərbaycanın əsas qaz hasilat aktivi olaraq qalır. Bu yataqdan çıxarılan mavi yanacaq hazırda ölkənin ümumi əmtəəlik qaz hasilatının 73%-ni təşkil edir”.

İ.Şaban xatırladır ki, cəmi beş il əvvəl “Şahdəniz-2”- dən hasilat başlananda Azərbaycanda əmtəəlik qaz hasilatının gündəlik həcmi 53 milyon kubmetr idi.



Xəbərin oxunma sayı : 1177




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap