![]() |
|














Dostunu “girov” götürdü, qul kimi işlətdi: Bakıda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI
Tarix 27.09.23, 8:47 |
|

2022-ci il mayın 6-da Bakı şəhəri Nərimanov rayonu Atatürk prospektindəki evində 1986-cı il təvəllüdlü Şamil Əliyevin meyiti tapılır. Meyit tapılarkən üzərində bıçaq xəsarətləri və çürümə də müəyyən edilib.
Məlumat əsasında, polis və prokurorluq əməkdaşları, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünüb ki, Şamil Əliyev əvvəllər soyğunçuluq, quldurluq və dələduzluq əməllərinə görə 3 dəfə məhkum olunub.
Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Emil Ağayev mayın 16-da İmişli rayonunda saxlanılaraq, Bakıya gətirilib.
AzFakt.com xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, aprel ayında Şamil Əliyev tanışı Emil Ağayevə yaşadığı mənzili satmazdan öncə təmizlik işlərinin görülməsində ona köməklik göstərməsini, eyni zamanda gəlib onunla birlikdə qalmasını xahiş edib.
Emil hadisə baş verən günədək, könüllü dostunun evində qalaraq, təmizliyə kömək edib. Həmçinin Şamil Əliyevin göstərişləri əsasında mağazalardan ərzaq məhsulları, siqaret və sair mallar alıb, yemək bişirib, qabları yuyub. Bir müddətdən sonra Şamilin, ona qulluqçu kimi yanaşmasından, paltarlarını yuduzdurmasından, mənzilə gələn tanışlarının yanında şərəf və ləyaqətini alçaldan ifadələr işlətməsindən, hətta ona əl qaldırmasından bezərək, ayın 23-ü gecə saat 2 radələrində mənzildən xəbərsiz çıxıb getmək istəyib. Qapının qıfılının açılmasını eşidib, icazəsiz evdən çıxmağa hazırlaşdığına görə Şamil Əliyev onu söyüb. Aralarında baş verən mübahisə zamanı, Emil Ağayev bıçaqla Şamilin bədəninin müxtəlif nahiyələrinə 6 dəfə zərbə endirib. Nəticədə Ş. Əliyev ölüb.
İş üzrə dindirilmiş Emil Ağayev bildirib ki, Ukrayna Respublikasının Xarkov şəhərində ali təhsil alıb. Əvvəllər hərbçi olub, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olunub:
"2022-ci ilin aprel ayında məhəllədə yaşayan Ceyhun adlı şəxsin vasitəsi ilə Şamil Əliyevlə tanış olmuşam. Söhbət əsnasında, Şamil şəhərdə olan evini satmaq istədiyini, amma satışa çıxarmazdan əvvəl mənzili təmizləmək lazım olduğunu bildirdi. Ceyhun köməkli göstərməkdən imtina etdi. Bu səbəbdən Şamil evi təmizləməyi məndən xahiş etdi və müqabilində, mənzil satılanda, mənə pul verəcəyini dedyi. İşim və pulum olmadığından razılaşdım. Bundan sonra Ceyhun taksi sifariş etdi və Şamillə birlikdə Atatürk prospektində yerləşən mənzilə gəldik. Evə girdikdə, içərinin zibil ilə dolu və əşyaların səliqəsiz vəziyyətdə olduğunu gördüm. Şamillə köməkləşib evdə təmizlik işləri görməyə başladıq. Gecə orda qaldım. Növbəti gün Şamil mobil telefonumu ona verməyimi xahiş etdi və Kliniki Tibbi Mərkəzə gedəcəyini deyib evi təmizləməyimi tapşırdı. Onun istəyini pis fikirlə qəbul etmədim və mənzildə səliqə-sahman yaratmaqda davam etdim. Sonrakı günlərdə hiss etdim ki, Şamil mənə sanki qulluqçu gözü ilə baxır. Buna narazılığımı bildirəndə, tanışım belində gəzdirdiyi bıçağı çıxarıb dəstəyi ilə başıma vurdu və dedi ki, evdə onun dedikləri icra olunmalıdır.
Bundan sonra əvvələr məhkumluq həyatı yaşamış Şamilə qarşı qorxu hissim yarandı. Öz evimə getmək istəməyimi söylədikdə, tanışım bildirdi ki, nə vaxt mənzili təmizləyib qurtarsam, onda gedə bilərəm. Şamil evdən çıxıb getdiyi vaxtlarda qapını çöl tərəfdən bağlayırdı. Ara-sıra onun gətirdiyi narkotik və psixtrop maddələrdən istifadə edirdik. Anama dostumun yanında qaldığımı desəm də, harda qalmağım barədə məlumat vermədim. Bu müddət ərzində onun evinə tanımadığım şəxslər qonaq gəlib-gedirdi. Şamilin tapşırığı ilə onlara yemək hazırlayırdım".
Həmin şəxslərin yanında da Şamil onu təhqir edib və döyüb. Aprelin 22-də günorta tanışı evdən çıxaraq, qapını yenədə çöldən bağlayıb:
"Saat 18 radələrində Şamil Əliheydər adlı şəxslə qayıtdı, metamfetamin qəbul etdik. Ev sahibinin tapşırığı ilə onlara çay verdim. Əliheydər gedəndən sonra evdə ikimiz qaldıq. Gecə saatlarında Şamil başıma zərbələr vuraraq, mənzili süpürməyimi və paltarları yumağımı tələb etdi. Hiss etdim ki, tanışım narkotik maddə qəbul etdiyi üçün aqressivləşib. Şamil otaqda əyləşib televizora baxanda, mətbəxdə idim. Artıq cana yığıldığımdan qərara gəldim ki, sakitcə evdən çıxım. Asta addımlarla qapıya doğru gedib cəftəni açdım. Lakin açarla bağlı olduğundan qapı açılmadı. Səsi eşidən Şamil içəridən "hara qaçırsan" deyə-deyə dəhlizə gəldi. Ev sahibinin məni bıçaqla vuracağından qorxdum. Buna görə də, özümü qorumaqdan ötrü mətbəxdə masanın üstündə olan dəstəyi qara rəngli bıçağımı götürdüm. Dəhlizdə, üzbəüz vəziyyətdə öncə onun sinə, ardınca da baş və boyun nahiyələrinə 5-6 dəfə zərbə vurdum.
Şamil arxası üstə yerə yıxılaraq, hərəkətsiz qaldı. Hamam otağına keçib əllərimi yudum. Döşəmə üzərində olan bıçağı, sonra da otağa keçib masada olan telefonumu götürdüm. Bıçağı gödəkçəmin cibinə qoyaraq mənzildən çıxdım və açarla qapını bağladım. Məhəlləyə düşəndən sonra bir az irəli gedib kəsici aləti zibil ququtusuna atdım. Həsən Əliyev küçəsində yoldan keçən "Mercedes C klass" markalı taksi avtomobilini saxladım və 5 manata "Nargilə" dairəsi adlanan əraziyə getdim. Gecə saat 3 radələrində evə çatdım. Qapını açan anama mübahisə zamanı tanışımı bıçaqladığımı, lakin onun ölüb-ölmədiyini bilmədiyimi dedim. Qorxduğumdan polisə təslim olmaq istəmədəyimi bildirdim. Anam özü polisə məlumat vermək istəsə də, xahiş etdim ki, bunu etməsin. Hamam otağına keçdim".
Çiməndən sonra təzə paltarlarını geyinib, köhnələrini isə gecə ilə həyətdəki zibil yeşiyinə atıb. Mobil telefonunu söndürüb. Ölkəni tərk etmək qərarına gəldiyi üçün xarici pasportunu dəyişmək istəyib:
"Bunun üçün, ayın 24-də əvvəl anamla birgə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinə yaxınlaşdım. Mənə 2 gün ərzində müvəqqəti hərbi biletimi əvəz edən sənəd verildi. Həmin sənədlə 2 saylı "Asan Xidmət" Mərkəzinə getdim və bir gün ərzində 90 manata yeni şəxsiyyət vəsiqəsi aldım. Xarici pasport almaq üçün müraciət edəndə, ölkədən çıxışıma qadağa qoyulduğunu öyrəndim. Mayın 7-də gizlənmək məqsədi ilə İmişli rayonunda yaşayan Rəşad adlı tanışıma zəng etdim və şəhərdə yaşamaqdan yorulduğumu söyləyərək, ondan kirayə ev təşkil etməsini xahiş etdim. Tanışım mənim üçün 130 manata kirayə ev tapdığını xəbər edəndə, anamdan 350 manat pul alıb rayona yollandım. Ayın 16-da axşam orda Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutuldum".
Zərərçəkmiş şəxsin hüquqi varisi Murad Əliyev ifadəsində göstərib ki, uşaq olanda atası Azad Əliyev həbs olunub, sonra isə anası ilə boşanıb:
"2005-ci ildə anam vəfat edəndən sonra mənə və qardaşım Şamilə nənəmiz baxdı. 2011-ci ildə F.X.Xoyski, 93 ünvanında yerləşən evimiz söküldüyündən ailəlikcə Atatürk prospekti, 4 ünvanına köçdük. Evlənəndən sonra mən, arvadım və 2 övladımla birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayamağa başladım. Narkotik vasitələr qəbul edən Şamillə münasibətimiz yaxşı deyildi. Son 1-2 ildə onunla ümumiyyətlə əlaqə saxlamamışam. Hadisə günü işdə olanda, qonşular mənə zəng edib Şamilin öldürüldüyünü və meyitinin 15 gün evdə qaldığını bildiriblər. Eşitdiyimə görə, təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə qardaşımı öldürüb".
Şahid Sevinc Əliyeva bildirib ki, Şamil Əliyev onunla qonşuluqda yaşayıb:
"May ayında binanın blokundan üfunət iyi gəldiyini hiss etdim. Daha 2 gündən sonra artıq pis qoxu səbəbindən bloka girmək mümkün olmadığından, polisə zəng edib məlumat verdim. Zəng edəndən 15 dəqiqə sonra polis əməkdaşları yaşadığım ünvana gəldilər və qonşumun meyitini yaşadığı mənzildə aşkar etdilər. Şamil Əliyev bir neçə il əvvəl həbsdən çıxıb, aramızda ədavət olmayıb. Şamilin yaşadığı evə mütəmadi gecələr tanımadığım şəxslər gəlib-gedirdi. Emil Ağayevi əvvəllər görməmişəm".
Şahid Əliheydər Səfərov bildirib ki, 2017-ci ildən Respublika Narkoloji Mərkəzində qeydiyyatda olduğu üçün həkim resepti əsasında gündəlik Kliniki Tibbi Mərkəzdə psixotrop maddə qəbul edir:
"2022-ci il aprelin 22-də Şamil Əliyevin mənzilində narkotik vasitə qəbul edəndən sonra, taksi ilə evə qayıtdım. Emil məni yola salmaq üçün məhəlləyə düşdü. Söhbət zamanı o, Şamilin hərəkətlərindən yorulduğunu söyləyəndə, Emilə səbrli olmasını və onu yola verməsini dedim. Növbəti gün Kliniki Tibbi Mərkəzə gəlib-gəlməyəcəyini öyrənməkdən ötrü Şamilə zəng etsəm də, o, cavab vermədi. Gün ərzində təkrar həmin nömrəyə yığsam da, cavab verən olmadı".
Şahid qeyd edib ki, ayın 22-də Şamil Emili söyüb alçaltsa da, aralarında dava olmayıb.
Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Emil Ağayevdə narkotik vasitələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunub.
Məhkəmə iclasında Emil Ağayev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti olmadığını bildirib.
Məhkəmə Emil Ağayevin Şamil Əliyevi öldürmək niyyətinin olmaması barədə verdiyi ifadəsini, müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edib.
Məhkəmə nəticəyə gəlib ki, Emil Ağayevin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə tövsif edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emil Ağayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
Xəbərin oxunma sayı : 826
Kriminal
Xəbərlər
-
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi - VİDEO
-
Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq - Paşinyan
-
Saleh Məmmədov idarə rəisini işdən çıxardı - Yerinə onun oğlunu təyin etdi
-
İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
-
“Bitcoin“in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri
-
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur? - İcbari Tibbi Sığortanın 3 “dostu“
-
Azərbaycan hərbçiləri paradda keçid etdi - VİDEO
-
İllik təhsil xərci 9 min manat oldu - baş nazirin qərarının şifrələri
-
Prezident və birinci xanım onların xatirəsini andı - FOTOLAR
-
Evlərin qiyməti kəskin bahalaşacaq - Ekspertlərdən AÇIQLAMA
-
Mehriban Əliyevadan Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Bir şagirdin “Son zəng“ xərci nə qədərdir? - AÇIQLAMA
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi -FOTOLAR
-
Atəşkəs olmasa, əlavə sanksiyalar tətbiq edəcəyik - Tramp
-
Çempionlar Liqası:İngiltərənin 6 klubu olacaq
-
Əcnəbilərin Bakıda mağazada dələduzluğu şok etdi - VİDEO
-
Anqola Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Sabiq icra başçısı Nəbi Muxtarovu öldürmək istədilər - Dəhşətli FAKTLAR
-
“Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk“ - Pakistanın daimi nümayəndəsi
-
Azərbaycan və Vyetnam arasında əsas perspektivli istiqamətlərindən biri turizmdir
-
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı
-
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
-
Siyasi-iqtisadi-ticari əlaqələrə, humanitar və mədəni mübadiləyə yeni töhfə
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
Azərbaycan və Vyetnam arasında əməkdaşlığın inkişafı möhkəm təmələ çevrilib
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Azərbaycan-Vyetnam münasibətləri iki dövlətin səmimi və mehriban dostluğunun müasir mənzərəsini əks etdirir
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
TOP 10
ARXİV