![]() |
|














Moskvadan qayıdıb arvadını öldürdü - Xəyanət şübhəsi, gizli “WhatsApp” yazışması - FOTO
Tarix 14.11.23, 8:34 |
|

2022-ci il noyabrın 11-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 1984-cü il təvəllüdlü Sevinc Müseyibova qətlə yetirilib. Məlumatla əlaqədar dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə olan evə baxış keçirilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisəni törədən 1978-ci il təvəllüdlü Vidadi Müseyibov isti izlərlə saxlanılıb.
Lent.az məlum qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Vidadi Müseyibov Rusiya Federasiyasının Moskva şəhərində olduğu müddətdə, arvadı Sevinc Müseyibova onun telefon zənglərinə tez-tez cavab verməyib, aktiv şəkildə sosial şəbəkədən istifadə edib. Bununla belə, 2022-ci il noyabrın 10-da V.Müseyibovun oğlu ona anasının əvvəllər iş yoldaşı olmuş Rövşən Məmmədovla telefon əlaqələrinin olması barədə məlumat verib. Bütün bunlardan sonra V.Müseyibov arvadının ona xəyanət etməsindən şübhələnib.
Baş verənləri aydınlaşdırmaq üçün noyabrın 11-də təyyarə ilə Bakıya gəlib, Savalan qəsəbəsində yerləşən kafedə spirtli içki qəbul edib, həyat yoldaşının işdən evə qayıtmasını gözləyib. Saat 21 radələrində orta dərəcəli sərxoş vəziyyətdə evə gələrək, arvadından kiminlə münasibətdə olduğunu soruşub, SMS yazışmalarına baxması üçün mobil telefonunu ona verməsini tələb edib.
Sevinc Müseyibova əlində saxladığı telefonu ona verməkdən imtina etdikdə, sağ əli ilə qadının üzünə yumruqla zərbə vurub, telefonu zorla əlindən alıb. O, arvadının Rövşən Məmmədovla “WhatsApp” tətbiqində yazışmaları olduğunu görüb, xəyanətinə əmin olaraq, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Bıçaqla müstəsna dərəcədə rəhmsizliklə əvvəlcə evin dəhlizində, sonra isə arxasınca qaçıb, həyət qapısının qarşısında ümumilikdə 13 dəfə zərbə vuraraq, arvadını öldürüb.
İş üzrə dindirilmiş Vidadi Müseyibov bildirib ki, hadisədən təxminən doqquz ay əvvəl tikinti sahəsində işləyib, pul qazanmaq üçün Moskva şəhərinə gedib. Demək olar ki, hər gün, həyat yoldaşı və uşaqları ilə telefonla əlaqə saxlayıb, pul köçürmə sistemi vasitəsi ilə onlara pul göndərib:
“Təxminən son 2-3 ay ərzində arvadımın mənə qarşı münasibətinin soyuduğunu hiss etdim. Gah zənglərimə cavab vermirdi, gah da “WhatsApp” tətbiqi vasitəsi ilə danışarkən tez-tez görüntünü bağlayırdı.
Noyabrın 10-da kiçik oğlum mənə görüntülü zəng edib, anasının Rövşən adlı keçmiş iş yoldaşı ilə tez-tez telefonla əlaqə saxladığını dedi. Hətta onların arasında olan səs yazılarını da mənə göndərdi. Oğluma heç nə etməməsini tapşırdım, dedim ki, özüm evə qayıdıb məsələni aydınlaşdıracam. Növbəti gün, təyyarə ilə Bakıya gəldim, yaşadığım qəsəbədə kafedə yemək yeyərkən, 200 qram araq içdim. Saat 21 radələrində evə gələndə, qapını açan Sevinc məni görüb təəcübləndi.
Vidadi Müseyibov
Əlindəki telefonu mənə verməsini tələb edəndə, arvadım üzü hamam otağına tərəf qaçdı. Arxasınca qaçıb sağ əlimlə saçından tutdum, sol əlimlə üzünə yumruqla zərbələr vurdum. Sonra isə zorla telefonu dartıb əlindən aldım. “WhatsApp” tətbiqinə baxanda, həqiqətən də onun Rövşən adlı şəxslə yazışdığını gördüm və qəzəblənərək, aqressiv şəkildə Sevincdən “bu nə danışıqlardı” deyə soruşdum. Aralarında yaxın münasibət olub-olmadığını soruşduqda, yoldaşım bunu inkar edərək, oğlumun ona şər atdığını dedi. Bıçaqla arvadımın arxasınca qonaq otağına girib, ona zərbələr vurmağa başladım. Sevinc müqavimət göstərərək, pəncərədən həyətə tullandı. Bunu görüb dərhal həyətə çıxdım və qapıdan qaçmağa çalışan yoldaşımı tutaraq, bıçaqlamaqda davam etdim. Bu zərbələrdən sonra Sevinc bir neçə addım atıb yerə yıxıldı. Özümə gələndə evin yaxınlığında oturduğumu və üzərimə yağış yağdığını xatırlayıram. Saat 21:50-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim. Lakin telefonda Rusiya mobil operatoruna məxsus nömrə olduğundan zəng alınmadı. Bundan sonra həmin quruma Sevincin telefonu ilə zəng edərək, adam öldürdüyümü bildirdim. Bir azdan hadisə yerinə gələn polis əməkdaşlarına təslim oldum”.
Hadisə olan ev
Zərərçəkmiş şəxsin hüquqi varisi Vahid Xankişiyev ifadəsində göstərib ki, qızı Sevinc 2000-ci ildə Vidadi Müseyibovla ailə həyatı qurub, bu nikahdan üç övladları dünyaya gəlib:
“2015-ci ildə maddi vəziyyətləri pis olduğundan Sevinc metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən şirkətdə aşpaz köməkçisi, 2021-ci ildə evlərinin yaxınlığındakı tikiş sexində dərzi, son aylarda isə Bilgəh qəsəbəsində yerləşən fərdi evdə xadimə işləyib. Sevincin Vidadi ilə münasibəti bu illər ərzində yaxşı deyildi, daim evlərində söz-söhbət olurdu.
Qızım dəfələrlə acıq edib, evimizə gəlib. Hətta 2022-ci ilin yanvar ayında, boşanma ilə bağlı Xəzər rayonunda yerləşən Mediasiya Şurasına müraciət etsək də, Vidadi üzrxahlıq edib və arvadı ilə barışıb. Noyabrın 11-də evdə olanda oğlum bizə gəlib Vidadinin Sevinci bıçaqla vurduğunu xəbər verdi. Taksi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatanda həkimlərdən qızımın öldüyünü öyrəndim”.
Sevinc Müseyibova
Şahid Eldəniz Zamanov bildirib ki, noyabrın 11-də axşam evdə olanda, çöldən darvazaya nəyinsə möhkəmdən çırpıldığını eşidərək, məhəlləyə çıxıb:
“Vidadinin sağ əlində bıçaqla öz darvazasının qarşısında dayandığını gördüm. Nə baş verdiyini, niyə əlində kəsici alət saxladığını soruşduqda, Vidadi qapılarından sol tərəfdə, yerdə uzanmış Sevinci göstərib, onu öldürdüyünü dedi. Qadının xırıldadığını görüb avtomobilimi darvazadan küçəyə çıxartdım. Sevinci yerdən qaldıraraq, maşının arxa oturacağına uzatdım. Yaşayış massivindən çıxanda Təcili Tibbi Yardım maşını ilə üzbəüz gəldim. Onları saxlatdırıb, yaralanan qadının maşınında olması barədə məlumat verdim. Həkimlər də dərhal Sevinci düşürüb, öz maşınlarına keçirdilər. Təcili Yardım maşınının arxasınca xəstəxanaya getdim”.
Şahid əlavə edib ki, Vidadi ilə Sevincin əvvəllər mübahisə etdiklərini və qadının əxlaqsız hərəkətlərini görməyib.
Hadisə olan ev
Şahid Cahid Müseyibli bildirib ki, noyabrın 10-da gecə atası sərxoş vəziyyətdə, görüntülü zəng edib və kobud danışdığı üçün, anası acıq edərək telefonu söndürüb:
“Bir qədər sonra anam mənə ismarıc yazaraq, atamın onu söyüb, təhqir etdiyini bildirdi. Mən isə cavabımda anama atamın içkili olduğunu və sözlərinə fikir verməməsini dedim. Ayın 11-də işdən çıxıb, evə gələndə qardaşım Cavidin sürdüyü “Opel” markalı avtomobilin kafenin qarşısında dayandığını gördüm. İdarə etdiyi maşını saxlayaraq kafeyə daxil olanda, atam ilə qardaşımın bir masada əyləşdiklərini gördüm. Atamın Bakıya gələcəyindən məlumatım yox idi. Salamlaşsam da, atam məni danışdırmadı. Kafedən çıxandan sonra, mənim maşınıma əyləşdilər və maşını Nardaran qəsəbəsi istiqamətində sürdüm. Yolda atamdan nə üçün gəldiyini soruşanda, o, aqressiv şəkildə mənə “maşını sür” deyə cavab verdi. Qardaşım Cavid də qorxusundan mənə heç bir söz demədi. Saat 21 radələrində məhəlləyə çatanda, atam hər ikimizin üstünə qışqıraraq “maşında oturmağımızı” bildirərək evə getdi. Mən də avtomobilin mühərrikini söndürüb, qardaşımla birlikdə telefonla oynamağa başladıq.
15-20 dəqiqədən sonra evimizin həyət qapısı çırpılanda, dərhal maşından düşdük və anamın yerə yıxıldığını gördük. Anamın əynində tünd rəngli paltar, həmçinin küçə qaranlıq və hava yağışlı olduğundan, onun bədənindən qan axdığını görmədik. Atam Vidadi “vurdum, onu öldürdüm” deyə qışqırırdı. Baş verənlər yuxu kimi gəlirdi. Keçirdiyim şok səbəbindən anamın xəstəxanaya necə aparıldığını bilmədim. Az sonra polis əməkdaşları gəlib, atamı 14-cü bölməyə apardılar.
Hadisənin hansı səbəbdən baş verdiyini sonra Caviddən öyrəndim. Qardaşımın söylədiyinə görə o, anamızın başqa şəxslə telefonla danışmasından şübhələnib. Onun otağına öz telefonunu qoyaraq səsin yazıb, sonra isə onu atama göndərib. Məhz buna görə atam telefonda anamı söyüb və növbəti gün bilet alaraq, Bakıya gəlib”.
Məhkəmə iclasında Vidadi Müseyibov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
Məhkəmə hesab edib ki, Vidadi Müseyibovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vidadi Müseyibov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xəbərin oxunma sayı : 529
loading...
Kriminal
Xəbərlər
-
Valideynlər arasında konflikt uşaqlarda travma yaradır - Nazir
-
Duman, yağış, qar - Sabahın havası
-
“Fransa və Hindistan, necə deyərlər, tonqala yanacaq tökürlər” - İlham Əliyevdən xəbərdarlıq
-
Hacıqabulda xəstəxananın rentgen kabineti bağlandı – Fotolar
-
Ərdoğan Yunanıstana səfər edəcək: 20 müqavilə imzalanacaq
-
“Ola bilər ki, cənab Borrel yuxular görür” - Prezident
-
Dollara tələb artır - Manat ucuzlaşacaq?
-
“Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır“ - Prezident İlham Əliyev
-
General polkovniki vəzifəsindən azad etdi - Təqaüdə göndərildi
-
“Ukrayna ABŞ hərbi yardımı olmadan müharibəni uduzmaq riski ilə üz-üzədir“ - Zelenskinin Ofisi
-
“Qara bazar”da dəyəri 4 milyon olan narkotik vasitə aşkarlanıb – VİDEO
-
“Ümid edirdik ki, Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik“ - Azərbaycan lideri
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - CANLI YAYIM
-
Bakıda bu evlərin qiyməti ucuzlaşdı - VİDEO
-
Küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
-
İstilik sistemindən əziyyət çəkən sakinlər: Problem niyə həllini tapmır? - VİDEO
-
Aysun İsmayılova sevgilisindən danışdı: “Məndən 10 yaş böyükdür” - VİDEO
-
Rusiyanın bəzi bölgələrində havanın temperaturu -57 dərəcəyə enib - FOTO/VİDEO
-
Biləsuvarda kəndlər internet üzünə həsrət qalıb - VİDEO
-
Planetimizlə bağlı həyəcan: Yerin temperatur həddini keçmək üçün SON TARİX
-
İş adamı kraliça ilə görüşürmüş - Ölkədə qalmaqal - FOTO
-
Yeni istifadəyə verilən məktəb binasında çatlar yaranıb - VİDEO
-
Puluna minnət, kirayə o qədər “ərlər“ var ki... - VİDEO
-
Azərbaycanda siqaretin qiyməti BAHALAŞACAQ
-
“Qanuni oğru“ Azərbaycanlı avtoriteti vəhşicəsinə döydü, faciəvi şəkildə öldü - FOTO
-
Deputatlar bu tarixdə toplanır - Daha 22 qanun dəyişəcək (SİYAHI)
-
“AZƏRTAC-ın əməkdaşına qarşı nalayiq rəftar utancverici durumdur“ - Mətbuat Şurası
-
Qızılcadan ölən məktəbli ilə bağlı AÇIQLAMA
-
Polkovnikin məhkəməsinin vaxtı bəlli oldu - 9 milyonluq iddia
-
AZƏRTAC-ın əməkdaşı Fransadan çıxarılıb - Medianın İnkişafı Agentliyi bəyanat yayıb
-
“Tarif Şurasının dərmanlarla bağlı qərarı iş adamlarını sadə ekspertizaya sövq edəcək” - Ekspert + FOTO
-
“Borelin reallığın ciddi təhrif olunduğu fikirləri qəbuledilməzdir“ - Ayxan Hacızadə
-
Sabirabad rayonunda “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib
-
Avtobusdakı qızı tapmaq istədi, başına iş gəldi - Sumqayıtda qəribə hadisə
-
Gələn il təhsilə nə qədər pul xərclənəcək? - VİDEO
-
Bakıda xüsusi dizaynla hazırlanmış gizli bıçaqların satışı aparılır - VİDEO
-
Övladları yüksək vəzifə tutan sabiq məmurlar - Maraqlı faktlar
-
Almaniyada güclü qar: Həyat “dayandı” - FOTO
-
“Təbriz“ MTK-ya görə daha bir nəfər saxlanılıb - 171 nəfər zərərçəkən var
-
Güneyli siyasi məhbuslardan xəbər yoxdur - FOTO
-
“Eyni dildə danışırıq, bu dəfə tam başqayıq” - Hadise
-
Mərkəzi Bankla Mahmudovun dostu arasında girov qalmaqalı - Nə baş verir?
-
Bu qurumun tabeliyinə verilən müəssisələrin sayı artırıldı - QƏRAR
-
“Türkiyədən 5 manata alınan məhsul bizdə 50 manata satılır“ - İqtisadçı
-
“Nar”-dan “Dinlət” xidməti ilə tərzini paylaş
-
“Moskva Kiyevlə danışıqlara hələ də hazırdır“ – PESKOV
-
Braziliya və Venesuela arasında mübahisə güclənir: Sərhədə əlavə hərbi qüvvələr göndərilir
-
Azərbaycanda içkiyə ən çox hansı bölgələr pul xərcləyir? – Tam siyahı
-
“Türkiyə üçün prioritet Qəzzada atəşkəsin bərqərar olmasıdır” - Ərdoğan
-
Generalın növbəti məhkəməsi - Adlar çəkdi
-
Azərbaycanda boşanmışlar ailədə zorakılığı məqbul hesab edir, dullar “heç vaxt“ deyir - RƏQƏMLƏR
-
“Son zamanlar ət, taxıl, buğda və digər ərzaq məhsullarının qiyməti aşağı düşüb...” - Deputat
-
Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender
-
Baş nazir ərzaq təhlükəsizliyindən danışdı: “Yarım milyard nəzərdə tutulub“
-
Xətahim Cəfərov Firdovsi Əliyevlə “anlaşa“ biləcəkmi?
-
Sabirabad rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda dəyirmi masa keçirilib
-
Hərbi xidmətə yararlı-yararsız qaydası DƏYİŞİR
-
Külək, yağış, qar - Sabahın havası
-
Şuşa‒Laçın yolu yenidən qurulacaq - SƏRƏNCAM
-
Bankların dollar tələbi 100 mln. dollara yaxınlaşıb - Bu il ilk dəfə
-
Rəfail Mehralıyevin yeznəsinin adı ilə milyonları belə silinir... - İLGİNC FAKTLAR
-
10 yaşa qədər uşaqlar peyvənd olunmalıdırlar – Səhiyyə Nazirliyi
-
Britaniya Kiyevi Rusiya ilə danışıqlara məcbur edir - “Daily Express”
-
Ötən ay xaricdə təhsil almış onlarla tələbənin diplomu tanınmayıb - SƏBƏB
-
Aşqarlar Kimyası İnstitutunda şübhəli satınalma: “Kimyəvi maddələr“ hansı MMC-lərdən alınır?
-
Baş Prokurorluq MMC və MTK-lardan mənzil alanlara müraciət edib - VİDEO
-
DSMF 2024-cü il büdcəsi: gəlir və xərclər təsdiq edildi
-
Hesablama Palatasının sədri: “Son 20 ildə xalis maliyyə aktivlərimiz 40 dəfədən çox artıb”
-
Bu görüntülərdən sonra DİN hərəkətə keçdi - VİDEO
-
Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqləyib
-
FHN-nin bu idarəsinin tenderində qanun pozuntusu - Ləğv edildi
-
2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Əbədi Yaşar İnsan” mövzusunda Sabirabadda kitab sərgisi keçirilib
-
Azərbaycanda hotellərin vergisi azaldı: Fantastik qiymətlər enəcəkmi?
-
HHM bölmələrində döyüş atışları icra olunub - FOTO/VİDEO
-
Qubada əməliyyat: Əlbir olduqları qadınları qoyub qaçdılar
-
Bu məhsulun qiyməti kəskin artdı - 90 qəpikdən 4 manata...
-
Sabirabadda 2023-cü il “Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda kitab sərgisi keçirilib
-
Azərbaycanda maaşları artıran və azaldan klublar - MƏBLƏĞLƏR
-
Vəfa Şərifova həyat yoldaşından ayrılıb - Özü açıqladı
-
Dəm qazından zəhərlənmə halları artır: Səssiz və iysiz gələn təhlükədən qorunmanın yolları - VİDEO
-
Köhnə və sərnişinləri yolda qoyan avtobuslar: Problem nə vaxt həll olunacaq? - VİDEO
-
Selektiv abort qadağandırsa, niyə dünya birincisiyik? – ARAŞDIRMA
-
Cavid Qurbanov, icra başçısı, YAP sədri və məktəb direktoru... - Sensasiyalı səs yazısı yayıldı (VİDEO)
-
Öldürdüyü qadının pulları ilə sevgilisinə qızıl aldı - TƏFƏRRÜAT
-
Bank kartı ilə bağlı dələduzluq edən şəxslərdən necə qorunmaq olar? - VİDEO
-
“Kimsə adımı çəkəndə, deyirəm “Dəstur” - Röya Ayxan
-
“Neftçi“dən 400 min alıb, 4 qəpiklik oynamır – Mutu niyə dinmir?
-
“Bayden ABŞ-ı banan respublikasına çevirir“ - Tramp
-
“Vosmoy bazarı”nın satış qiyməti açıqlandı – Dodaq uçuqladan məbləğ
-
“Ermənistan üçüncü dövlətlərin diqqətini cəlb etmək istəyir” – Xarici İşlər Nazirliyi
-
“Rusiya-Türkiyə əməkdaşlığı strateji xarakter daşıyır“ - Putin
-
Leyla Əliyeva mötəbər tədbirdə - FOTOLAR
-
Şuşada aparılan bərpa-quruculuq işlərindən görüntülər - VİDEO
-
Vergi borclarına dair sərəncamlarda YENİ QAYDA
-
Dövlət ittihamçısı sabiq deputatın məhkəməsində: “Mənimsəmə faktının üstündə qalırıq“
-
Azərbaycanlı blogerlər də çirkli pulların yuyulması ilə məşğuldur? - Şübhəli məqamlar
-
Yardımlı RİH yolların təmirini yeni eyni şirkətə tapşırdı - “Pro Təmir Tikinti“ kimindir?
-
Olduğunuz yer üzrə necə qeydiyyata düşə bilərsiniz? - CAVAB
-
Fermada gənc sevgilisi ilə cinsi əlaqədə oldu, bunu videoya çəkən dostu isə... – Şok təfərrüat
-
“Biz hər zaman və hər yerdə Azərbaycanın yanındayıq“ - Ərdoğanın müavini
-
DİN kibertalama və kiberdələduzluqla bağlı növbəti müraciət edib - VİDEO
-
“Fövqəladə vəziyyət haqqında” qanun dəyişdi - Əli Əsədov yeni qərar verdi (DETALLAR)
-
YAP-dan qurultayla bağlı açıqlama: “Seçkilərdən öncə...“
-
“Kapital Bank“dakı depozitlər dövlət tərəfindən - SIĞORTALANMIR
-
“Ermənistanın yaydığı məlumat tamamilə yalandır” – Müdafiə Nazirliyi
-
Bakıda bu dönərxanalar bağlandı - FOTO/SİYAHI
-
Direktor göstəriş verdi, məktəbdə ağaclar kəsildi - Nazirlik texniki işçini cərimələdi
-
“Seymur Talıbovun sürücüsünə pul vermişəm...” – Həbsxana rəisinin məhkəməsi
-
Azərbaycanda son bir həftədə 20 nəfər COVID-19-a yoluxub, dörd nəfər ölüb - FOTO
-
Xankəndidə yaradılacaq Qarabağ Universitetinin binasından görüntülər - VİDEO
-
Yeni nazir Aparat rəhbərini işdən çıxardı - FOTO
-
Azərbaycanda ən çox sığorta ödənişi edən sığorta şirkətləri - SİYAHI
-
SOCAR 6 ayda nə qədər qazanıb, nə qədər xərcləyib? – Şirkətin İsveçrədən 30.8 milyard manat gəliri olub
-
Türkiyə Böyük Millət Məclisi hərəkətə keçdi: Sosial media fenomenləri izlənəcəklər
-
“Putini dayandırmasaq...” – Britaniyanın baş diplomatı
-
MSK sədrinə yeni səlahiyyət verildi – Fərman
-
Külək güclənəcək, qar yağacaq - XƏBƏRDARLIQ
-
Sənədsiz evlərə qadağa bahalaşma yaratdı - Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaq
-
Məcburi auditdən yayınma: “Armada” şirkəti məhkəməyə verildi
-
Prezident Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib -FOTOLAR
TOP 10
ARXİV